BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandıtarixi Zəfərlə regionda və bütövlükdə dünyada yeni reallıqlar yaratdı. Onların beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi, bəzi dünya güclərinin fəaliyyətlərini bu istiqamətdə qurmaları günümüzün reallıqlarıdır. Bu baxımdan deyə bilərik ki, avqustun 31-də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə növbəti – sayca dördüncü görüşü Cənubi Qafqazda daimi sülhün və əməkdaşlığın təmin olunması istiqamətində atılan daha bir addımdır. Hər bir görüşü qarşıya qoyulan hədəfə doğru istiqamət almış bir addım kimi dəyərləndirməliyik. Regionda yeni reallıqların müəllifi olan Prezident İlham Əliyev postmünaqişə mərhələsinin ümumi geosiyasi mühitinin formalaşmasında əsas söz sahibidir. Bu səbəbdən də, Brüssel görüşündə Azərbaycanın şərtləri gündəmdə olub. Belə ki, Ermənistanın müqavimətinə və Brüssel görüşündə real nəticələrin əldə olunmasına maneçilik törətmək cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticələr əldə edib.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov söyləyib.Brüssel görüşündə əldə olunan nəticələrdən danışan İ.Yusifov deyib: “Bir ay müddətində Azərbaycan və Ermənistanın Xarici İşlər nazirliklərinin xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olunub. Bu fakt sülh müqaviləsinin imzalanması istiqamətində atılan növbəti önəmli addımdır. Yeni sənəddə nə Qarabağ mövzusu var, nə də ATƏT-in Minsk qrupunun adı çəkilir. Bu format artıq ləğv olunub. Bu gün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Avropa İttifaqının və onun Prezidenti Şarl Mişelin vasitəçilik formatı mövcuddur, burada Qarabağ mövzusu yoxdur və bu məsələ Azərbaycanın daxili işi hesab olunur. Hazırkı dönəmdə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmini, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanması ən vacib amildir. Artıq bundan sonra konkret addımların atılması mütləqdir. Azərbaycan iki ilə yaxındır ki, qarşı tərəfə təkmil sülh modelini təklif etsə də, bilirik ki, Ermənistan indiyə qədər bu prosesdən yayınmağa çalışırdı. Brüssel görüşündə bir daha məlum oldu ki, otuz il ərzində münaqişənin həlli istiqamətində bir addım belə atmaq barədə düşünməyən Minsk qrupu postmünaqişə dövrünün reallıqlarını dərk etmək imkanında deyil. Artıq əminliklə söyləmək olar ki, sülh müqaviləsi Bakının irəli sürdüyü və İrəvanın qəbul etdiyi məlum beş prinsip əsasında hazırlanacaq”.Deputatın sözlərinə görə, budəfəki görüşdə, həmçinin humanitar məsələlər, minaların təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələr aparılıb. Eyni zamanda, sərhədlərin delimitasiyasına dair bütün məsələlər də diqqət mərkəzində olub və delimitasiya komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi qərara alınıb. Kommunikasiyaların açılması da Brüssel görüşünün gündəliyində olub.Avropa İttifaqının Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi və reallıqları qəbul etdiyini vurğulayan İ.Yusifov deyib: “Eyni zamanda, ölkəmizin ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti qurum tərəfindən daim yüksək qiymətləndirilir. Aİ-nin qəbul etdiyi sənədlərdə ərazi bütövlüyümüz daim dəstəklənib, Azərbaycanın mövqeyi müdafiə olunub. Əminliklə deyə bilərik ki, Avropa İttifaqının və Prezidenti Şarl Mişelin səyləri uğurlu vasitəçilik formatıdır. Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə keçirilmiş üçtərəfli görüşün yekunlarına dair mətbuata bəyanatında bildirib ki, uzunmüddətli, davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazırdır. Hər iki ölkənin əhalisini sülhə hazırlamağının vacib olduğunu bildirən Aİ Şurasının Prezidenti Şarl Mişel deyib: “Bu istiqamətdə ictimai mesaj çox əhəmiyyətlidir – bu cür həssas situasiyada digər tərəf ictimaiyyətdə danışılan hər bir sözü həqiqətən eşidir və qiymətləndirir”. Son görüşdə əldə olunan razılaşmalar istiqamətində bəzi addımların atıldığını görməyi sevindirici hal kimi dəyərləndirən Şarl Mişel əlavə edib ki, qurum hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək”.

Son xəbərlər

Əmmanda turizm sərgisi keçirildi – Fotolar

Afinada beynəlxalq konfransda Ermənistanın dağıtdığı Azərbaycan məzarları barədə məsələ qaldırılıb

Türkiyənin qabaqcıl 50 klinikası və məşhur həkimləri Bakıda toplanacaq

“Azərbaycan Diaspor Könüllüləri” proqramı çərçivəsində diaspor nümayəndələri ilə görüş keçirilib

“60 çiçək – bir çələng” Zəfər almanaxının təqdimatı keçirildi

Azərbaycanlı gənc Moskva vilayətində keçirilən gözəllik müsabiqəsinin qalibi olub

Şəhid Rəşad Zeynallının mövludu keçrilib

Varşava Azərbaycan Evində şahmat dərsləri keçiriləcək

Regionlarda su təminatı məsələləri həll edilir

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Şirvan suvarma kanalından minlərlə insan faydalancaq

Fransadakı Azərbaycan diasporu risk altında fəaliyyət göstərir - Fuad Hüseynzadə

“Radikal müxalifətin mötəbər tədbirlər ərəfəsində fəallaşması təsadüfi deyil”

Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib

Çində Azərbaycan dili virtual formada tədris olunacaq

“Yaşıl dünya naminə həmrəylik ili“ ilə bağlı layihə davam edir

Akademık Zərifə Əliyeva – nurlu ömrün qürurlu  salnaməsi

"Görkəmli oftalmoloq alim Zərifə Əliyevann hayatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir"

Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri şəhid gömrük əməkdaşının ailəsini ziyarət ediblər

Türkiyədə Türk Birliyi ilə bağlı daha bir addım

Şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı ilə bağlı sorğunun nəticələri açıqlanıb

Nazirlik və QHT Agentliyi birgə ağacəkmə aksiyası təşkil edib - FOTO

Brüssel görüşünün regionun təhlükəsizliyinə xidmət etməsi ciddi şübhə doğurur - Ekspert rəyi

Kitabxanaya görkəmli alim haqqında xatirə essesi təqdim olundu

Binəqədidə Ümumilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Azərbaycan-Konqo münasibətlərində etibarlı tərəfdaşlıq

Lələtəpə fatehi

Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar şeir təqdim edildi

"Böyük Zəfərin başlanğıcı olan Aprel döyüşləri çoxəsrlik şanlı tariximizə Zəfər səhifəsi kimi yazılıb"

Azərbaycan Universitetində COP-29 Simulyasiyasının növbəti təlimi keçirildi

Bütün xəbərlər