BAKU Azərbaycan
24.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Oktyabrın 16-da “Dünya Ana və Uşaqlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Ana və uşaqlar narkomaniyaya qarşı” adlı layihəsi çərçivəsində Masallı şəhərindəki Masallı Dövlət Regional Kollecində tədbir keçirib.

Təbirdə Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kollecin tərbiyə işləri üzrə direktor muavini Dilarə Hüseynova qonaqları təqdim edib. Dilarə Hüseynova cıxışında deyib ki, təhsil ocaqları uşaqların, yeniyetmələrin, gənclərin maariflənməsində, etik davranışlarının, şəxsiyyətlərinin formalaşmasında əhəmiyyətli dərəcədə rol oynayır. “Həm ümumitəhsil müəssisələrində, həm də orta ixtisas və ali təhsil müəssisələrində narkomaniyaya qarşı mübarizə üsulları, narkotik vasitələrdən istifadənin qarşısının alınması istiqamətində təbliğat işləri aparılır, maarifləndirici tədbirlər həyata keçirilir”,- deyə bildirib.

Masallı RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloq Aybəniz Novruzova cıxışında bildirib ki, narkotik asılılığının qurbanları daha çox yeniyetmələr və gənclər olur: “Narkotika aludəçiliyi həm gənc insanın özü, həm də ailəsi, yaxınları üçün faciəyə çevrilir. Narkotiklərdən asılılıq ümumi fiziki xəsarətlərə və sağlamlığın ciddi ağırlaşmalarına səbəb olur. Narkoman tədricən özünə hörməti, əxlaqi keyfiyyətlərini itirir”.
Sonra “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva tədbirin əsas məqsədinin narkotik vasitələrin, narkomaniya ilə mübarizdə hər bir vətəndaşı fəallıq göstərməyə təşviq etməkdir: “Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan insanlara qarşı birgə mubarizə aparılmalıdı. Ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün əlimizdən gələni etməliyik”.
Layihəyə cəlb olunmuş ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Araz Nurməmmədov deyib ki, insanın fiziki, psixi və sosial rifahı üçün onun sağlam olması mütləqdir: “Biz hamımız canlıyıq, şüurluyuq və nəyin düz, nəyin səhv olduğunu düşünə, təhlil edə bilərik. Yetər ki, sağlam olmağı, sağlam təfəkkürə, sağlam ruha sahib olmağı istəyək. İstək varsa, inam varsa, zərərli, insanı məhv edəcək vərdişlərdən uzaq durmağı mütləq bacararıq”..
Tədbirin sonunda “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihənin icrası üçün göstərilən maliyyə dəstəyinə, Masallı Rayon İcra Hakimyyətinin başçısına və icra numayəndəsinə, tədbirin keçirilməsidə köməkliyə görə kollecin rəhbərliyinə təşəkkür edib.

        

Son xəbərlər

Reklam istehsalçıları və media nümayəndələrinə çağırış olunub

Zaqatala şəhərində “Məişət zorakılığına qarşı birlik” adlı layihə icra edilib

Media və ədəbi dil: məsuliyyət və mövcud problemlər

Bərdə də gənclər üçün məşğulluq və karyera mövzusunda maarifləndirici seminar keçirildi

​“Şəhidlərə həsr olunmuş nəşrlərin hazırlanması’’ layihəsinin icrasına başlanılıb

Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var

Xızıda “Qərbi Azərbaycana Qayıdışın ideoloji əsaslarının möhkəmləndirilməsi” mövzusunda tədbir keçirilib

"Azərbaycan və Özbəkistan arasında münasibətlər tarixi köklərə bağlılıq fonunda dövrün reallıqlarına uyğun olaraq inkişaf edir"

"Adalia" xanımları Heritus Logistics-i ziyarət ediblər (FOTOLAR)

Qardaşlıq və həmrəyliyin bariz nümunəsi

“Dayaq” Sosial Maarifləndirmə İB Suraxanı Gənclər Evində tədbir keçirib

Qax şəhərində “Məişət zorakılığına qarşı birlik” adlı layihə icra edilib+FOTO

QHT-lər daha bir yeniliyə imza atdılar

"Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir

Binəqədidə Polis Günü ilə bağlı tədbir keçirilib

Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib- FOTOLAR

“Sosial siyasətdə ictimai təşəbbüslər” layihəsi çərçivəsində Yasamalda növbəti maarifləndirmə tədbiri keçirilib

Şair Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş möhtəşəm tədbir- FOTOLAR

“Güclü ordu – güclü dövlət” prinsipi

“Biznes və sərmayə əlaqələrinin qurulması baxımından SPIEF 2025-in əhəmiyyəti böyükdür”

“Mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti” mövzusunda seminar keçirilib

Azərbaycan Ordusu güclü ordular sırasındadır

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı Beynəlxalq tədbir!-FOTO

Uğursuzluğun anatomiyası

Azərbaycan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda–Yeni üfüqlər

Özbəkistanın azərbaycanlı güləşçisi Əmrah Hüseynov - yüksələn ulduz

Gəncə Maarif Evi İctimai Birliyinin festivalı

Dənizkənarı Bulvar İdarəsinin2024-cü ildə mənfəəti 22,8% artıb

“Mədəni İrs Beynəlxalq Ustad Məktəbi kursları və arxeoloji irs” mövzusunda seminar keçirilib

Bütün xəbərlər