BAKU Azərbaycan
3.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib. Belə ki, son illər paytaxt Bakıda və rayonlarda yol infrastrukturunun genişləndirilməsı ilə bağlı mühüm tədbirlər görülür. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir.Bu mövqe düzgün siyasət, gələcək perspektivi aydın müəyyənləşdirən strateji kurs və vaxtında ən optimal islahatlar keçirilməsi, müasir layihələr icra edilməsi nəticəsində qazanılıb. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan yol infrastrukturunun inkişaf səviyyəsinə görə beynəlxalq təşkilatların tərtib etdiyi hesabatlarda ön sırada qərarlaşır.

Ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq edilərkən qarşıya qoyulan başlıca hədəflər arasında yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması xüsusi yer tutub. "Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil" - deyən Prezident cənab İlham Əliyev buna nail olmaq məqsədilə yol qurğularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilməsinə diqqət ayırır. Prezident bölgələrə, demək olar ki, bütün səfərləri zamanı respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi ilə bağlı konkret tapşırıqlar verir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirildi. Cənab prezident qeyd etdi ki, “Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülmüşdür, böyük infrastruktur layihələri icra edilmişdir, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir.”

Məlum olduğu kimi, ölkəmiz uzun müddətdir ki, özünü mühüm tranzit qovşağı kimi tanıda bilib. Azərbaycan infrastruktura, o cümlədən dəmir yollarına, avtomobil yollarına və logistika mərkəzlərinə əhəmiyyətli investisiyalar yatırıb. Azərbaycan qarşısına 2030-cu ilə qədər bu həcmin ildə 30 milyon tona çatdırılması kimi iddialı məqsəd qoyub.

“Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır”, - deyən dövlətimizin başçısı əlavə etdi ki, yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatlarının yaradıldığını, ortaq, müştərək müəssisələrin qurulduğunu vurğulayan Prezident qeyd etdi: “Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir”

Son illərdə nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyan Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilir. Avropa və Asiya arasında yerləşməsi və inkişaf etmiş infrastruktura malik olması yeni iqtisadi imkanlar yaradır və ölkənin beynəlxalq yükdaşımalar üzrə potensialından daha səmərəli istifadə olunmasını təmin edir.

İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir. Son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edilib, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa olunub, yeni yollar salınıb. Kənd yolları, şəhərlərarası yollar, magistral yollar çəkilib. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il bu məqsədlər üçün vəsait ayrılır. Azərbaycan şəhərləri arasındakı bağlantıları təmin etmək üçün bir neçə yeni qatar istiqaməti müəyyənləşdirilib - Bakı-Qəbələ, Bakı-Balakən və Bakı-Ağstafa dəmir yolları fəaliyyətini bərpa edib. Bu yollar, əslində, ölkəmizi qərb sərhədi ilə, şimal-qərb sərhədi ilə və Qəbələ şəhəri ilə bağlayır. Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir.

Azad edilmiş ərazilərdə də görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. Beləliklə, ölkənin müxtəlif bölgələrində yeni beynəlxalq aeroportların istifadəyə verilməsi, yeni yolların salınması, regional layihələrin icrasında aparıcı rol oynaması Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də respublikamızı Avrasiyanın nəqliyyat qovşağına çevirir.

Əbilfəz MAHMUDOV

Binəqədi rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın üzvü, energetik

Son xəbərlər

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

Polşa Azərbaycanlıları Şurası və “Citi Bank”ın dəstəyilə Varşava Azərbaycan Evində təlim keçirilib

Ömrünü səhiyyəyə həsr etmiş FAZİL İSMAYILOV

Bu dəfə də tamaşa alqışlarla qarşılandı…

Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar Özbəkistan Dövlət Akademik Böyük Teatrında konsert keçiriləcək

QHT Koalisiyasının Sosial Tədqiqatlar Mərkəzi ilə görüşü keçirilib –FOTOLAR

Azərbaycanla Somali strateji əməkdaşlığı gücləndirir

"Ölkəmizlə münasibətləri inkişaf etdirmək istəyən dövlətlərin sayı artıb"- Mehriban Vəliyeva

Azərbaycan və Çin strateji tərəfdaşdır

QHT sədri xarici mənşəli, lakin Azərbaycana xidmət edən şəxslərin cəmiyyətdə rolundan danışdı - FOTO

​Kitabxanaya yeni şeirlər təqdim edildi

Humanizm prinsiplərinə hörmət

İstanbulda Mavi Vatan Kəşfiyyat Məktəbində Xəzər Dənizi mövzusunda seminar keçirilib

"Velikoros şovinizmi" yeni ampulada

POLAD BÜLBÜLOĞLUNUN 80 İLLİK YUBİLEYİNƏ MƏQALƏ TƏQDİM EDİLİB

Aberdində “Gənclər Günü” Azərbaycan ruhu ilə qeyd olunub-FOTOLAR

Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu

Varşava Azərbaycan Evində Təsirli Nitq Bacarıqları seminarı uğurla tamamlanıb

Regionlarda insan alverinə qarşı mübarizə aktivləşəcək

Binəqədidə 2 Fevral- Gənclər Gününə həsr olunmuş tədbirlər keçirilib

“Gənclik Müasir Liderininətrafında sıx birləşərək əminliklə gələcəyə addımlayır” -Mehriban Vəliyeva

Deputat Sumqayıtda vətəndaş qəbulu keçirdi

Polşadakı türk dünyası gəncləri üçün səmərəli imkanların yaradılması yolları müzakirə edilib

Tanınmış bakılı jurnalistin kitabının təqdimatı olub

“Nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq”

"Məhkəmənin gedişini izləyək, Paşinyanın hələ bir çox cinayətlərinin üstü açılacaq" - Deputat

İnsan alverinə qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlanır

"Azərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisad Forumu xüsusi rola malikdir"

“Yaşıl Azərbaycan: Ekologiya Şuuru və Dayanıqlılıq” layihəsi

Azərbaycan və Gürcüstanın regional sabitliyə xidmət edən münasibətləri

Bütün xəbərlər