BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışını 3 istiqamətdə təsnif etmək mümkündür. Dövlətimizin başçısı beynəlxalq forumda Azərbaycan-İtaliya münasibətləri, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol və Azərbaycan həqiqətləri kontekstində geniş çıxış etdi.Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.İtaliyanın ölkəmizin ən yaxın tərəfdaşlarından biri olduğunu qeyd edən C.Osmanov vurğulayıb ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Onun sözlərinə görə, 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair imzalanan sənəd ölkələrimiz arasında mövcud fəal siyasi dialoqun formalaşmasında önəmli rol oynayır. Belə ki, ölkələrimizin ikitərəfli gündəliyinə davamlı olaraq yeni, vacib mövzular daxil edilir və ikitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər göstərilir. Ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı geniş müzakirələr davamlı şəkildə aparılır."Azərbaycan ilə İtaliya arasında önəmli əməkdaşlıq istiqamətlərindən biri də təhsil sahəsidir. Buna misal olaraq ADA Universitetinin İtaliyanın beş aparıcı universiteti ilə tərəfdaşlığını qeyd etmək olar. Həmçinin Bakıda yaradılan Azərbaycan-İtaliya Universiteti də bu sahədə mövcud olan əlaqələrin göstəricisidir", - deyə deputat bildirib.O qeyd edib ki, Çernobbio Forumunda çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdüyünə xüsusi diqqət çəkdi. Həmin neft boru kəmərlərindən biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər uzanır. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail ola bilib. Son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçı olan Azərbaycanın enerji strategiyasının önəmli mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır və ölkəmizin təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Eyni zamanda, Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir. Bu, 3500 kilometr uzunluğunda olan və İtaliyaya qədər uzanan Cənub Qaz Dəhlizidir. Cənub Qaz Dəhlizi üç boru kəməri - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəmərlərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir. Cənub Qaz Dəhlizi vasitəsilə bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Həmçinin Azərbaycanın təbii qaz ehtiyatlarına tələbatın artması səbəbindən ümumi ixracın 22 milyard kubmetrdən artıq olacağı planlaşdırılır və artım üçün çox böyük potensial mövcuddur.“Prezident İlham Əliyev Forumda çıxışı zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının bütün ölkələr üçün böyük perspektivlər vəd etdiyini bildirərək həmin sənədi gələcək fəaliyyət üçün yol xəritəsi adlandırıb. Dövlətimizin başçısı onu da vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi avropalıların gündəliyində dayanan ən aktual məsələlərdən biridir. Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycana qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər edilib.Artıq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialı dəyərləndirilib. Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır. Bundan əlavə, 2020-ci ilin Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. 

Son xəbərlər

Pyatiqorsk şəhərində Novruz bayramı münasibətilə tədbir keçirilib

Leninoqorskdakı soydaşlarımız Novruz bayramını təntənəli şəkildə qeyd ediblər

Quru sərhədləri Gürcüstanla qismən də olsa açmaq mümkündürmü?

“Qərəz bülbülü” Solovyovun antiazərbaycan “cəhcəhi”

Dünya Sıfır Tullantı Günü münasibətilə vebinar keçiriləcək

Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib

Qazaxıstanda yaşayan soydaşlarımız Novruz bayramını geniş qeyd ediblər

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə görüş keçirib

Moskvadakı soydaşlarımız “Crocus City Hall”dakı terror aktı qurbanlarının xatirəsini yad ediblər

Azərbaycan diasporu tərəfindən Leninoqorskda iftar məclisi təşkil edilib

Krasnoyarskdakı soydaşlarımız  “Crocus City Hall”da baş vermiş terror qurbanlarını anıblar

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Hollandiyada gənclərimiz Novruz bayramını qeyd ediblər

Həzi Aslanov adına veteran təşkilatı Moskva Müharibə Veteranları Komitəsinə üzv seçilib

“Dünya Xalqları Alyansı”nın baş katibi Putini təbrik etdi

GÖRÜBƏN GƏLİRƏM MƏN BU DÜNYANI

Şagirdlər qrafik dizayn bacarıqlarına yiyələnir – FOTOLAR

Qələbəmizin növbəti rəmzi

Tahir Mirkişili erməni spikeri susdurdu

Putinin qələbəsini şərtləndirən amillər bunlardır - Deputatdan AÇIQLAMA

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın yeni ofisində ilk iclas keçirilib - FOTOLAR

Azərbaycan Universitetində “COP29 simulyasiya” layihəsinin ikinci təlimi keçirilib

Prezident tanınmış QHT rəhbərini təltif etdi

Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

"Novruz ölkəmizin siyasi proseslərində bayramlaşma təcrübəsinə səbəb olmuşdur"

Binəqədidə ümumrayon “Novruz” şənliyi keçirildi

“Yaradıcı oxucularımız” layihəsi uğurla davam edir

Azərbaycan-NATO əlaqələrində siyasi dialoq və əməkdaşlıq

QHT rəhbəri BMT-nin Etimad Fondunun icraçı direktoru ilə görüşüb

Azərbaycanla Gürcüstanın etibarlı strateji tərəfdaşlığı

Bütün xəbərlər