
Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur
Vətənpərvər şair, yazıçı-publisist Sevinc Ağa Xəlilqızının qələmi oxuculara tanışdır. O, 12 kitab müəllifidir. Bir çox əsərləri şəhidlərimizə, qazi və veteranlarımıza həsr olunub.
Şairlər müşahidə etməyi çox sevirlər... Onlar ailəyə, soy-kökünə bağlı olurlar. Şairin fikrincə ailəsinə dəyər verməyən, ailəsini sevməyən insandan nə vətəndaş, nə də dost ola bilər!
Şair üçün ilk öncə güvən ən üstün zirvədə dayanır. Ona görə də uşaqlıqdan ən çox güvəndiyi, ona həyatda arxa- dayaq olan qardaşını uca dağın zirvəsinə bənzədir. Şair bədii təşbehlərdən istifadə edir. Şeirinin adını da “Qardaş adda var dayağim” qoyub. Şair bu şeirini bütün qardaşlara, o cümlədən Qarabağ müharibələrində igidlik və qəhrəmanlıq göstərən oğullara ithaf edir.
Qardaş adda var dayağım
.
Göy üstündə tutar məni
Başı qarlı uca dağım.
Hədər ötməz ömrün sənin,
Qardaş adda varım mənim.
.
Sən güvənim, sən varlığım,
Ata kimi sən dayağım.
Keşiyində övladların
Dayanıbdır dura-dura.
.
Zirvədə sən məskən qurdun,
Hamıya sən arxa durdun.
Ədalətə bayraq oldun,
Qəlbləri fəth edən qardaş!
.
Yenilməzdir həqiqətin,
Hamıya var məhəbbətin.
Ata kimi var qardaşım,
Həm pənahım, həm sirdaşım.
Başı qarlı uca dağım,
Qardaş adda var dayağım!


