BAKU Azərbaycan
30.19 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Azərbaycanda hər dəfə mötəbər tədbirlər keçirilən zaman ölkəmizə qarşı həm xaricdə, həm də daxildə qəribə bir təzyiq kampaniyasına start verilir. Bu ərəfələrdə biz Avropada və ölkəmizdə müəyyən qüvvələrin fəaliyyətlərinin sanki eyni mərkəzdən idarə olunduğunu müşahidə edirik. Beynəlxalq səviyyəli COP-29 sammitinin Azərbaycanda keçiriləcəyindən istifadə edən qüvvələrin fəallaşmasını təsadüfi saymaq olmaz. Maraqlıdır ki, bu fəallıq daha çox Ermənistana bağlı siyasi qüvvələrin, Fransa hökumətinin və radikal müxalifətin fəaliyyətlərində gözə çarpır”.

Bunu yeniazerbaycan.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, bir dövləti xarici qonaqlar üçün cəlb edən ən başlıca faktor sabitlikdir: “Söhbətləşdiyimiz xarici turistlər etiraf edirlər ki, onlar Azərbaycanda, Bakı şəhərində gördükləri sabitliyi, qonaqpərvərliyi başqa heç bir ölkədə görməyiblər. Bütün bunlar Azərbaycan dövlətinin düzgün siyasəti, hüquq mühafizə orqanlarının peşəkar fəaliyyətinin, ayıq-sayıqlığının nəticəsində mümkün olub. Ölkəmizdə sabitliyi pozmaq istəyən xarici və daxili qüvvələr mövcuddur. Hətta bəzi qonşu dövlətlərimizə bağlı olan qüvvələr COP-29 sammiti ərəfəsində ölkəmizdə sabitliyi pozmaq üçün hərəkətə keçiblər. Son günlər hüquq-mühafizə orqanları xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirməklə məşğul olan qrupları, şəxsləri ifşa edirlər, saxlayırlar. Erməni lobbisi beynəlxalq təşkilatlarda məsələ qaldırırlar ki, Azərbaycanda insan haqları, ekoloji təhlükəsizlik pozulur, odur ki, COP-29 sammiti Bakıda keçirilə bilməz və s. Fransa dövləti də bu məsələdə erməni lobbisinə dəstək verir. Fransanın Azərbaycandakı səfirinin geri çağırılması da ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir. Təsəvvür edin ki, Rusiya ilə düşmən münasibətdə olan Qərb dövlətləri rus hərbçilərinin sərhədlərini qoruduğu Ermənistana qucaq açır, amma rus sülhməramlılarını ölkə ərazisindən çıxaran Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Ötən gündən başlayaraq Qarabağdakı Rusiya sülhməramlı kontingenti Azərbaycanı tərk etməyə başlayır. Əslində dünya mediasının gündəmində olacaq bir mövzudur. Dünyanın super güclərinin bacara bilmədiyi Rusiya kimi bir ölkənin hərbçilərinin Azərbaycandan çıxarılması rəsmi Bakının çox böyük siyasi-diplomatik uğurudur və Qərb dövlətləri bunu dəyərləndirməlidir”.

R.Alıyev onu da qeyd etdi ki, Azərbaycanda hər dəfə beynəlxalq tədbir keçiriləndə aktivləşən qüvvələrdən biri də radikal müxalifət və onların media orqanlarıdır: “Avroviziya” musiqi yarışması, Avropa oyunları, “formula-1” yarışları və digər beynəlxalq tədbirlər ərəfəsində də müxalifə aksiyalar keçirirdi, insan hüquqları, siyasi məhbus məsələsini, hətta heyvan haqlarını gündəmə gətirirdilər. Onların media orqanları Bakının kənarlarında axsayan, ölən itlərin, pişiklərin şəkillərini çəkib dünyaya hay salırdılar ki, Azərbaycanda küçə heyvanlarına qarşı kobud davranılır və s. Həmin qüvvələr yenidən fəallaşıblar. “5-ci kolon”un üzvləri ölkədə təxribatlar törətmək üçün hərəkətə keçiblər. Payızda keçiriləcək COP-29 tədbirlərinin yüksək səviyyədə keçirilməsinə maneə olmaq üçün onlar erməni lobbisinin, Fransadakı ayrı-ayrı təşkilatların pullu sifarişlərini yerinə yetirəcəklər. Radikal müxalifətdən şou göstərmək üçün istifadə edilir. Uzun müddətdir ki, heç bir aksiya keçirməyən, hətta prezident seçkiləri ərəfəsində belə fəallıq göstərməyən radikalların indi aktivləşməsi təsadüfi deyil”.

Politoloq onu da qeyd etdi ki, erməni lobbisinin maliyyəsi ilə hərəkət edən avropalı siyasətçilər beynəlxalq təşkilatların iclaslarında guya ölkəmizdə insan haqlarının pozulduğunu bəhanə edərək Azərbaycana qarşı sanksiya məsələsini gündəmə gətirirlər: “Onların bu çağırışına  ölkəmizdə sevinən psevdo-demokratlar da var. AXCP sədri Əli Kərimli Qubad İbadoğlu,  Tofiq Yaqublu və digərlərinin həbsini bəhanə edərək onların azadlığa buraxılması üçün aksiya keçirəcəklərini bəyan ediblər. Hər iki şəxs bir neçə ay öncə həbs olunublar və onlara konkret ittihamlar irəli sürülüb. Nə Qubad İbadoğlu, nə də digərlərinin yaxınları onların həbsini şoulaşdırmayıblar və məhkəmənin ədalətli qərar çıxaracağına inamlarını ifadə ediblər. O zaman sual olunur. Bəs nə üçün Əli Kərimli bu qədər narahatdır, özünü ortaya atıb? Milli Şura və Əli Kərimlinin indi yadına düşdü, Qubad İbadoğlunun həbsi? Təbii ki, Əli Kərimlinin davası maliyyə davasıdır. Onlar erməni lobbisinin və onlardan maliyyələşən təşkilatların sifarişlərini yerinə yetirirlər. AXCP üzvləri diqqət yetirsələr görərlər ki, Əli Kərimlinin aksiya tələbi həbs olunan şəxslərlə bağlı deyil. AXCP mitinq müraciətində göstərib ki, onlar üç yerdə aksiya keçirə bilərlər. “28 may”, “Nərimanov” metrolarının qarşısı və “Məhsul” stadionu.  Hökumət dəfələrlə onlara aksiya keçirmək üçün “Məhsul” stadionunu təklif edib. Amma getməyiblər. Bilirdilər ki, aksiyaya gələn olmayacaq. Amma bu gün “Məhsul” stadionuna getməyə hazırdırlar. Çünki sifariş gəlib ki, nəyin bahasına olursa, olsun aksiya keçirin, polislə  qarşıdurmaya gedib, təxribat törədin, şou düzəldin. Ona görə də heç şübhəsiz ki, aksiya iştirakçıları qəsdən polislə qarşıdurma yaradacaqlar, sonra fotolar çəkib onu dünyaya yayacaqlar ki, ölkədə müxalifətçilər sıxışdırılır, döyülür, həbs olunur və s. Bunlar bizə tanış ssenarilərdir. Təəssüf ki, müxalifətin sıravi üzvləri “liderlərinin” erməni lobbisinin sifarişi və maliyyəsi ilə hərəkət etdiklərinin fərqində deyillər. Bütün hallarda Azərbaycanın hüquq mühafizə orqanları radikal müxalifətin planlaşdırdığı təxribatların qarşısını alacaq və günahkarlar cəzalandırılacaq”.

Son xəbərlər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Bütün xəbərlər