BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

22 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Qərbi Azərbaycan İcmasının Səbail rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib.

SİA xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar.

Daha sonra Qərbi Azərbaycanın tarixi həqiqətlərini, eləcə də bölgədə dağıdılmış tarixi-mədəni irs abidələrini əks etdirən sərgi ilə tanış olublar.

YAP Səbail rayon təşkilatının inzibati binasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Qərbi Azərbaycan Televiziyasının hazırladığı, Qərbi Azərbaycanın tarixi, mədəni irsi və tarixi həqiqətlərini əks etdirən film nümayiş olunub.

Filmin nümayişindən sonra tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Qərbi Azərbaycan mövzusunun milli yaddaşın qorunması və tarixi ədalətin bərpası baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində əldə olunan nailiyyətlərə toxunaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin qarşısında duran mühüm vəzifələrin reallaşdırılması üçün zəmin yaratdığını bildirib.

Muxtar Nağıyev Qərbi Azərbaycana qayıdışın mümkünlüyünə inamını ifadə edərək, bu istiqamətdə milli həmrəyliyin, vətənpərvərliyin və ictimai fəallığın vacibliyini qeyd edib. O, Qərbi Azərbaycan İcmasının tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və milli-mədəni irsin təbliği istiqamətində gördüyü işlərin əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra çıxış üçün söz Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə verilib. İcma sədri tədbirin təşkilinə görə YAP Səbail rayon təşkilatının rəhbərliyinə təşəkkürünü bildirib. O, Səbail rayon nümayəndəliyi üçün yaradılmış şəraitin əhəmiyyətini qeyd edərək, ayrılmış yeni ofisin İcmanın fəaliyyətinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Əziz Ələkbərli Qərbi Azərbaycana qayıdış məsələsinin tarixi və siyasi əhəmiyyətindən danışaraq bildirib ki, bu istiqamətdə aparılan fəaliyyət Azərbaycan xalqının tarixi yaddaşının qorunmasına, deportasiyaya məruz qalmış soydaşlarımızın hüquqlarının beynəlxalq müstəvidə müdafiəsinə və qayıdış hüququnun gündəmdə saxlanılmasına xidmət edir.

İcma sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində əldə olunan nailiyyətləri xatırladaraq, Qarabağın işğaldan azad edilməsinin Azərbaycan dövlətinin qarşıya qoyduğu strateji hədəfləri reallaşdırmaq əzmini nümayiş etdirdiyini vurğulayıb. O, Azərbaycanın hərbi və diplomatik müstəvidə qazandığı uğurların milli birliyin və məqsədyönlü dövlət siyasətinin nəticəsi olduğunu bildirib.

Əziz Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycan İcmasının əsas vəzifələrindən biri soydaşlarımızı tarixi torpaqlarına qayıdış ideyası ətrafında birləşdirmək, Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti və irsi ilə bağlı həqiqətləri araşdırmaq, sənədləşdirmək və dünya ictimaiyyətinə çatdırmaqdır. Onun sözlərinə görə, İcmanın fəaliyyəti nəticəsində Qərbi Azərbaycana qayıdış məsələsi ümummilli ideya səviyyəsinə yüksəlib.

İcma sədri təşkilatın struktur bölmələrinin, rayon və kənd icmalarının fəaliyyətindən, elmi-tədqiqat işlərindən, beynəlxalq əməkdaşlıqdan və Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq təşkilatların sənədlərində əks olunması istiqamətində görülən işlərdən bəhs edib. O, ali təhsil müəssisələrində yaradılan Qərbi Azərbaycan araşdırma mərkəzlərinin gənc nəslin tarixi biliklərinin artırılması və qayıdış ideyasının gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb.

Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycana qayıdış məsələsi yalnız Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın deyil, bütövlükdə Azərbaycan xalqının milli maraqları ilə bağlıdır. O, bu məqsədə nail olmaq üçün ictimai həmrəyliyin gücləndirilməsinin, tarixi həqiqətlərin ardıcıl təbliğinin və cəmiyyətin bütün üzvlərinin bu prosesdə fəal iştirakının vacibliyini qeyd edib.

Ardınca söz Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlıya verilib. O, çıxışında Qərbi Azərbaycana qayıdış məsələsinin Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdən diqqət mərkəzində saxlanıldığını bildirib. Baba Bayramlı Ulu Öndərin Qərbi Azərbaycandan olan soydaşlarımıza xüsusi diqqət və qayğı ilə yanaşmasını xatırladaraq, bu siyasətin milli yaddaşın qorunması və tarixi bağlılığın yaşadılması baxımından əhəmiyyətini qeyd edib.

