BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Aərbaycanın beynəlxalq arenadakı mövqeyi zaman keçdikcə daha da güclənir. Cənab Prezident İlham Əliyevin  Sercio Mattarellanın dəvəti ilə İtaliyaya işgüzar səfəri bunun aydın təzahürüdür.

Azərbaycanla İtalya arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür. Bu müddət ərzində iki ölkə arasında əlaqələrin inkişaf dimanikasında siyasi, iqtisadi və ticari münasibətlər ön sırada olub.
Siyasi aspektdən məsələyə baxanda İtalyanın Azərbaycanın haqlı mövqeyinin dəstəklədiyinin şahidi oluruq. İstər atəşkəs dövründə istərsə də 44 günlük vətən müharibəsi zamanı İtalyanın bir sıra bələdiyyələrinin erməni təcavüzünü pisləyən bəyanatlarının şahidi olmuşuq. Belə ki, Neapol şəhərinin Ottaviano, Liveri, Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələri atdığı addımlar nəticəsində sözügedən regionlarda Ermənistanın təcavüzünü pisləyən sənədlər qəbul edilib. Prosesə bir sıra italyalı parlamentarilər də qoşulub ki, bütün bunların nəticəsində beynəlxalq arenada erməni vəhşiliyi ilə bağlı fikrin formalaşmasında müham addım atılıb.
Hələ 2020-ci ildə İtaliya parlamentinin Deputatlar Palatasının və Senatın nümayəndə heyətinin Azərbaycana səfərə gəlməsi, onların Gəncə və Ağdam şəhərlərində erməni barbarlığını, vandalizmini, terrorunun izlərini əyani şəkildə görmələri bir daha ona işarə edir ki, İtaliya Azərbaycana əsl dost ölkədir. Bu mənada, İtaliya şirkətlərinin işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərində iştiraka cəlb edilməsi təkliflərinin irəli sürülməsi də təsadüfi deyildir.
İki ölkə arasında enerji və digər sahələr üzrə əməkdaşlıq tarixçəsinə nəzər salanda iki ölkə arasında ticarət dövriyyəsinin artması, TAP layihəsi çərçivəsində əldə olunan uğurlar səmimi münasibətlərdən xəbər verir. İtaliya ilə Azərbaycan arasında əlaqələrə dair bəzi faktlara diqqət yetirərkən məlum olur ki, qarşılıqlı ticarət dövriyyəsi 6 mlrd ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həçmində sərmayə yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 mlrd ABŞ dolları olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 mln ABŞ dolları olan 37 layihədə podratçı kimi iştirak edirlər.
İtaliya kənd təsərrüfatı və sənaye sektorlarında mütərəqqi texnoloji avadanlıqların tətbiqi sahəsində böyük təcrübəyə malikdir. Odur ki, İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirilən investisiya layihələrində, sənaye zonalarında, aqroparklarda, logistik mərkəzlərin yaradılmasında iştirakı əməkdaşlığımıza əlavə stimul yaradır. Bu baxımdan qarşılıqlı səfərlər əməkdaşlığın yeni mərhələsində daha geniş imkanların yaranmasına gətirib çıxarır.  
Cənab Prezident İlham Əliyev İtalyaya səfəri çərçivəsində İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində İtalya Azərbaycan münasibətləri barəsində öz fikirlərini belə bildirib:  “İtaliya ilə bizim xüsusi münasibətlərimiz var. Biz Strateji Tərəfdaşlıq Sənədi adlanan sənədi imzalamışıq. Mən pandemiyadan əvvəl İtaliyaya rəsmi səfər etmişdim, o, çox uğurlu olmuşdur və biz böyük planlarla geriyə, evə döndük. Mən əminəm ki, biz bu planları icra edəcəyik, baxmayaraq ki, pandemiya onlara bir az müdaxilə etdi. Lakin bu planlar əsasən enerji sektoru ilə əlaqəli deyildi. Düşünürəm ki, biz enerji istiqamətində bütün planlaşdırdıqlarımızı icra etdik. Hesab edirəm ki, bu gün İtaliya neft təchizatına görə bizim üçün əsas ticarət tərəfdaşıdır və tezliklə biz TAP-ın açılışını qeyd edəcəyik və bununla da Cənub Qaz Dəhlizi tamamlanmış olacaqdır. Üstəgəl, bir çox italyan şirkəti uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Biz podratçı qismində daha çox italyan şirkətlərini dəvət etməyi planlaşdırırıq. Yeri gəlmişkən, burada onlar neft-kimya məhsulları üzrə bir çox önəmli layihələri tamamlamışdılar və biz Prezident Mattarella ilə birlikdə açılış mərasimində iştirak etmişik. Buna görə mən əminəm ki, bu münaqişə bizim təkcə İtaliya ilə münasibətlərimizə yox, heç bir ölkə ilə münasibətlərimizə təsir etməyəcək. Mən bundan əminəm”.

