BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “İdeoloji immunitetin gücləndirilməsi və hibrid təhdidlərə qarşı birgə mübarizə” adlı layihə çərçivəsində iki televiziya verilişi hazırlanıb və efirdə yayımlanıb.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində, həmçinin Şirvan və Hacıqabul şəhərlərində əsasən gənclərin iştirak etdiyi seminarlar keçirilib. Tədbir iştirakçılarına mövzu ilə bağlı kitabça paylanılıb.

Toplantılarda çıxış edən DANİB sədri Elməddin Behbud bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgər və zabitlərinin müstəsna qəhrəmanlığı nəticəsində 44 günlük İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatlarında əldə olunan tarixi Qələbə regionun siyasi konfiqurasiyasında həlledici dəyişikliyə səbəb olub. Azərbaycan bu gün regionun əsas iqtisadi, siyasi və hərbi gücüdür. Bütün bunlar anti-Azərbaycan dairələri ciddi şəkildə narahat edir. Həm Şimaldan, həm Cənubdan, həm də Qərbdən dövlət siyasətimizi öz maraqlarına uyğun şəkildə dizayn etməyə cəhd edən, ölkəmizdə təxribatlar törətməyə çalışan mərkəzlər hibrid müharibəni hazırda da müxtəlif formalarda davam etdirirlər.

Elməddin Behbud deyib ki, ideoloji immunitet hər bir millətin və ya cəmiyyətin milli dəyərlərini qorumaq və ideoloji təhdidlərə qarşı müqavimət göstərmək qabiliyyətini ifadə edir. Bu sahədə hər zaman güclü olmaq, xüsusilə qloballaşma və müasir texnoloji inkişaflar fonunda milli kimlikləri və dövlətlərin suverenliklərini qorumaq həyati əhəmiyyət kəsb edir. Birliyin sədri Milli Məclisin “Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti Komissiyanın” fəaliyyəti barədə də məlumat verib.

Seminarda çıxış edən jurnalist, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, ekspert Fuad Hüseynzadə dövlətimizin qarşısında dayanan milli hədəflər, milli kimliyimizin qorunması, milli-mənəvi dəyərlərin təbliğinin gücləndirilməsi və bu dəyərlərin gələcək nəsillərə ötürülməsi ilə bağlı fikirlərini bölüşüb.

Şirvan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Rafael Nəsirov seminarda çıxış edərək mövzunun əhəmiyyəti, ideoloji mübarizənin gücləndirilməsinin vacibliyi və gənclərin bu sahədə fəallığının artması üçün görülən işlərdən danışıb.

Tədbir iştirakçıların dialoqu və müzakirələrlə davam edib.

    

Son xəbərlər

Qarabağ Zəfərinin zirvəsi

Şuşa şəhəri günü: Azərbaycan qürurunun, mədəniyyətinin və zəfərinin simvolu

Məhəbbət İbrahimovanın yaradıcılıq gecəsi – Ziyalılıq, vətənpərvərlik və qadın qüdrətinin təntənəsi

Orenburq Prezident Kadet Məktəbinin rəhbərinə Azərbaycanın qəhrəmanları haqqında kitab hədiyyə olunub

Qara Brilliant klubunun idmançısı 3-cü dəfə Respublika 1-cisi oldu

Zəfər Gününə həsr olunmuş xeyriyyə konserti

Konstitusiyamızın 30 illiyi – hüquqi dövlət quruculuğunun təntənəsi

Rusiyada Vətən Müharibəsinin 5 ci ildönümünə həsr olunmuş sənədli film çəkilib

Gənc pianoçu Ayan Məmmədli Budapeşt şəhərində möhtəşəm solo konserti ilə çıxış edib

Krasnoyarsk diyarının qubernatoru diaspor rəhbərini təltif edib

Konstitusiyanın tarixi və müasir əhəmiyyəti

T.Abbasov adına 225 nömrəli tam orta məktəbdə Zəfərimizin 5 illiyi qeyd olundu

AYB-nin üzvü Koreya Respublikasının televiziya kanalına müsahibəverib

Zəfərin davamı – güclü sosial dövlət

8 Noyabr – Azərbaycanın Şanlı Zəfər Günü

Müstəqilliyin və qürurun rəmzi

“Qarabağ Azərbaycandır!”

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib

İlk hərbi təyyarəçimiz Milli Qəhrəman adına layiq görülüb -SƏRƏNCAM

Zəfərə həsr olunmuş musiqili videoçarx

ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCAN!

Binəqədidə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib

Bayraq- milli kimliyimizin, suverenliyimizin və qürurumuzun simvolu

Zəfər Günü bayramına təsadüf edən doğum günü

QHT-lər “Qərbi Azərbaycana qayıdış” mövzusunda fəaliyyətini gücləndirir

“Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” videoçarxı nümayiş etdirilib

Ayan Məmmədli: Bu forum mədəniyyət adamları üçün mühüm platformadır

Elm milli inkişafın strateji dayağı kimi

Kitabxanada “Uşaq hüquqları aylığı” çərçivəsində rəsm müsabiqəsi təşkil olunub

Azərbaycan elminə dövlət qayğısı ildən-ilə artır

Bütün xəbərlər