BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

31 yanvar 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində və Bakı Humanitar Kollecində 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş  tədbirlər keçirildi.

Binəqədi Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının I müavini Hacıbaba Babayev, müavin Sevinc Süleymanova, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Kamran Quliyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin müdiri Günel Həsənova və  elm, mədəniyyət, təhsil, səhiyyə, hərbi, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən rayon gəncləri iştirak etdilər.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev gəncləri 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək qeyd etdi ki, gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev hər zaman  gənclərimizə böyük ümidlər bəsləyib, çıxışları zamanı və keçirdiyi görüşlərdə dəfələrlə qeyd edib ki, Azərbaycanın parlaq gələcəyi müasir düçüncəli gənclərin əlindədir. Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qədəm qoyub. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaradılıb. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir. Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərimiz Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi.

Görüşdə müxtəlif sahələr üzrə uğur qazanan rayon gəncləri çıxışlarında ölkəmizdə gənclərə göstərilən hərtərəfli qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Görüşün sonunda rayonun ictimai həyatında fərqlənən bir qrup gəncə Fəxri Fərman və mükafatlar təqdim olundu.  

Bakı Humanitar Kollecində 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş   tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, millət vəkili Səbinə Xasayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşları, Yeni Azərbaycan Pariyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Kollecin direktoru Nərmin Qaralova, müəllimlər və gənclər iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış oldular.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Çıxış edənlər-Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, millət vəkili Səbinə Xasayeva, Yeni Azərbaycan Pariyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Bakı Humanitar kollecin direktoru Nərmin Qaralova gəncləri təbrik edərək qeyd etdilər ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə ölkə başçısına məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.

Tədbirin bədii hissəsində Bakı Humanitar Kollecinin gənc müəllimlərinin və tələbələrinin ifasında gözəl musiqi nömrələri, şeirlər ifa edildi.

 

 

 

 

Son xəbərlər

“Mədəni irsin qorunması sahəsində milli və beynəlxalq tənzimetmə” mövzusunda seminar keçirilib

15 İyun–“Milli Qurtuluş Günü”nə həsr olunmuş “Qurtuluşdan-Zəfərə” adlı tədbir keçirilib

Media və reklam mətnlərində dil normalarının pozulması cəmiyyətə mənfi təsir edir

Sosial sahədə fəal iştirak etmək istəyən tələbələr məlumatlandırılıb

Qurtuluşdan Quruculuğa

Zəfər tariximizin başlanğıcı: 15 İyun - Milli Qurtuluş Günü

Yasamal Rayon Bələdiyyəsində Qurban bayramı sovqatı paylanılılıb

Bütün cəmiyyətin üzərinə düşən ümummilli vəzifə…

ƏHD Partiyası dünya çempionlarını təbrik edib

Vətəndaş cəmiyyəti səhralaşma ilə mübarizəyə öz töhfəsini verəcək

Faşizm üzərində qələbədə Azərbaycanın rolu xarici mediada təbliğ olunacaq

“Ucqar rayonlarda yeni texnologiyaların tətbiqi”layihəsinin icrasına başlanıldı

Bryanskda azərbaycanlı müharibə veteranının qəbirüstü abidəsinin açılışı olub

“Dayaq” Sosial Maarifləndirmə İctimai Birliyi Yasamalda sosial siyasət mövzusunda tədbir keçirib

Laçından beynəlxalq aləmə qardaşlıq və həmrəylik mesajı

“Üç Qardaş” – Yeni geosiyasi model

Qida Təhlükəsizliyinin Gələcəyi: “Gastro Lezzet Sokağı 2025”-də Məhsəti Hüseynovadan Vacib Mesajlar

Uşaq yazıçısı Gülzar İbrahimova Gəncə-Daşkəsən regionunun oxucuları ilə görüşləri keçirildi

"Milli geyimdə gəzinti" – Mədəni irsimizi yaşadan addımlar -FOTOLAR

Gələcək nəsillərə örnək

Şərqdə və müsəlman dünyasında ilk demokratik dövlət

Türk dünyasının inteqrasiyasını gücləndirən strateji arteriya

Azərbaycan ilə Macarıstan arasında əlaqələrininkişafı məmnunluq doğurur

Qarayaxma kampaniyası Azərbaycan polisini haqq yolundan döndərə bilməz

Dost ölkələr, strateji tərəfdaşlar

Ümummilli lider Heydər Əliyevin 102-ci illiyinə həsr olunan turnir keçirilib

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlidən növbəti nəcib təşəbbüs

“Rəsul Rza poeziyasına səyahət” adlı tədbir keçirildi

Yazıçı-publisist, şair Gülarə Munisin “Yaddaşlarda qalan müəllim” kitabının təqdimatı keçirildi

Qarabağ və Şərqi Zəngəzur gənclərinin məşğulluğuna dəstək veriləcək

Bütün xəbərlər