BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Ulu Öndər Heydər Əliyev: YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”

 

 Azərbaycanın müasir siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, sonrakı onilliklərin inkişaf istiqamətini də müəyyən edir. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi məhz belə tarixi hadisələrdən biridir. Bu tarix Azərbaycanın dövlətçilik salnaməsinə siyasi zərurətin, xalq iradəsinin və müdrik liderliyə olan inamın təcəssümü kimi daxil olmuşdur.

 XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan mürəkkəb ictimai-siyasi proseslərin, ciddi iqtisadi çətinliklərin və ağır təhlükəsizlik problemlərinin məngənəsində idi. Dövlət müstəqilliyinin qorunması, ölkədə siyasi sabitliyin təmin edilməsi və milli maraqların müdafiəsi taleyüklü məsələlərə çevrilmişdi. Belə bir şəraitdə cəmiyyətin müxtəlif təbəqələrini birləşdirə biləcək, milli dövlətçilik ideyalarına söykənən və ölkəni böhrandan çıxarmağa qadir siyasi qüvvəyə ehtiyac yaranmışdı.

 Yeni Azərbaycan Partiyasının yaradılması məhz bu ehtiyacdan doğan məsuliyyətli addım və tarixi qərar idi. Azərbaycanın tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri, nüfuzlu ictimaiyyət nümayəndələri ölkənin gələcəyini düşünərək yeni siyasi təşkilatın yaradılması təşəbbüsü ilə çıxış etdilər. Onların birləşdiyi əsas ünvan isə zəngin dövlətçilik təcrübəsinə, siyasi müdrikliyə və xalqın böyük etimadına malik Ulu Öndər Heydər Əliyev idi.

 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər tanınmış ziyalısı Heydər Əliyevə müraciət edərək onu yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməyə dəvət etdi. Sonralar tarixə “91-lər”in müraciəti kimi düşən bu sənəd əslində, ölkənin gələcəyi ilə bağlı cəmiyyətin geniş təbəqələrində formalaşmış gözləntilərin və siyasi iradənin ifadəsi idi. Heydər Əliyev müraciətə cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurət kimi qiymətləndirərək bildirmişdi ki, belə bir partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak etməklə müstəqil dövlətin möhkəmləndirilməsi və inkişafında tarixi rol oynaya bilər. Bu cavab Ulu Öndərin siyasi proseslərə yanaşmasının mühüm xüsusiyyətini – dövlətçilik maraqlarını, demokratik prinsipləri və siyasi plüralizmi əsas götürən düşüncə tərzini nümayiş etdirirdi.

 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın bütün bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə baş tutan konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi. Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən etibarən yalnız siyasi təşkilat kimi deyil, milli dövlətçilik ideyalarını, müstəqilliyin qorunmasını, siyasi sabitliyi və cəmiyyətin birliyini özündə birləşdirən ümummilli siyasi platforma kimi çıxış etdi. Partiyanın müxalifət mövqeyində olduğu dövrdə belə konstruktiv siyasi fəaliyyətə üstünlük verməsi onun siyasi mədəniyyətinin mühüm göstəricisi idi. YAP qarşıdurmanı deyil, əməkdaşlığı, dağıdıcılığı deyil, quruculuğu, şəxsi və qrup maraqlarını deyil, ümummilli mənafeləri əsas götürürdü.

 Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. Onun siyasi nüfuzu, zəngin idarəçilik təcrübəsi və xalqla qurduğu möhkəm mənəvi bağ partiyanın cəmiyyətdə mövqelərinin güclənməsində həlledici rol oynadı. Heydər Əliyev partiyanın fəaliyyətində dövlətçilik düşüncəsini, siyasi məsuliyyəti, milli həmrəyliyi və Azərbaycanın müstəqil inkişafını başlıca istiqamətlər kimi müəyyənləşdirdi. Məhz bu ideoloji və siyasi əsaslar YAP-ın zamanın sınaqlarından uğurla çıxmasına imkan verdi. Ulu Öndərin müəyyən etdiyi siyasi xətt sonrakı dövrdə də davam etdirildi. 2005-ci il martın 26-da keçirilən III qurultayda İlham Əliyevin partiyanın sədri seçilməsi YAP-ın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu, həm də Heydər Əliyev siyasi kursunun yeni dövrün çağırışlarına uyğun davam etdirilməsinin mühüm siyasi ifadəsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası təşkilati baxımdan gücləndi, siyasi fəaliyyətinin miqyasını genişləndirdi və ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyini daha da möhkəmləndirdi. Ulu Öndərin siyasi irsinin qorunması və inkişaf etdirilməsi partiyanın ideoloji fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq qaldı.

