BAKU Azərbaycan
25.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Gənclərin Töhfəsi İctimai Birliyinin nümayəndələrinin Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə İsrailə həyata keçirdiyi səfər çərçivəsində sentyabrın 8-də Holon Texnologiya İnistitutunun rektoru, professor Eduard Yaqubovla görüş keçirilib.
Görüş zamanı Azərbaycan və İsrail arasında gənclər siyasəti, təhsil və elm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkənin gəncləri arasında əlaqələrin genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Azərbaycan gənclərinin Holon Texnologiya İnistitutunda təhsil alma imkanları xüsusi diqqət mərkəzində olub.
Görüşdə Azərbaycanlı tələbələrin İsrailin qabaqcıl ali təhsil müəssisələrində, xüsusilə texnologiya, mühəndislik, robototexnika, tibb və innovasiya istiqamətlərində təhsil almasının onların peşəkar inkişafına mühüm töhfə verə biləcəyi qeyd edilib. Həmçinin Azərbaycan və İsrail arasında tələbə mübadiləsi proqramlarının genişləndirilməsinin əhəmiyyəti də vurğulanıb. Belə mübadilə proqramlarının tələbələrə yalnız akademik biliklərini artırmaq deyil, həm də digər ölkənin təhsil sistemi, elmi mühiti, innovasiya ekosistemi və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaratdığı bildirilib. Eyni zamanda, tələbə və müəllimlərin qarşılıqlı səfərlərinin yeni birgə layihələrin, elmi-tədqiqat təşəbbüslərinin və universitetlərarası əməkdaşlıq platformalarının yaradılmasına şərait yarada biləcəyi diqqətə çatdırılıb.


Görüşdə Azərbaycan və İsrailin ali təhsil müəssisələri arasında tələbə mübadiləsi, qısamüddətli təhsil proqramları, təcrübə imkanları, birgə seminar və təlimlərin keçirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edilib. Bu cür təşəbbüslərin gənclərin beynəlxalq təcrübəsinin artırılması və müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.
Görüş zamanı həmçinin gənclərin innovasiya və texnologiya sahələrinə marağının artırılması, yeni texnoloji ideyaların dəstəklənməsi və Azərbaycan gənclərinin beynəlxalq akademik və peşəkar şəbəkələrə inteqrasiyası məsələləri müzakirə olunub.
Görüşün sonunda Gənclərin Töhfəsi İctimai Birliyi adından Holon Texnologiya İnistitutunun rektoru professor Eduard Yaqubova təşəkkürnamə təqdim edilib. Həmçinin ona Azərbaycanı tanıdan atlas-kitab və xatirə hədiyyəsi təqdim olunub.
Daha sonra Holon Texnologiya İnistitutunun laboratoriyaları ilə tanışlıq olub. Universitetdə tətbiq olunan müasir texnologiyalar, innovativ laboratoriya imkanları və praktiki tədris metodları barədə məlumat verilib.
Görüş və universitetə səfər Azərbaycan və İsrail gəncləri arasında təhsil, elm, texnologiya və innovasiya sahələrində əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilib.

 

Son xəbərlər

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır

Vaşinqtonda “Tənhalığın Sədaları” adlı möhtəşəm rəsm sərgisi keçirilib – FOTOLAR

“Virtual məkanda nifrət nitqi və fəsadları” - İnfosessiya/Foto-Video

Bakıda “Uzaq Şərqin izləri” sərgisi çərçivəsində tədbir keçirilib

Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü -FOTO

Yaponiyada Azərbaycan haqda yeni kitab nəşr olunub: “Qəribə və gözəl ölkə”

Mirzə Ələkbər Sabirin satirik irsi və müasir dövrdə aktuallığı

Naxçıvanın inkişafında yeni səhifə açılır

Azərbaycanda trüfel istehsalının təşviqi layihəsinin yekun tədbiri keçirilib

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək

"Qadın dünyası" İctimai Birliyi növbəti layihəsini uğurla başa çatdırıb

Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır

Təhsil haqqı artırsa, əlçatanlıq necə qorunmalıdır?

Bütün xəbərlər