BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun Qasımovaya ev verilib.  Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov feysbuk səhifəsində məlumat verib: “Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovaya Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksindən ikiotaqlı, tam təmirli mənzil təqdim edilib. Qeyd edim ki, Prezident İlham Əliyevin 25 iyun 2024-cü il Sərəncamına əsasən, Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, – deyə o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi ilə əlaqədar onun anası Qasımova Dursun Əsgər qızına Prezident təqaüdü təyin edilmişdi.

Azinforum.az olaraq xatırladırıq ki, Milli Qəhrəman Natiq Qasımovun anasının çətin şəraitdə yaşadığını və onun yeni mənzilə ehtiyacı olduğu mövzusunu ilk dəfə bizim sayt ictimailəşdirib. Milli Qərəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı yazdığı və bizim tərəfimizdən içtimailəşdirilən məqalədə Natiq Qasımovun anasının mənzilə ehtiyacı olduğu qabardılırdı. Hətta onun neçə çətin şəraitdə yaşadığını əks etdirən fotolar da təqdim edilmişdi. Elşən Uluxanlı öz yazısında Gəncənin icra başçısını bu məsələyə laqeyd yanaşmaqda ittiham edirdi. Həmin vaxt məhz Gəncə Şəhər İcra Hakimiyyətinə trolluq edən bir qrup şəxs sosial şəbəkəlır vasitəsilə Elşən Uluxanlının və bizim üzərimizə hücuma keçdilər ki, Natiq Qasımovun anası icra başçısının bütün “qayğısı” və “mərhəməti” ilə əhatə edilib, bu səbəbdən də, belə məlumatları yaymaq təxribatdır.
Mili Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı Azinforum.az-a açıqlamasında bildirdi ki, bu xəbəri böyük sevinclə qarşılayıb: “Mən fürsətdən istifadə edib, bu qərarın qəbul edilməsinə görə, ölkə Prezidentinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dərin minnətdarlığımı bildirirəm. Çox sevinirəm ki, çağrışımıza səs verildi”.

Azinforum.az

Son xəbərlər

Qarabağ Zəfərinin zirvəsi

Şuşa şəhəri günü: Azərbaycan qürurunun, mədəniyyətinin və zəfərinin simvolu

Məhəbbət İbrahimovanın yaradıcılıq gecəsi – Ziyalılıq, vətənpərvərlik və qadın qüdrətinin təntənəsi

Orenburq Prezident Kadet Məktəbinin rəhbərinə Azərbaycanın qəhrəmanları haqqında kitab hədiyyə olunub

Qara Brilliant klubunun idmançısı 3-cü dəfə Respublika 1-cisi oldu

Zəfər Gününə həsr olunmuş xeyriyyə konserti

Konstitusiyamızın 30 illiyi – hüquqi dövlət quruculuğunun təntənəsi

Rusiyada Vətən Müharibəsinin 5 ci ildönümünə həsr olunmuş sənədli film çəkilib

Gənc pianoçu Ayan Məmmədli Budapeşt şəhərində möhtəşəm solo konserti ilə çıxış edib

Krasnoyarsk diyarının qubernatoru diaspor rəhbərini təltif edib

Konstitusiyanın tarixi və müasir əhəmiyyəti

T.Abbasov adına 225 nömrəli tam orta məktəbdə Zəfərimizin 5 illiyi qeyd olundu

AYB-nin üzvü Koreya Respublikasının televiziya kanalına müsahibəverib

Zəfərin davamı – güclü sosial dövlət

8 Noyabr – Azərbaycanın Şanlı Zəfər Günü

Müstəqilliyin və qürurun rəmzi

“Qarabağ Azərbaycandır!”

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib

İlk hərbi təyyarəçimiz Milli Qəhrəman adına layiq görülüb -SƏRƏNCAM

Zəfərə həsr olunmuş musiqili videoçarx

ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCAN!

Binəqədidə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib

Bayraq- milli kimliyimizin, suverenliyimizin və qürurumuzun simvolu

Zəfər Günü bayramına təsadüf edən doğum günü

QHT-lər “Qərbi Azərbaycana qayıdış” mövzusunda fəaliyyətini gücləndirir

“Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” videoçarxı nümayiş etdirilib

Ayan Məmmədli: Bu forum mədəniyyət adamları üçün mühüm platformadır

Elm milli inkişafın strateji dayağı kimi

Kitabxanada “Uşaq hüquqları aylığı” çərçivəsində rəsm müsabiqəsi təşkil olunub

Azərbaycan elminə dövlət qayğısı ildən-ilə artır

Bütün xəbərlər