BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Binəqədi rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Vətən müharibəsində Şanlı Qələbəmizin altıncı ildönümünə həsr olunmuş 8 Noyabr– “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı ümumrayon tədbiri keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri – Kəmaləddin Qafarov, Azay Quliyev, Səbinə Xasayeva, Elşad Musayev, Rayon İcra Hakimiyyəti başçısının müavini, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri və qazilər, Fövqaladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının zabit və əsgər heyəti, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələrin, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin, məktəbəqədər və orta ümumtəhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, ictimai birliklərin rəhbərləri, gənclər və rayon ictimaiyyəti iştirak edirdilər.

Tədbir ümummilli lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra  Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Şanlı Qələbəmizə həsr olunan videoçarx tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

Tədbirdə təbrik nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev 8 Noyabr–Zəfər Gününün altıncı ildönümü  münasibətilə hər bir kəsi təbrik edərək qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin “Mən İlham Əliyevə özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” sözlərində Qarabağın mütləq azad ediləcəyi inamının ifadə edildiyi duyulurdu. Bu sözlərlərlə bizi çoxdan gözlədiyimiz Zəfərə doğru aparan yolun yeni mərhələsinin əsası qoyulmuş oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan  rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, şəhidlərimizə, qazilərimizə minnətdarıq. Rayon İcra Hakimiyyətinin başçısı tədbir iştirakçılarını Şanlı Qələbəmizin altı illiyi, 9 Noyabr-Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi.

Növbəti çıxış edən millət vəkili Kəmaləddin Qafarov çıxışında qeyd etdi ki, xalqımız bu möhtəşəm Zəfəri birliyin, qətiyyətin və dövlətçilik ruhunun  nəticəsində əldə etdi. Qazanılan Qələbə yalnız hərbin deyil, milli iradənin, ölkə rəhbərinin müdrik siyasətinin və xalqın birliyinin nəticəsidir. Azad Qarabağda bu gün ucalan hər bina, açılan hər məktəb, çəkilən yollar  o möhtəşəm günlərin davamıdır. Biz fəxr edirik ki, bu Zəfər xalqımıza məxsusdur və bu Qələbənin işığı gələcək nəsillərin yolunu daim nurlandıracaqdır. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan şəhidlərimizi dərin ehtiram hissi ilə anır, qazilərimizə şəfa diləyir, rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə minnətdarlığımızı bildiririk.

Şəhid valideynləri adından çıxış edən Vətən müharibəsi şəhidi Teymur Zeynalovun atası Tağı Zeynalov çıxışında vurğuladı ki, düz altı  ildir ki, o günün, o anın, o hadisənin möhtəşəmliyini, əzəmətini, sevincini, qürurunu doya-doya, içimizə, ruhumuza çəkə-çəkə yaşayırıq…Vətən sevdalısı oğullarımızın – minlərlə şəhidimizin, minlərlə qəhrəman qazimizin, minlərlə igid əsgərimizin sayəsində azad oldu Ana Vətən! Dişləri, dırnaqları ilə torpaqlarımızı murdar erməni caynağından qoparan, azad edən oğullarımız bununla da dünya hərb tarixində yeniliyə imza atdılar.  Tağı Zeynalov şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevaya şəhid ailələri adından dərin minnətdarlığını bildirdi.

Növbəti çıxış edən Vətən müharibəsi qazisi Şəhriyar İbrahimli çıxışında qeyd etdi ki, 27 sentyabr 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu elə bir tarix yazdı ki, bu tarix bütöv bir millətin milli qeyrət nümunəsinə çevrildi. 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Azərbaycan tarixi torpaqlarına-Qarabağa qovuşdu, tarixi Zəfərə imza atdı. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında qeyd etdi ki, 30 illik münaqişənin sona çatması, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağın azad edilməsi daha geniş coğrafiyanın reallıqlarının dəyişməsi ilə müşahidə olunmuşdur və olunmaqdadır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Şanlı Qələbəsi sayəsində Yer üzərində uzun sürən münaqişələrdən biri öz həllini tapdı. Azərbaycan haqqa, ədalətə çatmağın yolunu göstərdi. Xalqımızın apardığı haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimidir.  8 Noyabr tarixi daim tarixdə qızıl hərflərlə və əbədiyyən qalacaqdır.

Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının xalq artistləri-Nəzakət Teymurovanın, Faiq Ağayevin, Azərbaycan Respublikasının əməkdar artisti Lalə Məmmədovanın, gənc istedadlı müğənnilər-Samirə Rəcəblinin, Zəminə Rəhimovanın, Yaqut Xəlilzadənin ifasında biri-birindən gözəl musiqilər səsləndi, “Gənclik” rəqs ansamblının ifasında “Vətən” kompozisiyası nümayiş edildi.

Tədbirin sonunda iştirakçılar böyük atəşfəşanlığı seyr etdilər.

Son xəbərlər

Binəqədidə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib

225 nömrəli məktəbdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın 13 Milli Qəhrəmanı Prezidentə müraciət edib

“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

“ZƏFƏR SALNAMƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirildi

Qürur mənbəyi, and yerimiz Azərbaycan Bayrağı

Samir Vəliyev:“AIREX 2026” beynəlxalq daşınmaz əmlak sərgisi mühüm platformadır

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Bütün xəbərlər