BAKU Azərbaycan
22.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

23 iyul 2025-ci il tarixində Binəqədi rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimat mərasimi keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkili Kəmaləddin Qafarov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, millət vəkili Elşad Musayev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Zəngibasar rayon İcmasının sədri Mirfaiq Mirheydərli,  Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, millət vəkili Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurası sədrinin müavini, millət vəkili Səbinə Xasayeva, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, millət vəkili Günay Ağamalı, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşları, Qərbi Azərbaycan İcmasının Binəqədi rayonu üzrə nümayəndəliyinin üzvləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin,  ictimai birliklərin nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə Qərbi Azərbaycan İcması Binəqədi rayon nümayəndəliyinin  ofisinin açılışında iştirak etdilər.

Daha sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbir iştirakçıları  Qərbi Azərbaycan İrsinə həsr olunmuş foto və kitab sərgisi ilə tanış oldular.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Sonra azərbaycanlıların öz doğma torpaqlarından deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasından olan sənədli videoçarx nümayiş etdirildi.

Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirdi ki, XIX əsrin 30-cu illərindən etibarən kütləvi şəkildə köçürülərək tarixi Azərbaycan torpaqlarında, o cümlədən, İrəvanda və ətraf bölgələrdə məskunlaşdırılan ermənilər müxtəlif vasitələrlə azərbaycanlı əhalisinin məhvinə çalışmışlar. Ulu Öndər za­man-zaman Qərbi Azərbaycan əhalisinin haqqında fikirlərini səsləndirmiş, onların dəyanətini, Azərbaycan sevgisini yüksək qiymətləndirmiş­dir. Onun nitqlərində və çıxışlarında hər zaman bu gün aktual olan Vətənə qayıdış məsələsi əksini tapmışdır. “Mən buna inanıram. İnanıram ki, o yerlərin sahibləri – müsəlmanlar, azərbay­canlılar oraya qayıdacaqlar” söyləyirdi  Ümummilli Liderimiz. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ideyaların layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşü zamanı çıxışı xalqımızı bir daha ulu və qədim torpaqlarımız olan Qərbi Azərbaycana  qayıdacağı günün yaxında olduğuna əmin etdi. Xalqımız əmindir ki, Möhtərəm Prezidentimizin qətiyyəti sayəsində tezliklə soydaşlarımızın əzəli Qərbi Azərbaycan torpaqlarına qayıdışı beynəlxalq müstəvidə öz tarixi və ədalətli həllini tapacaqdır.

Kitab haqqında ətraflı məlumat verən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili  Əziz Ələkbərli çıxışında qeyd etdi ki, Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılır. Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma – “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasının birinci cildi nəşr edilmişdir. Qərbi Azərbaycan ərazisində bir vaxtlar mövcud olmuş mədəniyyət nümunələrinin – məscidlərin, məktəblərin, körpülərin, qəbiristanlıqların və digər maddi-mədəni irs abidələrinin ermənilər tərəfindən dağıdılması bir xalqın tarixdən silinməsi məqsədi güdən vandalizmin bariz nümunəsidir. Lakin bu kitab vasitəsilə həmin abidələrin sənədləşdirilməsi, coğrafi yerləşməsinin, tarixi xüsusiyyətlərinin göstərilməsi onları yaddaşımızda yaşadır və gələcəkdə reallaşacaq qayıdışın ideoloji bazasını formalaşdırır.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, millət vəkili  Elşad Musayev, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, millət vəkili Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurası sədrinin müavini, millət vəkili Səbinə Xasayeva, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, millət vəkili Günay Ağamalı, çıxışlarında qeyd etdilər ki, dədə-baba torpaqlarından zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetləri arasındadır. Müxtəlif dövrlərdə soydaşlarımıza qarşı həyata keçirilən deportasiya nəticəsində onlara məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. Qeyd edilən deportasiya siyasəti nəticəsində soydaşlarımız öz dədə-baba torpaqlarından məcburi şəkildə çıxarılıb. Bu, həm də hər kəsin bildiyi kimi beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulmasıdır.

Yekun nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd etdi ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtmaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin əsas prioritet məsələlərin tərkib hissəsidir və Şanlı Zəfər qalibiyyətindən sonra bu tarixi prosesin təməli qoyulub.

Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdirdilər.

 

 

 

 

Son xəbərlər

Cənubi Qafqaz tarixi seçim qarşısında

“Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyev müstəsna rol oynayıb”

Binəqədidə “TARİXİN, LİDERLİYİN VƏ XİLASKARLIĞIN HEYDƏR ƏLİYEV ZİRVƏSİ" adlı tədbir keçirilib

YAP Səbail Rayon Təşkilatının təşəbbüsü ilə Ümummilli Liderin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirildi— FOTOLAR

Yaponiyanın milyonlarla nəşr olunan qəzetləri Azərbaycandan yazıb

QHT nümayəndələri 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgilərində olublar

Avropa bazarına çıxmaq istəyən klinika və sağlamlıq turizmi şirkətləri üçünböyük fürsət!

ITA Airways süni intellektlə yanacaq sərfiyyatını və emissiyaları azaltmağı hədəfləyir

Azərbaycan sülhə və regional inkişafa töhfə verir

Yeni geosiyasi reallıq və balans siyasəti

İtaliya ilə Azərbaycan arasında münasibətlər

Azərbaycanda artan yanğın riskləri: Obyektləri və həyatı gözlənilməz təhlükədən necə qorumalı?

Professor Hafiz Paşayevin 85 illik yubileyinə həsr olunmuş məqalə

DFJD “Ana dilini unutmuruq” layihəsinə start verib

ABŞ mediasında Azərbaycan musiqisi haqqında məqalə dərc olunub

“Dayaq” sosial maarifləndirmə İB yeni layihənin icrasına başlayıb

QHT tərəfindən Azərbaycanda 9 gölün ekoloji vəziyyəti araşdırılacaq

Azərbaycan idmanı yüksək diqqət və qayğı ilə əhatə olunub

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi”ndən sonra qonaqlar Çır-Çır şəlaləsini ziyarət ediblər -FOTOLAR

Rusiyada Xanlar Bəşirov tərəfindən Azərbaycan rəqsləri üzrə ustad dərsləri keçirilir

Azərbaycan Çexiya diplomatik münasibətlərin dinamik inkişafı

Gənc idmançılar beynəlxalq arenada Azərbaycan bayrağını yüksəklərə qaldırmaqda davam edirlər

Ukrayna–Azərbaycan əlaqələrinin yüksələn xətti

SITA 2026-cı ilin ilk rübündə yeni texnoloji həllər və tərəfdaşlıqlarını açıqlayıb

Tanınmış şair və bəstəkar Xanım İsmayılqızının yubiley gecəsi keçirildi

Yaponiyada azərbaycanlı müəllifdən yeni kitab: “Azərbaycan adlı strategiya” nəşr olundu

Xəzər Universitetinin əməkdaşı TESİAD-ın Məsləhət Şurasının iclasında -FOTOLAR

Gənc istedadlara yeni nəfəs verən 100 yaşlı mədəniyyət ocağı

Azərbaycan–Latviyanın birgə fəaliyyət imkanları

Xanım İsmayılqızının “Kitablar səltənətinin inciləri”nə daxil olan şeirləri

Bütün xəbərlər