BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 34-cü ildönümü münasibətilə Səbail rayon təşkilatının təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdən əvvəl Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev Parkında Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri qoyulub. Daha sonra Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirə abidəsi önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və YAP-ın yaranmasının 34-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev partiyanın yaranma tarixindən, keçdiyi inkişaf yolundan və ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb.

O bildirib ki, 1992-ci il noyabrın 21-də Azərbaycanın mürəkkəb ictimai-siyasi şəraitində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası xalqın sabitlik, güclü dövlətçilik və firavan gələcək arzularının ifadəsi kimi meydana gəlib. Partiyanın yaradılması xalqın öz gələcəyinə sahib çıxmaq iradəsinin, Heydər Əliyevin siyasi təcrübəsinə və liderliyinə olan inamının təzahürü olub.

Muxtar Nağıyev Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun Prezident, YAP Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi, ordu quruculuğu və dövlət suverenliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə diqqət çəkib.

Rayon təşkilatının fəaliyyətindən bəhs edən sədr partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılmasının, gənclərlə işin gücləndirilməsinin, milli-mənəvi dəyərlərin və dövlətçilik ideyalarının təbliğinin əsas prioritetlər olduğunu bildirib.

Sonra Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxış edərək YAP-ın yaranmasının Azərbaycan dövlətçilik tarixində mühüm hadisə olduğunu qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan dövlətçilik strategiyasının müstəqilliyin möhkəmləndirilməsində, siyasi sabitliyin təmin olunmasında və ölkənin hərtərəfli inkişafında mühüm rol oynadığını vurğulayıb.

Vüqar Zeynalov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin Bakı şəhərində, eləcə də Səbail rayonunda mühüm dəyişikliklərə səbəb olduğunu bildirib. Vətəndaşların rifahının yüksəldilməsi, müasir infrastrukturun yaradılması, abadlıq və quruculuq işlərinin genişləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu diqqətə çatdırıb.

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin xalqımızın birliyinin, Azərbaycan Ordusunun gücünün və Ali Baş Komandanın rəhbərliyinin nəticəsi olduğu xüsusi vurğulanıb.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov partiyanın 34 illik fəaliyyətinin ölkənin ictimai-siyasi və sosial-iqtisadi inkişafındakı əhəmiyyətindən danışıb.

O, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində elmə, təhsilə və insan kapitalına xüsusi önəm verildiyini, bu strateji yanaşmanın Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirildiyini bildirib.

Ədalət Muradov müasir dünyada dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən birinin insan kapitalı olduğunu qeyd edib. Təhsilin, elmin, innovasiyaların və rəqəmsal texnologiyaların inkişafının Azərbaycanın gələcək strateji hədəfləri baxımından əhəmiyyətini vurğulayıb.

Tədbirdə 91-lərin üzvü, tibb elmləri doktoru, AMEA-nın müxbir üzvü, Türk Ağsaqqalları Birliyinin sədri, professor Sudeyif İmamverdiyev də çıxış edib. O, 1992-ci ilin mürəkkəb ictimai-siyasi şəraitində YAP-ın yaradılmasının tarixi zərurətdən irəli gəldiyini bildirib. 91 nəfər ziyalının Heydər Əliyevə müraciətinin və onun ətrafında birləşməsinin Azərbaycanın gələcək taleyində mühüm rol oynadığını diqqətə çatdırıb.

Sudeyif İmamverdiyev Ulu Öndərin siyasi uzaqgörənliyinin, zəngin dövlətçilik təcrübəsinin və xalqına bağlılığının müstəqil Azərbaycanın qorunub saxlanılması və möhkəmləndirilməsindəki rolundan bəhs edib. O, Vətən müharibəsində əldə olunan Zəfərin milli birliyimizin və Azərbaycan Ordusunun qəhrəmanlığının təcəssümü olduğunu vurğulayıb.

Daha sonra YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Urxan Ələkbərov çıxış edib.

Urxan Ələkbərov dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərindən, Azərbaycanın gələcək inkişaf prioritetlərindən danışaraq iqtisadi potensialla yanaşı, insan kapitalının, elmin, təhsilin və səmərəli idarəetmənin əhəmiyyətini qeyd edib.

O, müasir dövlət idarəçiliyində peşəkarlıq, məsuliyyət, şəffaflıq və innovativ yanaşmaların vacibliyini vurğulayıb. Azərbaycanın dayanıqlı inkişafı, yaşıl enerji potensialının reallaşdırılması, təbii resurslardan səmərəli istifadə və ekoloji təhlükəsizliyin təmin olunmasının strateji prioritetlər olduğunu bildirib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə və Böyük Qayıdış proqramına da toxunub.

