BAKU Azərbaycan
25.57 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatsa da, konfransda qaldırılan məsələlər, qəbul edilən qərarlar hələ də müzakirə olunmaqdadır. Yüksək səviyyədə təşkil olunan tədbirdə dünya ölkələrinin liderlərinin, ekofəalların, QHT və media nümayəndələrinin fəal iştirakı və sonda qəbul olunan tarixi qərar bu konfransın ölkəmizdə keçirilməsinə qarşı çirkin kampaniya aparanlara ən tutarlı cavab oldu. İnkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollarlıq iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi tarixi sənəddir. Bu sənəd 2035-ci ilə qədər hər il azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bakı Maliyyə Məqsədi və Paris Sazişinin 6-cı maddəsi inkişaf etməkdə olan ölkələrə investisiya yatırmağı nəzərdə tutur ki, bu da qlobal iqlim maliyyəsi arxitekturasını kökündən dəyişəcək. İnkişaf etmiş ölkələr üzərlərinə böyük iqlim öhdəliyi götürmək istəmirdilər. Onlar əvvəlki öhdəliyin qüvvədə qalmasını istəyirdilər. Amma diplomatik danışıqlar və gərgin müzakirələr sonda müsbət nəticə verdi. Sözsüz ki, burada Azərbaycan dövlətinin və onun rəhbərinin nüfuzu, siyasi məharəti böyük rol oynadı. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, BMT-nin Baş katibi Antonio Quterreşin COP29-a verdiyi qiymət böyük əhəmiyyət kəsb edir: “Quterreş qeyd etdi ki, COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır. ABŞ, Fransa, Niderland və digər ölkələrin maliyyə öhdəliklərindən qaçma cəhdləri uğursuzluqla nəticələndi. Qlobal iqlim dəyişikliyinin əsas aktorları olan bu dövlətlər atmosferə ən çox karbon emissiyası buraxırlar. Avropa İttifaqı ölkələri dünyada bütün nəqliyyat emissiyalarının 76 faizini atmosferə buraxır. Bununla belə onlar məsuliyyətdən yaxa qurtarmaq üçün Azərbaycanın çağırışlarını və tələblərini eşitmək istəmirdilər, ölkəmizə qarşı çirkin kampaniya həyata keçirirdilər. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sosial şəbəkədə hesabındakı paylaşımında durumu çox dəqiqliklə izah edib: “Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu”. 

Azərbaycanın beynəlxalq təşəbbüslərlə çıxış etməsindən narahat olan ABŞ, Fransa, Niderland kimi dövlətlər COP29 konfransının əhəmiyyətini azaltmaq üçün yüksəksəviyyəli heyətlə konfransa qatılmaqdan imtina etdilər və hətta digər dövlətlərin də Bakıya gəlişini əngəlləmək üçün addımlar atdılar. Azərbaycanın proseslərə soyuqqanlı yanaşması, qətiyyəti və obyektiv mövqe sərgiləməsi, inklüzivliyi təmin etməsi destruktiv qüvvələrin çağırışlarını əhəmiyyətsiz etdi. 

Azərbaycan “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutaraq bitərəf vasitəçi kimi çıxış etdi və danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bir çoxları Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil edəcəyinə və iqlim öhdəlikləri ilə bağlı effektiv qərara nail ola biləcəyinə şübhə ilə yanaşırdılar. Azərbaycan kiçik ada dövlətlərinin, zəif inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alaraq çağırışlar etdi. Dünyanın 190-dan artıq dövləti COP29-da müzakirələrə qoşuldu. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un təşkili bütün qonaqlar tərəfindən yüksək qiymətləndirildi”.

Deputat qeyd edib ki, Bakı razılaşmasına əsasən, karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çata bilər: “COP29 Zərər və İtki Fondunu işə salmağa nail oldu. COP29 Sədrliyi maliyyə, investisiya və ticarətin iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək üçün BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını, iqlim fondlarını, özəl sektoru, vətəndaş cəmiyyətini, əsas koalisiyaları və digər maraqlı tərəfləri, həmçinin COP Sədrlikləri və Tərəflərini bir araya gətirdi. Kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyasını elan etdi. Bakıda, həmçinin “Enerji üzrə öhdəliklər və bəyanatlar”, “COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı”, “İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü”, “İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası”, “Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə”, “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü”, “COP29 Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsi”, “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi”, “İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi” kimi sənədlər qəbul edildi. Qeyd olunan hər bir istiqamət ayrılıqda qlobal əhəmiyyətli layihələrin icrasını nəzərdə tutur”.

Son xəbərlər

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Milli Birliyimizin və Dirçəlişin davamı olan gün…

Sakarya Universitetində üç nüfuzlu beynəlxalq elmi konfrans keçirildi

Müstəqil Azərbaycanın Zəfər Diplomatiyası

UFC-nin sayca 12-ci məzun buraxılışı keçirilib

“Azərbaycan idmançılarının beynəlxalq arenada qazandıqları uğurlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə xidmət edir”

Azərbaycan gənclər təşkilatları təmsilçiləri Finlandiyada Beynəlxalq Forumda iştirak edəcəklər

"Məişət zorakılığına yox!" layihəsi çərçivəsində Yasamal rayonunda sonuncu tədbir keçirilib

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Güclü ordu – güclü dövlət: Azərbaycanın hərbi inkişaf strategiyası

Norveçdəki “Earth & East” festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Azərbaycan Ordusu güclü ordular sırasındadır

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

Xızıda ənənəvi “Cəfər Cabbarlı günü” qeyd edilib

Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Bütün xəbərlər