BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Milli Məclisinin sabiq deputatı, Beynəxalq hüquq sahəsində fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Biliyinin üzvü, Əfşarlar soyundan olan Cahangir Hüseyn Əfşar Məsud Pezeşkianı İran İslam Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edib.

Newscenter.az-ın xəbərinə görə, təbrik məktubunda seçkilərdə inamlı qələbə qazanaraq İran İslam Respublıkasının prezidenti seçilməsi münasibəti ilə Məsud Pezeşkianı səmimi qəlbdən təbrik edən sabiq millət vəkili bu Ali vəzifənin icrasında Ona uğurlar arzulayıb:

"Cənab Prezident, Seçkilərdə qazandığınız böyük qələbə islahatçı namizəd kimi İran İslam Respublikasının demokratikləşməsinə, ali İslam qanunları ilə hüquqi dövlətin formalaşmasına, geniş islahatların aparılmasına imkan yaradacaq. İnanıram ki, tezliklə İran İslam Respublikası da dünya birliyinin bərabər hüquqlu bir üzvünə çeviriləcəkdir.
İranın qədim, böyük möhtəşəm tarixi, ərazisində qurulan dövlətlər və imperiyaların əzəməti bir daha yenidən İran İslam Respublikasının timsalında parlayacaqdır.

Ölkə prezidenti kimi fəaliyyətiniz dövründə atacağınız addımlar, həyata keçirəcəyiniz islahatlar nəticəsində İran ərazisində yaşayan bütün xalqların millətindən, dinindən, dilindən və əqidəsindən aslı olmayaraq vətəndaş hüquqlarının bərqərər olacağına əminlik yaranacaq, İranda yaşayan bütün millətlərə öz ana dillərində tədris almaq hüququ veriləcək, qadın vətəndaşlarının hüquqları bərqərar olunacaq və ölüm hökümləri İran qanunvericiliyindən çıxarılacaq.

Azərbaycan Respublikasında yaşayan vətəndaşlarımızın cənubda yaşayan soydaşları ilə mədəni, siyasi və s. sahələrdə əlaqələri daha da genişləndiriləcəkdir".

Cahangir Hüseyn Əfşar əmin olduğunu bildirib ki, Məsud Pezeşkianın İran İslam Respublikasına rəhbərliyi dövründə çoxəsrlik tarixə malik olan Azərbaycan Respublikası ilə İran İslam Respublikasının əlaqələri daha da inkişaf edəcək, iki dost-qardaş ölkə arasında əməkdaşlıq həyatımızın müxtəlif sahələrində daha da irəli gedərək yeni bir mərhələyə qədəm qoyacaq:

"İki ölkə arasında münasibətlərin inkişafı təkcə region da deyil, eyni zamanda dünya üçün vacib əhəmiyyət daşıyan nəqliyyat dəhlizlərinin genişlənməsinə, logistik imkanların artmasına imkan yaradacaq.

Cənab Prezident Pezeşkian,

Fürsətdən istifadə edib Qarabağ zəfərimizə həsr etdiyim "Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır!" kitabımı Sizə təqdim edirəm. Məlumat üçün qeyd edim ki, kitab Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun 30 ildən artıq işğal altında olan ərazilərimizin azad edilməsinə, eyni zamanda Qarabağın tarixi Azərbaycan əraziləri olmasını özündə əks etdirən faktlara həsr olunub. Kitab türk və ingilis dillərinə tərcümə olaraq bir sıra ölkələrdə yayımlanmaqdadır.

Cənab Prezident,

Bir daha Sizi İran İslam Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı və İran İslam Respublikasının tərəqqisi naminə müvəffəqiyyət, həmçinin, İranda yaşayan 80 miliyondan artıq insanın hər birinə xoşbəxtlik və rifah arzulayıram".

Qeyd edək ki, saniq millət vəkili müəllifi olduğu "Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır!" kitabını da İran prezidentinə hədiyyə olaraq göndərib.

Son xəbərlər

Azərbaycan Orta Dəhliz vasitəsilə ticarətini sürətləndirir

Qlobal iqtisadi inteqrasiyanı gücləndirən SƏFƏR...

“İşığın izində” – Fatimə Ömərovanın ilk fərdi yaradıcılıq sərgisi keçirildi

Yazıçı Eluca Atalının yaradıcılıq gecəsi keçirildi

Qarsda Azərbaycanın “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Ölkə QHT-lərinin beynəlxalq əməkdaşlığı yeni müstəvidə

Müqəddəs vəzifə

Sumqayıtda Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirildi

Azərbayzan-Çin münasibətlərinin inkişafına sanballı töhfə

İlk azərbaycanlı professor-pediatrın yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Azərbaycan-Çin münasibətləri uğurla inkişaf edir

Jurnalist Əkbər Həsənovun qeydləri

Şəhid Rəşad Zeynallının doğum günü qeyd edildi – FOTOLAR

Əli Kərimlinin çıxışlarında polisi ittiham etməsinin arxasında 5-ci kolon dayanır

İsmayıllıda qeyri-sabit hava şəraitindən sonra bərpa işləri uğurla davam etdirilir

QHT Agentliyi 4 il ərzində vətəndaş cəmiyyəti sektorunda yeni nəfəs yaradıb

"Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edir"

Ramiz Alıyev: “Uçuruma aparan yol!” filmində Azərbaycan polisinin qəhrəmanlığı öz əksini tapacaq”

Azərbaycan Universitetində “Cəfər Cabbarlı irsi” mövzusunda tədbir keçirilib

İngilis poeziyasına həsr olunmuş musiqili-poetik gecə

Həyatını insanlığa xidmətə həsr edən oftalmoloq

Orenburqda diaspor rəhbərinin qızı "İlin şagirdi - 2025" olub

Tibb elminə həsr olunmuş ömür

Maqadan vilayətinin qubernatoru soydaşımızı təşəkkür məktubu ilə təltif edib

Azərbaycan Universitetində “Diplomatiya gənclərin gözü ilə” layihəsi çərçivəsində növbəti görüş baş tutub

Azərbaycanın dünyaya növbəti təqdimatı

Binəqədidə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfransın rayon mərhələsi keçirildi

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı və qələbələri:Heydər Əliyev irsinin layiqli davamçısı…

Hacıqabul oxucuları tanınmış uşaq yazıçısı ilə görüşdülər

Azərbaycanın enerji sahəsində beynəlxalq təşəbbüskarlığı davam edir

Bütün xəbərlər