BAKU Azərbaycan
24.84 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında  Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə, Xalq yazıçısı Mirzə İbrahimovun “Pərvanə” romanı təqdim olunur.

Azərbaycan ədəbiyyatına ilk gəlişi şeirlərlə olan Mirzə İbrahimov qələmi yerə qoymadan,  tənqidi, publisist məqalə, hekayə və oçerklərlə özünü təsdiq etmişdir. Yazıçı, dramaturq, akademik, onlarca mükafatlar laureatı, ədəbiyyat və incəsənət sahələrində bir çox məsul vəzifələrdə çalışmış Mirzə İbrahimov sadə, təvazökar, Azərbaycan üçün fədakarcasına döyüşən qələm sahibi olmuşdur. “Məhəbbət”, “Həyat”, “Madrid”, “Kəndçi qızı” pyesləri ilə yanaşı “Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı” kimi povest və “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” kimi oxucuların rəğbətini qazanmış romanların müəllifi olan Mirzə İbrahimov bir çox məşhur dünya yazıçılarının pyeslərini də Azərbaycan dilinə tərcümə etmişdir. Hər tərəfli geniş fəaliyyətlə məşğul olan Mirzə İbrahimovun başçılığı ilə sülh uğrunda mübarizə məqsədilə bir çox xarici dövlətlərdə, məsələn Əfqanıstan və Vyetnamda sülhə çağırış tədbirləri keçirmiş, çıxışlar etmişdir. Tarixdə iz qoyan yazıçımız, həm də ictimai xadim və bir çox titullar sahibi olmuşdur.  

Kiçik bir hissəsi təqdim olunan “Pərvanə” romanında keçən əsrin əvvəllərindən xalqın ağır və iztirablı həyatı, savadsızlığın və mövhumatçılığın baş alıb getdiyi dönəmlərdə məktəblərin açılmasına qarşı olan qüvvələrin maneçiliyindən, inqilabi ruhlu gənclərin sürgün olunmasından və bəylərin verilən işgəncələrindən söhbət açılır. 

Oxuculara çox böyük mənalar kəsb edən bu və başqa əsərləri də daxil olmaqla Mirzə Əjdər oğlu İbrahimov yaradıcılığı ilə daha yaxından tanış olmaq tövsiyə olunur.

Yazıçı Şahzadə İldırım əsərdən bir parça səsləndirərək izləyicilərə təqdim edir: 

​​​​​​​

Son xəbərlər

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

“Dayaq” Sosial Maarifləndirmə İB-inin Səbail rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

Yaponiya ekoloji mədəniyyətinə dair seminarlar keçirilib

Kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı rolu

Xalq yazıçısı, tanınmış kinodramaturq Natiq Rəsulzadənin yaradıcılıq gecəsi Beynəlxalq formatda keçirildi

“Dayaq” Sosial Maarifləndirmə İB-inin Səbail rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirildi

Azərbaycanın dövlətçilik ənənələri davam edir

Tariximizin yeni inkişaf mərhələsi

Bütün xəbərlər