Tədbirdə çıxış edən şəhid anası Mehriban Əmrəxova Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın xatirəsinin daim uca tutulmasının vacibliyindən danışıb.

O, şəhid anaları üçün övlad itkisinin əvəzolunmaz ağrı olduğunu, lakin övladlarının Vətən uğrunda göstərdikləri qəhrəmanlığın böyük qürur mənbəyi olduğunu bildirib. Şəhidlərin xatirəsinin yaşadılmasının və onların bizə əmanət qoyduğu müstəqil dövlətin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb.

Sonuncu çıxış edən Vətən müharibəsi qazisi, ehtiyatda olan gizir Ramin Şirinov 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının qəhrəmanlıq tarixində xüsusi yer tutduğunu qeyd edib. O, müharibə günlərində xalqımızın birliyi, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı, arxa cəbhədə nümayiş etdirilən həmrəylik və Ali Baş Komandanın rəhbərliyinin tarixi Qələbənin əldə olunmasında mühüm rol oynadığını bildirib.

Ramin Şirinov tarixi Zəfərin qorunmasının, müstəqil dövlətimizin daha da gücləndirilməsinin, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin və milli dəyərlərimizin yaşadılmasının vacibliyini diqqətə çatdırıb.

Tədbirin sonunda YAP Səbail rayon təşkilatının ictimai-siyasi həyatında fəallığı ilə seçilən üzvlərinə fəxri fərmanlar təqdim olunub. Partiyaya yeni qəbul edilən üzvlər isə üzvlük vəsiqələrini alıblar.

Yeni üzvlər təbrik edilib, onların ölkənin ictimai-siyasi həyatında fəal iştirak edəcəklərinə və dövlətçilik prinsiplərinə sadiqlik nümayiş etdirəcəklərinə əminlik ifadə olunub.

Daha sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də təsis edilib. Partiyanın yaranmasının 34-cü ildönümünə həsr olunmuş tədbir Ulu Öndər Heydər Əliyevin siyasi irsinə ehtiram və milli dövlətçilik ənənələrinə sədaqət ruhunda başa çatıb.

4533

 

453445354536

 

4537

 

Son xəbərlər

YAP Səbail rayon təşkilatı partiyanın yaranmasının 34-cü ildönümünü qeyd edib -FOTOLAR

"Region gənclərinin fəal iştirakçılığı və ictimai liderlik proqramı" - FOTOLAR

OBS Global Organised World Trade Expo and Trade Excellence Award in Dubai

Azərbaycan–Böyük Britaniya tərəfdaşlığı: siyasi dialoqdan qlobal əməkdaşlığa

İqtisadi əlaqələr və investisiya perspektivləri

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı və eyniadlı sərgi keçirilib

Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Məhsəti Hüseynova “İstanbul Culinary Cup 2026” beynəlxalq tədbirində Azərbaycanın milli mətbəxinin qorunması və təbliği ilə bağlı çıxış edib

ABD VE İSRAİL’İ SAVUNAN ELLER NEREDE? TÜRKİYE-AZERBAYCAN KARDEŞLİĞİNE UZANAN ELLERİ DE GÖRELİM!

ŞEYX SƏLAHƏDDİN ÖZGÜNDÜZÜN LİDERLİYİ VƏ MƏNƏVİ DƏSTƏYİ İLƏ İSTANBULDA QARABAĞ ZƏFƏRİNƏ BÖYÜK EHTİRAM

Nihatın yardıma ehtiyacı var – Ana imkanlı şəxslərdən kömək istəyir

Konstitusiya – güclü dövlətin və hüquqi cəmiyyətin təməl prinsipi

Ana Qanunumuz:müasir dövrün ən mütərəqqi Konstitusiyası

Üçrəngli bayrağımız, müstəqil Azərbaycanın dünyaya açılan qürur rəmzi

Üçrəngli bayrağımız, müstəqil Azərbaycanın dünyaya açılan qürur rəmzi

Bayrağa ehtiram – dövlətə və Vətənə sədaqət

44 günlük Vətən müharibəsi – tarixi ədalətin təntənəsi

Şuşa Zəfəri gələcək nəsillərə örnəkdir

“Miss Mister Kids Of Azerbaijan” Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

“Azərbaycan Gözəli – 2026” Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

Bayraq bir dövlətin dünyaya təqdim etdiyi milli imzasıdır

Zəfərə aparan yol: Milli iradənin, birliyin və dövlət qüdrətinin təntənəsi

Şuşa – Zəfərin zirvəsi, milli qürurumuzun rəmzi

Binəqədidə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib

225 nömrəli məktəbdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın 13 Milli Qəhrəmanı Prezidentə müraciət edib

“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

“ZƏFƏR SALNAMƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirildi

Bütün xəbərlər