 Yeni Azərbaycan Partiyasının keçdiyi yol həm də müstəqil Azərbaycanın inkişaf tarixinin mühüm bir hissəsidir. Partiya yarandığı gündən etibarən dövlət müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin qorunması, iqtisadi inkişafın təmin edilməsi və milli maraqların müdafiəsi istiqamətində fəaliyyət göstərmişdir. Bu gün YAP üzvlərinin sayı 769 811 nəfərə çatır. Bu göstərici partiyanın geniş ictimai dayaqlarını və təşkilati potensialını əks etdirir. Partiya sıralarında müxtəlif peşə və yaş qruplarından olan insanların birləşməsi onun cəmiyyət həyatında geniş təmsilçiliyinin göstəricisidir. YAP-ın əsas gücü yalnız üzvlərinin sayında deyil, onun ideoloji əsaslarında, dövlətçilik prinsiplərinə sədaqətində və milli maraqları üstün tutan siyasi mövqeyindədir. Vətənə bağlılıq, ümummilli maraqlara sədaqət, peşəkarlıq, məsuliyyət və konstruktiv əməkdaşlıq partiya üzvlərini səciyyələndirən başlıca xüsusiyyətlərdir. Bu gün, noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis edilməsindən 34 il ötür. Arxada qalan illər göstərir ki, 1992-ci ildə atılan addım Azərbaycanın siyasi tarixində mühüm dönüş nöqtəsi olmuşdur. Zaman dəyişib, siyasi və ictimai reallıqlar yenilənib, lakin partiyanın təməlində dayanan dövlətçilik ideyaları öz aktuallığını qoruyub saxlayıb. Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri bu baxımdan sadəcə tarixi bir ifadə deyil, partiyanın keçdiyi yolun və gələcək missiyasının mahiyyətini müəyyənləşdirən siyasi fəlsəfədir. Bununla belə, siyasi nüfuzun qorunması yalnız əldə olunan nəticələrlə deyil, cəmiyyətin dəyişən ehtiyaclarına uyğun fəaliyyət göstərmək, gənc nəslin potensialından yararlanmaq, yeni ideyaları təşviq etmək və ictimai məsuliyyəti daim diqqətdə saxlamaqla mümkündür. 34 illik tarixi yolunu başa vuran Yeni Azərbaycan Partiyası bu gün yeni hədəflər, yeni reallıqlar və yeni məsuliyyətlər qarşısındadır. Partiyanın gələcək uğurları onun tarixi irsinə sadiqliyi ilə müasir dünyanın tələblərini uzlaşdırmaq bacarığından asılı olacaq. 21 noyabr – yalnız bir siyasi təşkilatın yaranma günü deyil, həm də Azərbaycanın müasir dövlətçilik tarixində xalqın siyasi iradəsinin, milli həmrəyliyinin və güclü liderlik ətrafında birləşmək əzminin təcəssümüdür.

 

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Son xəbərlər

Dövlətçilik tariximizin yeni səhifəsi: Yeni Azərbaycan Partiyası

Tarixin sınağından Zəfərin zirvəsinə

Azərbaycan və Vyetnam: Ənənəvi dostluğun yeni geosiyasi üfüqləri

İsrail səfiri Beynəlxalq Qalereyanın qonağı olub

Binəqədidə YAP-ın yaradılmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrası yekunlaşıb

Ağdam – Zəfərin, dirçəlişin və Böyük Qayıdışın ünvanı

Ağdam bu gün Azərbaycanın siyasi qətiyyətinin və quruculuq əzminin təcəssümüdür

Regionun ən güclü siyasi partiyası

YAP Səbail rayon təşkilatı partiyanın yaranmasının 34-cü ildönümünü qeyd edib -FOTOLAR

"Region gənclərinin fəal iştirakçılığı və ictimai liderlik proqramı" - FOTOLAR

OBS Global Organised World Trade Expo and Trade Excellence Award in Dubai

Azərbaycan–Böyük Britaniya tərəfdaşlığı: siyasi dialoqdan qlobal əməkdaşlığa

İqtisadi əlaqələr və investisiya perspektivləri

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı və eyniadlı sərgi keçirilib

Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Məhsəti Hüseynova “İstanbul Culinary Cup 2026” beynəlxalq tədbirində Azərbaycanın milli mətbəxinin qorunması və təbliği ilə bağlı çıxış edib

ABD VE İSRAİL’İ SAVUNAN ELLER NEREDE? TÜRKİYE-AZERBAYCAN KARDEŞLİĞİNE UZANAN ELLERİ DE GÖRELİM!

ŞEYX SƏLAHƏDDİN ÖZGÜNDÜZÜN LİDERLİYİ VƏ MƏNƏVİ DƏSTƏYİ İLƏ İSTANBULDA QARABAĞ ZƏFƏRİNƏ BÖYÜK EHTİRAM

Nihatın yardıma ehtiyacı var – Ana imkanlı şəxslərdən kömək istəyir

Konstitusiya – güclü dövlətin və hüquqi cəmiyyətin təməl prinsipi

Ana Qanunumuz:müasir dövrün ən mütərəqqi Konstitusiyası

Üçrəngli bayrağımız, müstəqil Azərbaycanın dünyaya açılan qürur rəmzi

Üçrəngli bayrağımız, müstəqil Azərbaycanın dünyaya açılan qürur rəmzi

Bayrağa ehtiram – dövlətə və Vətənə sədaqət

44 günlük Vətən müharibəsi – tarixi ədalətin təntənəsi

Şuşa Zəfəri gələcək nəsillərə örnəkdir

“Miss Mister Kids Of Azerbaijan” Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

Bütün xəbərlər