BAKU Azərbaycan
24.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 Mirzə Ələkbər Sabir Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sabirin sözü, zamanın gözü” layihəsinin icrasına başlayıb. Layihə M.Ə.Sabirin vəfatının 115 illiyi münasibətilə həyata keçirilir.

Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli saytımıza bildirib ki,  layihənin əsas məqsədi dahi şair M.Ə.Sabirin ölümünün 115 illiyi münasibətilə, onun əsərlərinə ötən 115 il ərzində çəkilmiş satirik illüstrasiyaları bir araya gətirmək, sənət əsərlərinin dili ilə şairin ideyalarının zaman müstəvisindəki aktuallığını nümayiş etdirmək və zəngin irsimizi müasir tamaşaçıya yenidən təqdim etməkdir: “Bu məqama, həmçinin, ədəbiyyat və incəsənətin vəhdətinin mükəmməl nəticələrini göstərmək, ədəbiyyat və incəsənətdən bir qədər uzaqlaşan gənc nəslə Sabir irsini yenilikçi, eləcə də cəlbedici formada çatdırmaq da daxildir. Bunun üçün layihə çərçivəsində M.Ə.Sabirin ictimai ideyalarının müasir dövrə inteqrasiyası mövzusunda maarifləndirici işlər aparılacaq. Sabirin irsini gənc nəslə çatdırmaq məqsədilə media və sosial platformalarda paylaşımlar ediləcək. Bütün fəaliyyətlərdə Sabirin əsas ideyalarının bu günə təsiri vurğulanaraq gənclərin fikirləri ilə müşayiət olunacaq. M.Ə.Sabirin tənqid etdiyi problemlərin bugünkü cəmiyyətlə əlaqəsi də göstəriləcək”.

3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində M.Ə. Sabirin satirik şeirləri əsasında hazırlanmış  və İ.Rotter, Ə.Əzimzadənin klassik karikaturaları ilə yanaşı, ötən 115 ilin baxış bucağını əks etdirən müasir karikatura və illüstrasiyalardan ibarət kitab nəşr olunacaq.  Həmçinin, Bakıda kitabın təqdimatı və illüstrasiyaların sərgisi nəzərdə tutulub.

Bununla yanaşı, əsərləri dövlət varidatı elan edilən M.Ə.Sabirin sosial problemlər, ədalətsizlik, ehkamçılıq, maarifsizlik, milli dəyərlərin aşınması, ailə-məişət münasibətlərindəki tənəzzül, mövcud ənənələrin zədələnməsi, erkən və qeyri-bərabər nikahlar, cəhalət və dini fanatizm kimi problemləri unikal dillə necə hədəfə alması mövzusunda mediada məqalələr dərc ediləcək.

Son xəbərlər

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır

Vaşinqtonda “Tənhalığın Sədaları” adlı möhtəşəm rəsm sərgisi keçirilib – FOTOLAR

“Virtual məkanda nifrət nitqi və fəsadları” - İnfosessiya/Foto-Video

Bakıda “Uzaq Şərqin izləri” sərgisi çərçivəsində tədbir keçirilib

Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü -FOTO

Yaponiyada Azərbaycan haqda yeni kitab nəşr olunub: “Qəribə və gözəl ölkə”

Mirzə Ələkbər Sabirin satirik irsi və müasir dövrdə aktuallığı

Naxçıvanın inkişafında yeni səhifə açılır

Azərbaycanda trüfel istehsalının təşviqi layihəsinin yekun tədbiri keçirilib

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək

"Qadın dünyası" İctimai Birliyi növbəti layihəsini uğurla başa çatdırıb

Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır

Təhsil haqqı artırsa, əlçatanlıq necə qorunmalıdır?

Mikayıl Cabbarov: "Süni intellekt sayəsində karbamid zavodunda istehsal artıb"

Bütün xəbərlər