BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin davamlılığı və inkişafı, ilk növbədə, qarşılıqlı etimada, ortaq maraqlara və möhkəm tarixi təməllərə söykənir. Azərbaycan ilə Vyetnam arasında formalaşmış münasibətlər də məhz bu prinsiplər əsasında inkişaf edərək zamanın sınaqlarından çıxmış, dostluq və əməkdaşlığın nümunəvi modelinə çevrilmişdir. İki xalq arasında onilliklər ərzində yaranmış səmimi münasibətlər bu gün yeni geosiyasi və iqtisadi reallıqlar fonunda daha geniş məzmun qazanır, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasındakı münasibətlərin keçdiyi tarixi yolu, mövcud əməkdaşlıq istiqamətlərini və gələcək inkişaf perspektivlərini əhatə etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının müsahibədə səsləndirdiyi fikirlər Azərbaycan-Vyetnam əlaqələrinin yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmadığını, eyni zamanda, dərin tarixi və humanitar bağlara əsaslandığını bir daha nümayiş etdirir.

Bu münasibətlərin təməli 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfəri ilə qoyulmuşdur. Həmin səfər iki xalq arasında dostluq münasibətlərinin başlanğıcı olmaqla yanaşı, gələcək əməkdaşlığın inkişafına da mühüm zəmin yaratmışdır. 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə sovet nümayəndə heyətinin Vyetnama səfəri isə əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Səfərin müddətinin səkkiz günə qədər uzadılması və ölkənin müxtəlif regionlarını əhatə etməsi Vyetnamla əməkdaşlığa verilən xüsusi əhəmiyyətin göstəricisi idi. Həmin dövrdə əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına töhfə vermiş, uzunmüddətli tərəfdaşlığın istiqamətlərini müəyyənləşdirmişdir.

Bu gün Azərbaycan-Vyetnam münasibətlərinin inkişaf dinamikası həmin möhkəm tarixi təməlin uğurlu davamıdır. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri qarşılıqlı siyasi dialoqun genişlənməsinə mühüm töhfə vermişdir. Ötən ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və səfər çərçivəsində Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin etmişdir. Bu sənəd iki ölkənin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı daha da dərinləşdirmək niyyətinin konkret ifadəsidir.

Siyasi əlaqələrin möhkəmlənməsi iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi üçün də əlverişli imkanlar yaradır. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötüb keçməsi mövcud əməkdaşlığın müsbət göstəricisidir. Bununla belə, dövlət başçısının da vurğuladığı kimi, bu rəqəm tərəflərin malik olduğu real potensialı tam əks etdirmir. Xüsusilə energetika, sənaye, kənd təsərrüfatı, investisiya və nəqliyyat-logistika sahələrində geniş əməkdaşlıq imkanları mövcuddur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Vyetnam Milli Neft və Qaz Şirkəti arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu bu istiqamətdə mühüm addımlardan biridir. Sənəd neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində əməkdaşlığın inkişafını nəzərdə tutur.

Vyetnam biznes dairələrinin Azərbaycan iqtisadiyyatına artan marağı da ikitərəfli münasibətlərin perspektivlərindən xəbər verir. “ROX Group” şirkətinin tikinti, infrastrukturun inkişafı, günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsinə maraq göstərməsi, 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müvafiq sənədlərin imzalanması bu baxımdan diqqətəlayiqdir.

Əməkdaşlığın digər mühüm istiqaməti nəqliyyat və logistika sahəsidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq dəhlizlərdə artan rolu Vyetnamla Avropa arasında yükdaşımaların genişləndirilməsi üçün yeni imkanlar açır. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olması bu sahədə müsbət dinamikanı təsdiqləyir. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yükdaşımaların təşkili hər iki ölkə üçün iqtisadi səmərəliliyin artırılmasına və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsinə xidmət edə bilər.

Azərbaycan-Vyetnam münasibətlərinin özünəməxsus xüsusiyyətlərindən biri də humanitar əməkdaşlığın genişliyidir. Bu əlaqələr onilliklər ərzində təhsil, elm, mədəniyyət və xeyriyyəçilik sahələrində həyata keçirilən təşəbbüslərlə möhkəmlənmişdir. Heydər Əliyev Fondunun Vyetnamda reallaşdırdığı humanitar layihələr, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək göstərilməsi, təhsil proqramlarının təşviqi xalqlar arasında dostluq münasibətlərinin daha da dərinləşməsinə xidmət edir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri çərçivəsində keçirilən görüşlər və həyata keçirilən təşəbbüslər də bu əməkdaşlığın inkişafında mühüm yer tutur.

Təhsil sahəsində əlaqələrin tarixi isə xüsusilə zəngindir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması iki ölkə arasında formalaşmış elmi və akademik əlaqələrin miqyasını göstərir. Bu ənənələr bu gün də davam etdirilir. Universitetlər arasında imzalanan tərəfdaşlıq müqavilələri, memorandumlar və təhsil qrantı proqramları gənc nəslin bilik və təcrübə mübadiləsi üçün yeni imkanlar yaradır. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması isə iki xalqın ortaq tarixinə və dostluq ənənələrinə verilən yüksək dəyərin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.

