BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Son zamanlar Azərbaycan və İtaliya arasında münasibətlərin artan xətt üzrə inkişaf etdiyinin şahidiyik. Prezident cənab İlham Əliyevin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışında Azərbaycan –İtaliya münasibətlərinin çoxşaxəli inkişafından bəhs edərək qeyd etdi ki, ölkələrimiz arasında siyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olunur. İkitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər atılır. 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı daim geniş müzakirələr davamlı şəkildə aparılır
İtaliya və Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci il mayın 8-də quruldu. 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk olaraq Azərbaycanda öz səfirliyini təsis etdi. 2003-cü ilin dekabr ayında isə Azərbaycan Respublikasının İtaliyada səfirliyi yaradıldı.
1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Səfər nəticəsində dövlətlər arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə 7 saziş imzalandı. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə İtaliyaya rəsmi səfəri isə Azərbaycan-İtaliya tərəfdaşlığının daha da genişləndirilməsinə təkan verdi. Bu səfər zamanı İtaliya və Azərbaycan arasında gömrük, informasiya, telekommunikasiya, idman, mədəniyyət, bələdiyyə, ədliyyə sahələrində əməkdaşlıqla bağlı yeni sazişlər imzalandı. Prezident İlham Əliyevin 2006-cı il 20 sentyabr tarixli Sərəncamına əsasən, Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın təsis edilməsi İtaliyanın Azərbaycanla iqtisadi əlaqələrin inkişafına böyük diqqət yetirdiyinin bariz nümunəsidir. Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri isə ikitərəfli münasibətləri yeni, daha yüksək səviyyəyə qaldırdı, 30-a yaxın mühüm sənəd imzalandı. Ölkələr arasında ticarət dövriyyəsinin göstəriciləri də bunu sübut edir. Dövlət Gömrük Komitəsinin statistik məlumatına görə, ölkələr arasında ticarət dövriyyəsi 2007-ci ildə 1,1 milyon ABŞ dolları olmuşdusa, 2015-ci ildə 2,84 milyard ABŞ dollara çatdı, 2020-ci ildə təxminən 4,6 milyard ABŞ dollarından, 2021-ci ildə isə 9,6 milyard ABŞ dollarından çox oldu. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 90 %-dən çoxu Azərbaycanın payına düşür. Artıq neçə ildir ki, İtaliya Azərbaycanın ticarət dövriyyəsində ilk pillələrdə qərarlaşıb. Mübaliğəsiz deyə bilərik ki, qarşılıqlı ticarət dövriyyəsi hazırda 6 milyard ABŞ dollardan çox olan bu ölkə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.
Azərbaycan İtaliya üçün həm də bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının təxminən 20 %-ə qədəri Azərbaycanın payına düşür. 15 ildən çoxdur ki, ölkəmiz fasiləsiz və təhlükəsiz olaraq İtaliyaya xam neft ixrac edir. Təkcə 2021-ci il ərzində BTC, Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri ilə 8,8 milyon ton həcmində Azərbaycan mənşəli xam neft İtaliyaya ixrac olunub. Bundan başqa, BTC kəməri ilə ötən il 1,4 milyon tranzit nefti İtaliyaya daşınıb. Göründüyü kimi, Azərbaycan İtaliya ilə enerji əməkdaşlığında özünü etibarlı tərəfdaş kimi təsdiqləmişdir.
Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sektorlarda İtaliyanın 100-dən çox şirkəti fəaliyyət göstərir. Azərbaycanda yüksək texnologiyalı investisiya layihələrinin həyata keçirilməsində, sənaye zonalarının, aqroparkların, logistik mərkəzlərin yaradılmasında bu şirkətlərin fəal iştirakı əməkdaşlığımıza əlavə stimul verir. 44 günlük Vətən müharibəsi zamanı azad edilmiş torpaqlarımız işğal dövründə dağıdılmış, məhv edilmiş infrastrukturun yenidən qurulması işlərinə İtaliya şirkətlərinin də cəlb olunması da əlamətdar haldır. Azərbaycanda 8 ildən artıqdır ki, fəaliyyət göstərən “Maire Tecnimont Group” ölkəmizin sənayeləşdirilməsi işinə töhfələr verir.
Həmçinin qeyd edim ki, həm də Azərbaycanla İtaliya arasında elm və təhsil sahəsində əməkdaşlıq geniş inkişaf etdirilir, belə ki, son səfər zamanı Azərbaycan- İtaliya universitetinin açılma məsələsi gündəmdədir və artıq həll olunmuş hesab edilir. Yaxın vaxtlarda yəgin ki universitet öz fəaliyyətinə başlayacaqdır, bu isə Azərbaycanda müasir səviyyədə beynəlxalq tələblərə uyğun şəkildə təhsil sisteminin qurulmasına və bunun bazasında gələcəkdə elm və texnikanın inkişafına böyük təkan verə bilər.
İnanırıq ki, Azərbaycanla İtaliya arasında çoxsaylı biznes anlaşmaları, nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək.

 

Adil Qəribov,
Akademik, Əməkdar elm xadimi, kimya elmləri doktoru, professor

Son xəbərlər

Regionlarda su təminatı məsələləri həll edilir

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Şirvan suvarma kanalından minlərlə insan faydalancaq

Fransadakı Azərbaycan diasporu risk altında fəaliyyət göstərir - Fuad Hüseynzadə

“Radikal müxalifətin mötəbər tədbirlər ərəfəsində fəallaşması təsadüfi deyil”

Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib

Çində Azərbaycan dili virtual formada tədris olunacaq

“Yaşıl dünya naminə həmrəylik ili“ ilə bağlı layihə davam edir

Akademık Zərifə Əliyeva – nurlu ömrün qürurlu  salnaməsi

"Görkəmli oftalmoloq alim Zərifə Əliyevann hayatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir"

Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri şəhid gömrük əməkdaşının ailəsini ziyarət ediblər

Türkiyədə Türk Birliyi ilə bağlı daha bir addım

Şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı ilə bağlı sorğunun nəticələri açıqlanıb

Nazirlik və QHT Agentliyi birgə ağacəkmə aksiyası təşkil edib - FOTO

Brüssel görüşünün regionun təhlükəsizliyinə xidmət etməsi ciddi şübhə doğurur - Ekspert rəyi

Kitabxanaya görkəmli alim haqqında xatirə essesi təqdim olundu

Binəqədidə Ümumilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Azərbaycan-Konqo münasibətlərində etibarlı tərəfdaşlıq

Lələtəpə fatehi

Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar şeir təqdim edildi

"Böyük Zəfərin başlanğıcı olan Aprel döyüşləri çoxəsrlik şanlı tariximizə Zəfər səhifəsi kimi yazılıb"

Azərbaycan Universitetində COP-29 Simulyasiyasının növbəti təlimi keçirildi

Agentlikdə QHT rəhbərləri ilə görüş keçirilib

Dağıstanda yaşayan azərbaycanlı şairə “Crocus City Hall” terrorunda öldürülənlərin xatirəsinə şeir həsr edib

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələrinə iftar süfrəsi açılıb

Bu gün Milli Qəhrəman Murad Mirzəyevin mövlud günüdür

“Azərbaycanla şərti sərhəd xəttində Ermənistanın hərbi ativliyinin müşahidə olunması rəsmi İrəvanın yalanını üzə çıxarır”

1918-ci il mart soyqırımı

Xəzər rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib

Moskvada gənc azərbaycanlı alimin uğurlu dissertasiya müdafiəsi olub

Bütün xəbərlər