
AMEA-da Jalə Cəfərovanın “Nə yaxşı ki, atam sənsən” kitabının təqdimatı keçirilib
Sentyabrın 22-də şair -publisist, Prezident təqaüdçüsü Cavad Cavadlının 100 illik yubiley təntənəsi çərçivəsində AMEA (Azərbaycan Milli Elmlər Akademiyası) Rəyasət Heyəti Humanitar Elmlər Bölməsi tərəfindən şairin qızı filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Jalə Cəfərovanın “Nə yaxşı ki, atam sənsən” kitabının təqdimatı keçirilib. Türkiyədən yubiley tədbirlərində iştirak etmək üçün təşrif buyuran qonaqlar spiker, yazıçı, səsləndirmə sənətçisi Arzu Yılmaz Dağdemir və şair-publisist Cahid Günayın kitablarının da imza günü təqdimata rəng qatıb.
Təqdimat gecəsini AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq qonaqları salamlayıb. Cavad Cavadlının həyat və yaradıcılığından bəhs edən “Atama məktublar” sənədli filmindən sonra AMEA-nın Nizami Gəncəvi adına baş elmi işçisi, filologiya elmlər doktoru, professor Akif İmanlı davam etdirib.
Daha sonra çıxışlar davam edib. Filologiya üzrə fəlsəfə doktoru Sevinc Tofiqqızı, Məhəbbət Mehdiyeva, Zülfiyyə Musəvi, şairlərdən Elmira Aslanxanlı Turan, Zərəngiz Dəmirçi Qayalı, Zahid Avşar, Səttar Qarağaclı, İlqar Türkoğlu, Aysel Fikrət, Yusif Nəğməkar, jurnalist Rüfət Muradlı çıxış edərək Cavad Cavadlı yaradıcılığı haqda düşüncələrini paylaşıblar.
Təqdimatda çıxış edən Türkiyədədən gələn qonaqlar yubiley iştirakçıları ilə səmimi söhbəti və kitablarının imzalayaraq hədiyyə edilməsi hər kəsin içini tərpətdi.
Arzu Yılmaz Dağdemir xanım həm Cavad Cavadlı yaradıcılığı haqda düşüncələrini, eyni zamanda Azərbaycana ilk gəlişi olmasına rəğmən xeylı gözəl, yadda qalan mənzərələrlə, insanlarla qarşılaşaraq nə qədər təsirləndiyini söyləyib. Çıxışının sonunda “Adenin ölü kadınları” kitabını imzalayaraq tədbir iştirakçılarına paylayıb. Daha sonra şair-publisist Cahit Günay da Azərbaycana ilk gəlişindən söhbət açaraq bu az müddətdə gəzib tanış olduğu yerlərdən sayğıyla söz açıb. Cahit Günay bu günə qədər Azərbaycan şəhidləri haqda saysız-hesabsız bir-birindən mükəmməl, isti şeir və poemaların müəllifidir. Şair bütün qonaqlara sevə- sevə üstündə Türkiyə bayrağı olmaqla iki kitabını- “Hicran vaktı” və “Vuslat zamanı” kitablarını imzalayaraq təqdim edib.
Təqdimatda yubiley gecəsinə qatıla bilməyən, təbriklərini videogörüntü ilə yollayan Özbəkistanın tanınmış şairi, Milli Qəhraman Abdullah Oripovun qızı Şoira Oripivun təbriki hər kəsi duyğulandırıb.
Görüşün sonunda xatirə çəkilləri çəkilib.




