BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uçuruma aparan yol!” adlı layihənin icra edəcək.
Layihə ilə bağlı fikirlərini bizimlə bölüşən təşkilatın sədri Ramiz Alıyev öncə layinənin məqsədi barədə məlumat verdi.

Layihənin əsas məqsədinin hökumətin insan alverinə qarşı apardığı mübarizədə vətəndaş cəmiyyətinin rolunu artırmaq olduğunu deyən həmsöhbətimiz problemin aktuallığından bəhs etdi.
“İnsan alveri bütün cəmiyyətləri narahat edən qlobal problemdir. Bu problemə qarşı hökumət, aidiyyatı qurumlar, vətəndaş cəmiyyəti institutları, eləcə də ayrı-ayrı təşkilatların fəaliyyət göstərməyinə baxmayaraq, problemin birbaşa həlli mümkün deyil. Səbəb də odur ki, zaman kerçdikcə bu istiqamətdə fəaliyyət göstərən qruplar öz məqsədlərinə çatmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Həm cinsi, həm də məcburi əmək xidmətləri ilə bağlı edilən “xüsusi” təkliflər insanların asanlıqla insan alveri qurbanına çevrilməsinə şərait yaradır. Bu baxımdan insan alverinə qarşı mübarizə sahəsində davamlı maarifləndirmə işinin həyata keçirilməsi labüddür. Bu həm qəbul olunan Dövlət Proqramının icrasına, həm də Azərbaycanın bu istiqamətdə qoşulduğu beynəlxalq Konvensiyaların yerinə yetirilməsində müsbət nəticələrin əldə olmasına rəvac verəcək”.
R.Alıyev qeyd etdi ki, insan alveri geniş sferada özünü göstərməkdədir: “Son zamanlar insan alverində əməyin istismarı və aldadıcı təkliflərlə insan alveri qurbanı olanların sayı artmaqdadır. Təşkilatımızın həm İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəsmi saytında, eyni zamanda sosial şəbəkələrdə apardığı araşdırmalar zamanı məlum olub ki, son zamanlarda xaricdə təhsil adı altında insanlar aldadılır və asanlıqla qurbana çevrilirlər. Bu istiqamətdə təşkilata 2024-cü ildə edilən müraciətlərdən belə aydın olur ki, xaricdə cəlbedici Ali Təhsil imkanları təklif edən “işbazlar”ın əsas məqsədi qurbanları asanlıqla ələ almaq, onlardan istifadə etməkdir. Biz insan alverinə qarşı mübarizə sahəsi üzrə davamlı olaraq layihələr və maarifləndirici tədbirlər həyata keçiririk. Bu istiqamətdə keçirdiyimiz görüşlər əsnasında deyə bilərik ki, aidiyyatı qurumlarla yanaşı vətəndaş cəmiyyətinin imkanlarından istifadə vacibdir. Bu baxımdan təşkilat olaraq insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə tədbirlərinin təşkili istiqamətində növbəti layihə keçirməyə qərar verdik”.
Təşkilat sədrinin sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının illik məruzəsinə əsasən, hər beş insan alveri qurbanından biri yetkinlik yaşına çatmayan gənclərdir: “İnsan alveri qurbanlarının sayının artmasına əsaslanaraq, bir çox ölkədə insan alveri ilə məşğul olan insanların cinayət məsuliyyətinə cəlb edilməsi üçün normativ hüquqi aktlar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli, 2173 saylı Sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. “Milli Fəaliyyət Planı”nda da göstərilib ki, vətəndaş cəmiyyəti bu sahədə maarifləndirmə tədbirlərini daha genişləndirməlidir. Daxili İşlər Nazirliyi, bu sahədə ixtisaslaşmış Qeyri-Hökumət Təşkilatları, bölgələr üzrə fəaliyyət göstərən sosial işçilər, kütləvi informasiya vasitələri insan alverinə qarşı mübarizəyə dair maarifləndirmə işlərində ən vacib və aparıcı qüvvələrdir. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi daima qeyd edilən məsələlər üzrə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları ilə əməkdaşlıq edir, maarifləndirmə işlərinin aparılmasında birgə fəaliyyət göstərirlər”.
R.Alıyev sonda qeyd etdi ki, layihə çərçivəsində 7 dəqiqəlik qısametrajlı film çəkiləcək: “QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə, Daxili İşlər Nazirliyinin isə təşkilati dəstəyi ilə ərsəyə gələcək filmin Bakı və Sumqayıt şəhərlərində təqdimatı keçiriləcək. Eyni zamanda filmin youtube və digər sosial şəbəkələr üzrə geniş şəkildə yayımı reallaşdırılacaq. Çəkilən qısametrajlı film televizya kanallarına da təqdim olunacaq. İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı bu günə qədər bu səpkidən olan bir neçə filmin, serialın müəllifidir. Biz filmlərimizdə insan alveri qurbanlarının acı talelərini göstərməklə bərabər, Azərbaycan polisinin işinə necə məsuliyyət və şərəflə yanaşdığını nümayiş etdiririk. Dövlətinə sədaqətlə xidmət edən Azərbaycan polisi bütün dünya ölkələrində polislərə nümunə göstərilir. Polisi və digər hüquq mühafizə orqanlarının fəaliyyətinin nəticəsidir ki, ölkədə sabitlik hökm sürür. Azərbaycan polisi bütün dönəmlərdə dövlətinə, xalqına sədaqətlə xidmət edib, hər bir çətinlikdə öz ali rəhbərinin yanında olub. Son illərdə istər pandemiya zamanı, istərsə də Vətən müharibəsi vaxtı Azərbaycan polisi böyük sınaqlardan üzüağ çıxdı. Düzdü, həmin vaxtı polisə qarşı qarayaxma kampaniyaları aparanlar oldu, elə indi də var. Əlbətdə ki, onların mənfur məqsədi məlumdur.
Hesab edirəm ki, biz vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq heç bir zaman imkan verə bilmərik ki, ictimai-əsayişimizi qoruyan, sabitliyimizi təmin edən polis orqanlarına kimlərsə ləkə vursun. Son 5 ildə mən, xüsusilə, deyə bilərəm ki, cəmiyyətimizdə gənclərimizin polis sisteminə marağı daha da artıb. Buna səbəb kimi polis orqanlarına yeni qatılan gənclərin həm xarici görünüşü, fiziki sağlamlığı eyni zamanda polisin cinayətkarlara qarşı apardığı qətiyyətli mübarizə dayanır. Daxili işləri naziri general-polkovnik cənab Vilayət Eyvazovun demək olar ki, hər ay Bakıda və bölgələrdə polis sıralarına qoşulmaq istəyən gəncləri şəxsən seçməsi isə həmin gənclərdə ruh yüksəkliyi yaradır.”