Şura sədri öz həyatından bir nümunə gətirərək, ali təhsil almaq üçün müraciət etdiyi dövrdə Naxçıvan Dövlət Universitetinə qəbul olunması ilə bağlı xatirəsini bölüşüb. O, həmin vaxt universitetin yeni yaradıldığını və bu addımın Qərbi Azərbaycandan olan gənclərin təhsilinə, eyni zamanda Naxçıvanın ali təhsil müəssisələrinin inkişafına göstərilən diqqətin təzahürü olduğunu vurğulayıb.

Baba Bayramlı Qərbi Azərbaycanın tarixi-mədəni irsinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin hər kəsin üzərinə düşən vəzifə olduğunu bildirib. O, bu sahədə elmi müəssisələrin, ictimai təşkilatların və ailələrin birgə fəaliyyətinin vacibliyini qeyd edib.

Daha sonra çıxış üçün söz Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, Qərbi Azərbaycan İcmasının Səbail rayon nümayəndəsi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyevə verilib.

Əpoş Vəliyev çıxışında Qərbi Azərbaycan folklorunun toplanılması, qorunması və elmi tədqiqata cəlb olunması istiqamətində görülən işlər barədə məlumat verib. O bildirib ki, Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın yaddaşında qorunan xatirələr, şifahi xalq ədəbiyyatı nümunələri, adət-ənənələr və ailə tarixçələri milli irsin mühüm tərkib hissəsidir. Alim yaşlı nəslin nümayəndələrinin xatirələrinin qeydə alınmasının və folklor nümunələrinin toplanılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, bu işlərin vaxtında həyata keçirilməsi vacibdir, çünki yaşlı nəslin yaddaşında qorunan məlumatların itirilməsi bir sıra tarixi faktların və mənəvi irs nümunələrinin gələcək nəsillərə çatdırılmasını çətinləşdirə bilər.

Əpoş Vəliyev Qərbi Azərbaycan folklorunun sistemli şəkildə araşdırıldığını, bu sahədə elmi nəşrlərin hazırlandığını, respublika və beynəlxalq konfransların keçirildiyini diqqətə çatdırıb. O, elmi tədqiqatların nəticələrinin geniş ictimaiyyətə çatdırılmasının, Qərbi Azərbaycanın tarixi və mədəni irsinin təbliğinin vacibliyini qeyd edib.

Çıxışının sonunda alim gəncləri ailələrində qorunan köhnə fotoşəkilləri, fotoalbomları, şifahi xatirələri və folklor nümunələrini toplamağa, onların tarixini araşdırmağa və müvafiq elmi müəssisələrə çatdırmağa çağırıb. O vurğulayıb ki, milli irsin qorunması yalnız elmi müəssisələrin deyil, hər bir ailənin və hər bir vətəndaşın məsuliyyətidir.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və iştirakçılarla xatirə şəkli çəkdirilib.

“Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı” mövzusunda tədbir keçirilib - FOTOLAR

“Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı” mövzusunda tədbir keçirilib - FOTOLAR

“Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı” mövzusunda tədbir keçirilib - FOTOLAR

“Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı” mövzusunda tədbir keçirilib - FOTOLAR

“Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı” mövzusunda tədbir keçirilib - FOTOLAR

“Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı” mövzusunda tədbir keçirilib - FOTOLAR

“Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı” mövzusunda tədbir keçirilib - FOTOLAR

“Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı” mövzusunda tədbir keçirilib - FOTOLAR

“Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı” mövzusunda tədbir keçirilib - FOTOLAR

“Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı” mövzusunda tədbir keçirilib - FOTOLAR

“Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı” mövzusunda tədbir keçirilib - FOTOLAR

Son xəbərlər

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Füzuli Zəfərdən dirçəlişə -qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

Füzuli Zəfərdən dirçəlişə -qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

Yevlaxda “İnam, inkişaf və Zəfər yolu” adlı tədbir keçirilib

Azərbaycan və Laos arasında münasibətlər dərinləşir

Azərbaycan–Laos münasibətləri: dostluqdan strateji əməkdaşlığa doğru yeni imkanlar

İctimai Şuranın üzvləri Binəqədidə millət vəkili Azay Quliyevlə görüşüblər

“Azərbaycan Gözəli”nə yerli seriallardan təkliflər gəlib

Ceyhun Aşurov “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək” İctimai Birliyinə (AHTTSA) yeni sədr seçildi-FOTO

Azərbaycan–Kamboca münasibətləri: qarşılıqlı etimad və əməkdaşlığın yeni perspektivləri

Azərbaycan–Kamboca münasibətlərində iqtisadi əməkdaşlığın prioritetləri

“Azərbaycan Gözəli” piar menecer oldu

YAP Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin Azərbaycanla bağlı açıqlamalarına etiraz edib

Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib – FOTO/ VİDEO

Bütün xəbərlər