BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə hərbi və media nümayəndələri gənclərlə görüşüblər

8 Noyabr – Azərbaycanın Zəfər Günü münasibətilə “Zəfər Salnaməsi” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının məkan dəstəyi, “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin tərəfdaşlığı və “Əbədi Birlik” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbirin əsas məqsədi Azərbaycanın şanlı Zəfər tarixini gənc nəslə daha yaxından tanıtmaq, Vətən uğrunda mübarizə aparmış qəhrəmanlarımızın şücaətini ehtiramla yad etmək, milli vətənpərvərlik ruhunu gücləndirmək və Zəfər tarixinin canlı şahidləri ilə gənclər arasında fikir mübadiləsi aparmaq olub.

Görüş çərçivəsində Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbə, Zəfərə aparan yol, qəhrəmanlarımızın fədakarlığı, dövlət-xalq-ordu birliyi və bu tarixi günün milli yaddaşımızdakı əhəmiyyəti ətrafında söhbətlər aparılıb.

Tədbirin qonaqları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) ehtiyatda olan polkovnik-leytenantı Nizami Əliyev, Azərbaycanın tanınmış televiziya aparıcısı və jurnalisti Jalə Həsənli, eləcə də əməkdar jurnalist, hüquq müdafiəçisi və ictimai xadim Azər Həsrət olublar.

Qonaqlar öz təcrübələrini, müşahidələrini və Zəfər tariximizlə bağlı düşüncələrini gənclərlə bölüşüb, iştirakçıların suallarını cavablandırıblar. Görüş zamanı Vətən müharibəsinin tarixi əhəmiyyəti, qəhrəmanlıq salnaməmiz və bu qələbənin gələcək nəsillər üçün daşıdığı mənəvi dəyər xüsusi vurğulanıb.

“Zəfər Salnaməsi” tədbiri gənclərin milli tariximizə marağının artırılması, vətənpərvərlik dəyərlərinin təbliği və Zəfər ruhunun gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli olub.

Son xəbərlər

225 nömrəli məktəbdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın 13 Milli Qəhrəmanı Prezidentə müraciət edib

“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

“ZƏFƏR SALNAMƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirildi

Qürur mənbəyi, and yerimiz Azərbaycan Bayrağı

Samir Vəliyev:“AIREX 2026” beynəlxalq daşınmaz əmlak sərgisi mühüm platformadır

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

Bütün xəbərlər