Sonda isə onu qeyd edim  ki, Cənab Prezident İlham Əliyevin İtalyaya işgüzar  səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı yolunda növbəti addım kimi tarixə düşəcək, dövlətlərarası strateji münasibətlərin inkişafında böyük uğurlara yol açacaqdır.


Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı

Son xəbərlər

Sankt-Peterburq şəhərində “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib

Əmmanda turizm sərgisi keçirildi – Fotolar

Afinada beynəlxalq konfransda Ermənistanın dağıtdığı Azərbaycan məzarları barədə məsələ qaldırılıb

Türkiyənin qabaqcıl 50 klinikası və məşhur həkimləri Bakıda toplanacaq

“Azərbaycan Diaspor Könüllüləri” proqramı çərçivəsində diaspor nümayəndələri ilə görüş keçirilib

“60 çiçək – bir çələng” Zəfər almanaxının təqdimatı keçirildi

Azərbaycanlı gənc Moskva vilayətində keçirilən gözəllik müsabiqəsinin qalibi olub

Şəhid Rəşad Zeynallının mövludu keçrilib

Varşava Azərbaycan Evində şahmat dərsləri keçiriləcək

Regionlarda su təminatı məsələləri həll edilir

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Şirvan suvarma kanalından minlərlə insan faydalancaq

Fransadakı Azərbaycan diasporu risk altında fəaliyyət göstərir - Fuad Hüseynzadə

“Radikal müxalifətin mötəbər tədbirlər ərəfəsində fəallaşması təsadüfi deyil”

Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib

Çində Azərbaycan dili virtual formada tədris olunacaq

“Yaşıl dünya naminə həmrəylik ili“ ilə bağlı layihə davam edir

Akademık Zərifə Əliyeva – nurlu ömrün qürurlu  salnaməsi

"Görkəmli oftalmoloq alim Zərifə Əliyevann hayatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir"

Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri şəhid gömrük əməkdaşının ailəsini ziyarət ediblər

Türkiyədə Türk Birliyi ilə bağlı daha bir addım

Şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı ilə bağlı sorğunun nəticələri açıqlanıb

Nazirlik və QHT Agentliyi birgə ağacəkmə aksiyası təşkil edib - FOTO

Brüssel görüşünün regionun təhlükəsizliyinə xidmət etməsi ciddi şübhə doğurur - Ekspert rəyi

Kitabxanaya görkəmli alim haqqında xatirə essesi təqdim olundu

Binəqədidə Ümumilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Azərbaycan-Konqo münasibətlərində etibarlı tərəfdaşlıq

Lələtəpə fatehi

Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar şeir təqdim edildi

"Böyük Zəfərin başlanğıcı olan Aprel döyüşləri çoxəsrlik şanlı tariximizə Zəfər səhifəsi kimi yazılıb"

Bütün xəbərlər