BAKU Azərbaycan
25.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş “İnam, inkişaf və Zəfər yolu” adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, rayonun hüquq-mühafizə orqanlarının, regional və yerli idarələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.  Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Prezident İlham Əliyevin siyasi fəaliyyətinə, dövlətçilik strategiyasına və ölkəmizin inkişafına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yolundan, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsindən, dövlətçilik ənənələrinin daha da gücləndirilməsindən və tarixi Zəfərin əhəmiyyətindən bəhs edib. Bildirilib ki, cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər əldə edib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub

Şəhər İcra Hakimiyyətinin Başçısı eyni zamanda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli çıxışına toxunaraq çıxışın dövlətimizin keçdiyi şərəfli tarixi yolun, əldə olunan tarixi nailiyyətlərin və qarşıda duran strateji hədəflərin aydın ifadəsi olduğunu bildirdi. İcra Hakimiyyətinin Başçısı həmçinin Prezident, YAP Sədri, Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin çıxışında qeyd olunan fikirlərin ölkəmizin gələcəyi üçün yol xəritəsi olduğunu diqqətə çatdırdı.  Nitqin yekununda xüsusilə qeyd edilib ki, cənab Prezidentin çıxışında vurğuladığı məqamlar hər birimiz üçün ciddi tapşırıqdır. Məhz bu istiqamətlərdə heç kəs kənara çəkilməməli, tapşırıqların icrası ilə bağlı qanunamüvafiq tədbirlər görməlidir.

Sonra çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərlik etdiyi 23 illik fəaliyyət dövründə Azərbaycanın qazandığı möhtəşəm iqtisadi sıçrayışdan və beynəlxalq müstəvidəki sarsılmaz mövqeyindən geniş danışıb. Rayon təşkilatının sədri Prezident İlham Əliyevin  çoxşaxəli idarəçilik strategiyasının ölkəmizi tarixi Zəfərə və tam suverenliyə çatdıran ən əsas amil olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, YAP Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən partiyamızın son qurultayında səsləndirilən konseptual fikirlərin respublikanın gələcək addımları üçün əsas istiqamətverici gücdür. Dövlət Başçısının nümayiş etdirdiyi qətiyyətli mövqe və gələcəyə yönəlmiş ideoloji çağırışları hər bir vəzifəli şəxsdən maksimum idarəçilik məsuliyyəti tələb etməklə yanaşı, Azərbaycanın təhlükəsizliyi və sarsılmazlığı baxımından çox mühüm əhəmiyyət kəsb edir. 

Tədbirdə həmçinin Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi, Yevlax rayonu üzrə nümayəndə Günel Cəfərova, Yevlax şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Aytən Kərimli və Mingəçevir Regional “ASAN xidmət” Mərkəzinin əməkdaşı Əlirza Abdullayev çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin ölkəmizin hərtərəfli inkişafında, sosial rifahın yüksəldilməsində, milli həmrəyliyin möhkəmləndirilməsində və tarixi Zəfərin qazanılmasında mühüm rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, xalqın öz Prezidentinə olan inamı, milli birlik və həmrəylik ölkəmizin gələcək inkişafının əsas təminatlarından biridir.

Tədbirin bədii hissəsində Yevlax Şəhər Mədəniyyət Mərkəzinin solisti, VIII Muğam Televiziya Müsabiqəsinin laureatı Sabir Hüseynovun ifasında musiqi nömrələri təqdim olunub. İfa olunan musiqi nümunələri tədbir iştirakçıları tərəfindən maraq və alqışlarla qarşılanıb.

 

   

Son xəbərlər

Yevlaxda “İnam, inkişaf və Zəfər yolu” adlı tədbir keçirilib

Azərbaycan və Laos arasında münasibətlər dərinləşir

Azərbaycan–Laos münasibətləri: dostluqdan strateji əməkdaşlığa doğru yeni imkanlar

İctimai Şuranın üzvləri Binəqədidə millət vəkili Azay Quliyevlə görüşüblər

“Azərbaycan Gözəli”nə yerli seriallardan təkliflər gəlib

Ceyhun Aşurov “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək” İctimai Birliyinə (AHTTSA) yeni sədr seçildi-FOTO

Azərbaycan–Kamboca münasibətləri: qarşılıqlı etimad və əməkdaşlığın yeni perspektivləri

Azərbaycan–Kamboca münasibətlərində iqtisadi əməkdaşlığın prioritetləri

“Azərbaycan Gözəli” piar menecer oldu

YAP Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin Azərbaycanla bağlı açıqlamalarına etiraz edib

Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib – FOTO/ VİDEO

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

Business Diplomacy and the OBS Global Vision for Collaboration with Australia

Elşən Uluxanlıdan Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı mesaj: Bir video tarixi dəyişə bilməz

“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var”

Qələbələrdən Böyük Qayıdışa: YAP-ın tarixi missiyası

VIII Qurultaydan yeni strateji hədəflərə doğru

SITA və tərəfdaşları səyahətdə biometrik texnologiyalardan məsuliyyətli istifadə üçün koalisiya yaradıblar

Cəbrayılın yeni şəhər modeli

4 Oktyabr – Cəbrayıl şəhəri günü: Zəfərdən Böyük Qayıdışa uzanan yol

Vətənə sədaqətli xidmət nümunəsi

Azərbaycanın dayanıqlı iqtisadi inkişaf perspektivləri

Bakı qlobal investisiya platformasına çevrilir

"Azərbaycan-Türkiyə qardaşlığı əbədidir"

Anım Günündə şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram

ÖLDÜ VAR, DÖNDÜ YOXDUR…

Naxçıvan şəhər 10 nömrəli məktəbdə şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

“İSLAMDA QİDA MƏDƏNİYYƏTİ” – QİDA, SAĞLAMLIQ VƏ MƏNƏVİ DƏYƏRLƏRİN KƏSİŞMƏSİNDƏ YAZILMIŞ KİTAB

Vətən müharibəsi və şanlı Qələbə

Bütün xəbərlər