Son xəbərlər

“Mədəni irsin qorunması sahəsində milli və beynəlxalq tənzimetmə” mövzusunda seminar keçirilib

15 İyun–“Milli Qurtuluş Günü”nə həsr olunmuş “Qurtuluşdan-Zəfərə” adlı tədbir keçirilib

Media və reklam mətnlərində dil normalarının pozulması cəmiyyətə mənfi təsir edir

Sosial sahədə fəal iştirak etmək istəyən tələbələr məlumatlandırılıb

Qurtuluşdan Quruculuğa

Zəfər tariximizin başlanğıcı: 15 İyun - Milli Qurtuluş Günü

Yasamal Rayon Bələdiyyəsində Qurban bayramı sovqatı paylanılılıb

Bütün cəmiyyətin üzərinə düşən ümummilli vəzifə…

ƏHD Partiyası dünya çempionlarını təbrik edib

Vətəndaş cəmiyyəti səhralaşma ilə mübarizəyə öz töhfəsini verəcək

Faşizm üzərində qələbədə Azərbaycanın rolu xarici mediada təbliğ olunacaq

“Ucqar rayonlarda yeni texnologiyaların tətbiqi”layihəsinin icrasına başlanıldı

Bryanskda azərbaycanlı müharibə veteranının qəbirüstü abidəsinin açılışı olub

“Dayaq” Sosial Maarifləndirmə İctimai Birliyi Yasamalda sosial siyasət mövzusunda tədbir keçirib

Laçından beynəlxalq aləmə qardaşlıq və həmrəylik mesajı

“Üç Qardaş” – Yeni geosiyasi model

Qida Təhlükəsizliyinin Gələcəyi: “Gastro Lezzet Sokağı 2025”-də Məhsəti Hüseynovadan Vacib Mesajlar

Uşaq yazıçısı Gülzar İbrahimova Gəncə-Daşkəsən regionunun oxucuları ilə görüşləri keçirildi

"Milli geyimdə gəzinti" – Mədəni irsimizi yaşadan addımlar -FOTOLAR

Gələcək nəsillərə örnək

Şərqdə və müsəlman dünyasında ilk demokratik dövlət

Türk dünyasının inteqrasiyasını gücləndirən strateji arteriya

Azərbaycan ilə Macarıstan arasında əlaqələrininkişafı məmnunluq doğurur

Qarayaxma kampaniyası Azərbaycan polisini haqq yolundan döndərə bilməz

Dost ölkələr, strateji tərəfdaşlar

Ümummilli lider Heydər Əliyevin 102-ci illiyinə həsr olunan turnir keçirilib

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlidən növbəti nəcib təşəbbüs

“Rəsul Rza poeziyasına səyahət” adlı tədbir keçirildi

Yazıçı-publisist, şair Gülarə Munisin “Yaddaşlarda qalan müəllim” kitabının təqdimatı keçirildi

Qarabağ və Şərqi Zəngəzur gənclərinin məşğulluğuna dəstək veriləcək

Bütün xəbərlər