BAKU Azərbaycan
31.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev tərəfindən imzalanmış "Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman ixracın stimullaşdırılması istiqamətində tətbiq olunan mühüm iqtisadi təşviq mexanizmidir.

Xeber7.Az-ın məlumatına görə, sənəd ilk növbədə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac xərclərinin azaldılmasına, onların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.

Fərmanla sahibkarların ixrac xərclərinin azaldılmasına yönəlmiş maliyyə dəstəyi mexanizmi müəyyənləşdirilib.

Fərmana əsasən, Azərbaycan mənşəli qeyri-neft-qaz mallarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi üzrə yığımlar dövlət tərəfindən kompensasiya ediləcək. Kompensasiyanın məbləği ixrac olunan məhsulun növünə, göndərildiyi ölkəyə və hər ixrac gömrük bəyannaməsi üzrə müəyyən ediləcək yuxarı həddə uyğun hesablanacaq. Malların Azərbaycan mənşəli olması isə qanunvericiliyə uyğun olaraq müvafiq sertifikatla müəyyən olunacaq.

Kompensasiya hər rüb ərzində ixrac gömrük proseduru altında rəsmiləşdirilmiş ölkə mənşəli qeyri-neft-qaz mallarına görə həmin rüb başa çatdıqdan sonra ixracatçının müraciəti əsasında İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək. Bu dəstək aləti 2026-cı il sentyabrın 1-dən 2031-ci il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarına tətbiq olunacaq.

Qeyd edilən yanaşma kompensasiyanın faktiki, yəni həyata keçirilmiş ixrac əməliyyatları əsasında ödənilməsini təmin edir, dövlət dəstəyinin daha məqsədyönlü tətbiqinə şərait yaradır. Həmçinin, bununla sahibkarlar real ixrac fəaliyyətini genişləndirməyə təşviq olunur.

Mühüm üstünlüklərdən biri ixrac əməliyyatlarının maya dəyərinin azalmasıdır. Xüsusilə kiçik və orta sahibkarlar üçün gömrük rəsmiləşdirilməsi xərcləri bəzən xarici bazarlara çıxışda ciddi maneəyə çevrilirdi. Yeni mexanizm maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldacaq. Bu isə müəssisələrin dövriyyə vəsaitlərinə qənaət etməsinə, əldə olunan vəsaiti istehsalın genişləndirilməsinə yönəltməsinə şərait yaradacaq.

Rüblük kompensasiya mexanizmi isə müəssisələrin pul vəsaitlərinin idarə olunmasını asanlaşdırır və onların maliyyə dayanıqlılığını gücləndirir.

Fərmanda nəzərdə tutulan digər əhəmiyyətli yenilik isə dəstək müddətində gömrük nəzarəti, gömrük müşayiəti və malların saxlanılmasına görə tətbiq edilən gömrük yığımlarının artırılmasının qadağan olunmasıdır. Bu, sahibkarların gözlənilməz əlavə xərclərlə üzləşməsinin qarşısını almaqla biznes mühitini daha sabit və proqnozlaşdırıla bilən edir. Xərclərin əvvəlcədən dəqiq hesablanması isə ixrac planlamasının daha səmərəli aparılmasına imkan verir. Beləliklə, nəzərdə tutulan tədbirlər yalnız ayrı-ayrı ixrac əməliyyatlarını deyil, bütövlükdə ixrac fəaliyyətinin genişlənməsini stimullaşdırır.

Son xəbərlər

Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır

Təhsil haqqı artırsa, əlçatanlıq necə qorunmalıdır?

Mikayıl Cabbarov: "Süni intellekt sayəsində karbamid zavodunda istehsal artıb"

Al Maktoum Holding Group CEO Munir Ahmad and Tanzania’s Jackson Unpack East Africa’s Investment Future

YAP Səbail rayon təşkilatında “91-lər” və partiya veteranları ilə görüş keçirilib – FOTOLAR

Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

Şəkidə “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Bütün xəbərlər