           Mədəniyyət sahəsində qarşılıqlı təşəbbüslər də xalqların bir-birini daha yaxından tanımasına və mənəvi yaxınlığın möhkəmlənməsinə töhfə verir. Azərbaycanda keçirilən Vyetnam Günləri, 2026-cı ildə ilk dəfə Bakı və Qəbələ şəhərlərini əhatə edən dördüncü festival, vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycan dilində nəşri mədəni dialoqun uğurlu nümunələridir. Hələ 1955-ci ildə bəstəkar Qara Qarayevin “Vyetnam süitası” əsərini yaratması, rejissor Əjdər İbrahimovun Vyetnam kinosunun inkişafına verdiyi töhfələr isə bu münasibətlərin mədəni köklərinin nə qədər dərin olduğunu göstərir. Eyni zamanda, Azərbaycanın 2024-cü ildə “Yaqi” fırtınasının, 2025-ci ildə isə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün Vyetnama maliyyə yardımı göstərməsi dostluğun yalnız xoş günlərdə deyil, çətin məqamlarda da özünü büruzə verdiyini təsdiqləyir.

Prezident İlham Əliyevin müsahibəsində diqqətə çatdırılan əsas məqamlardan biri də Azərbaycan və Vyetnamın yerləşdikləri regionlarda malik olduqları iqtisadi və strateji imkanları birgə əməkdaşlıq vasitəsilə daha da genişləndirmək potensialıdır. Cənubi Qafqazın mühüm logistika və energetika mərkəzlərindən biri olan Azərbaycan ilə Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən ölkəsi Vyetnam arasında tərəfdaşlığın dərinləşməsi hər iki dövlətin beynəlxalq iqtisadi əlaqələrini genişləndirməsinə şərait yaradır.

Ümumilikdə, Azərbaycan ilə Vyetnam arasında münasibətlər tarixi dostluğun müasir dövrün çağırışlarına uyğun olaraq strateji tərəfdaşlığa çevrilməsinin uğurlu nümunəsidir. Bu əlaqələrin gələcək inkişafı üçün möhkəm siyasi iradə, qarşılıqlı etimad, iqtisadi potensial və zəngin humanitar təcrübə mövcuddur. Əminliklə demək olar ki, dövlətlərarası dialoqun ardıcıl şəkildə davam etdirilməsi və birgə təşəbbüslərin genişləndirilməsi Azərbaycan və Vyetnam xalqları arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək, hər iki ölkənin inkişafına və beynəlxalq əməkdaşlığına mühüm töhfələr verəcəkdir.

 

 

     Fuad Hüseynzadə, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri

Son xəbərlər

Azərbaycan və Vyetnam: Ənənəvi dostluğun yeni geosiyasi üfüqləri

İsrail səfiri Beynəlxalq Qalereyanın qonağı olub

Binəqədidə YAP-ın yaradılmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrası yekunlaşıb

Ağdam – Zəfərin, dirçəlişin və Böyük Qayıdışın ünvanı

Ağdam bu gün Azərbaycanın siyasi qətiyyətinin və quruculuq əzminin təcəssümüdür

Regionun ən güclü siyasi partiyası

YAP Səbail rayon təşkilatı partiyanın yaranmasının 34-cü ildönümünü qeyd edib -FOTOLAR

"Region gənclərinin fəal iştirakçılığı və ictimai liderlik proqramı" - FOTOLAR

OBS Global Organised World Trade Expo and Trade Excellence Award in Dubai

Azərbaycan–Böyük Britaniya tərəfdaşlığı: siyasi dialoqdan qlobal əməkdaşlığa

İqtisadi əlaqələr və investisiya perspektivləri

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı və eyniadlı sərgi keçirilib

Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Məhsəti Hüseynova “İstanbul Culinary Cup 2026” beynəlxalq tədbirində Azərbaycanın milli mətbəxinin qorunması və təbliği ilə bağlı çıxış edib

ABD VE İSRAİL’İ SAVUNAN ELLER NEREDE? TÜRKİYE-AZERBAYCAN KARDEŞLİĞİNE UZANAN ELLERİ DE GÖRELİM!

ŞEYX SƏLAHƏDDİN ÖZGÜNDÜZÜN LİDERLİYİ VƏ MƏNƏVİ DƏSTƏYİ İLƏ İSTANBULDA QARABAĞ ZƏFƏRİNƏ BÖYÜK EHTİRAM

Nihatın yardıma ehtiyacı var – Ana imkanlı şəxslərdən kömək istəyir

Konstitusiya – güclü dövlətin və hüquqi cəmiyyətin təməl prinsipi

Ana Qanunumuz:müasir dövrün ən mütərəqqi Konstitusiyası

Üçrəngli bayrağımız, müstəqil Azərbaycanın dünyaya açılan qürur rəmzi

Üçrəngli bayrağımız, müstəqil Azərbaycanın dünyaya açılan qürur rəmzi

Bayrağa ehtiram – dövlətə və Vətənə sədaqət

44 günlük Vətən müharibəsi – tarixi ədalətin təntənəsi

Şuşa Zəfəri gələcək nəsillərə örnəkdir

“Miss Mister Kids Of Azerbaijan” Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

“Azərbaycan Gözəli – 2026” Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

Bayraq bir dövlətin dünyaya təqdim etdiyi milli imzasıdır

Bütün xəbərlər