BAKU Azərbaycan
21.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişdiyi, yeni əməkdaşlıq formatlarının meydana gəldiyi bir dövrdə dövlətlər arasında qarşılıqlı etimad və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında son illərdə formalaşan və dinamik şəkildə inkişaf edən əməkdaşlıq münasibətləri diqqətçəkən nümunələrdən biridir. Tarixi, mədəni və mənəvi yaxınlıqla yanaşı, qarşılıqlı siyasi iradəyə əsaslanan bu əlaqələr artıq yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, regional və beynəlxalq əhəmiyyət daşıyan geniş əməkdaşlıq platforması kimi xarakterizə olunur.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı bu münasibətlərin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoymuşdur. Dövlətimizin başçısının çıxışında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət formatında tamhüquqlu üzv kimi iştirakının tarixi əhəmiyyəti xüsusi vurğulanmışdır. Azərbaycanın bu formata tamhüquqlu üzv qəbul edilməsi ölkəmizin region dövlətləri ilə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərməklə yanaşı, Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının regional proseslərdəki çəkisinin artmasının da mühüm göstəricisidir.

Azərbaycanın bu əməkdaşlıq formatında iştirakı təsadüfi deyil. Son illərdə ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoqu davamlı şəkildə genişlənmiş, qarşılıqlı səfərlər intensiv xarakter almış, iqtisadi-ticari əlaqələr yeni məzmun qazanmışdır. Bu proses qarşılıqlı etimada, dostluğa və ümumi maraqlara əsaslanan münasibətlərin daha da dərinləşdirilməsinə xidmət edir.

Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişafı da bu baxımdan xüsusi qeyd edilməlidir. Ən yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin intensivliyi iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu göstərir. Bu münasibətlər yalnız siyasi əlaqələrlə məhdudlaşmır, xalqlarımızın tarixi və mənəvi yaxınlığını əks etdirən mühüm layihələrlə də zənginləşir. Füzuli şəhərində Türkmənistan tərəfindən məscidin inşa edilməsi iki qardaş xalq arasındakı dostluğun və mənəvi bağlılığın mühüm nümunələrindən biri kimi qiymətləndirilə bilər. Bu layihə həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına göstərilən qardaş dəstəyinin təzahürüdür.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində göstərilən dəstək xüsusi yer tutur. Özbəkistanın Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstanın Ağdam şəhərində Manas adına məktəb inşa etməsi dost və qardaş ölkələrin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilən genişmiqyaslı quruculuq prosesinə verdiyi töhfənin konkret nümunələridir. Bu layihələr təkcə sosial və təhsil infrastrukturu baxımından deyil, xalqlar arasında tarixi-mədəni bağların möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Bu gün Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri iqtisadi-ticari əlaqələrdir. Siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin formalaşdırmışdır. Qarşılıqlı yüksək səviyyəli səfərlərin müntəzəm xarakter alması, ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların genişlənməsi və birgə layihələrin həyata keçirilməsi bu münasibətlərin artıq strateji xarakter aldığını göstərir.

Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması iqtisadi əlaqələrin inkişaf dinamikasını aydın şəkildə nümayiş etdirir. Eyni zamanda, Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi qarşılıqlı iqtisadi maraqların genişliyini və investisiya əməkdaşlığının artan potensialını göstərir. Bu göstəricilər qarşılıqlı əlaqələrin yalnız siyasi bəyanatlar səviyyəsində qalmadığını, real iqtisadi nəticələrlə müşayiət olunduğunu təsdiqləyir.

İqtisadi əməkdaşlığın növbəti mərhələsində əsas məqsəd yalnız qarşılıqlı ticarət dövriyyəsinin artırılması deyil, eyni zamanda birgə investisiyaların həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və məhsulların xarici bazarlara çıxarılmasıdır. Azərbaycan tərəfindən Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması bu istiqamətdə mühüm addım kimi qiymətləndirilə bilər. Hər bir fondun kapitalının yüz milyonlarla dollar təşkil etməsi gələcəkdə iri layihələrin maliyyələşdirilməsi, sənaye kooperasiyasının genişləndirilməsi və yeni istehsal imkanlarının yaradılması üçün əhəmiyyətli baza formalaşdırır.

Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında nəqliyyat-kommunikasiya sahəsi isə xüsusi strateji əhəmiyyət daşıyır. Xəzər dənizi bu baxımdan Azərbaycanla Mərkəzi Asiya dövlətlərini birləşdirən mühüm nəqliyyat məkanı olmaqla yanaşı, regionun beynəlxalq bazarlara çıxışında əsas bağlantı xəttlərindən biri kimi çıxış edir. Azərbaycan son illərdə limanların, hava limanlarının, dəmir yollarının və avtomobil yollarının inkişafına böyük investisiyalar yatıraraq ölkənin tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Bu infrastruktur imkanları Mərkəzi Asiyanın Avropa və digər beynəlxalq bazarlarla əlaqələrinin inkişafına mühüm töhfə verir.

Bu prosesdə Orta Dəhlizin rolu getdikcə artır. Qlobal ticarət marşrutlarının şaxələndirilməsi və alternativ nəqliyyat bağlantılarının yaradılması baxımından Orta Dəhliz həm Azərbaycan, həm də Mərkəzi Asiya dövlətləri üçün mühüm strateji imkanlar yaradır. Bu marşrut üzrə tranzit yükdaşımaların həcminin artması onun regional və beynəlxalq nəqliyyat sistemində əhəmiyyətinin yüksəldiyini göstərir. Ötən il Orta Dəhliz üzrə tranzit yükdaşımaların həcminin 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artması marşrutun artan iqtisadi potensialının göstəricisidir.

Nəqliyyat əməkdaşlığının rəqəmsal komponenti də diqqətdən kənarda qalmır. “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsi və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişaf etdirilməsi region dövlətləri arasında rəqəmsal əlaqələrin gücləndirilməsi baxımından yeni imkanlar yaradır. Beləliklə, ənənəvi nəqliyyat dəhlizləri ilə yanaşı, rəqəmsal bağlantıların yaradılması da Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının gələcək inkişafında mühüm istiqamətlərdən birinə çevrilir.

Energetika sahəsi də Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın strateji istiqamətlərindən biridir. Azərbaycanın əlverişli coğrafi mövqeyi və formalaşdırdığı müasir enerji infrastrukturu Mərkəzi Asiya ölkələrinin enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında ölkəmizin rolunu artırır. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi vasitəsilə nəql olunması bu əməkdaşlığın konkret nəticələrindəndir. Daşımaların həcminin artması isə enerji sahəsində qarşılıqlı fəaliyyətin genişləndiyini göstərir.

Bununla yanaşı, əməkdaşlığın perspektiv istiqamətlərindən biri bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsidir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində aparılan işlər regionun enerji potensialından daha səmərəli istifadə etməyə imkan verə bilər. Bu layihələr yalnız enerji təhlükəsizliyi baxımından deyil, eyni zamanda yaşıl iqtisadiyyata keçid, enerji sistemlərinin şaxələndirilməsi və gələcək nəsillər üçün dayanıqlı inkişaf mühitinin formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının əhəmiyyəti sadalanan iqtisadi, nəqliyyat və energetika layihələri ilə məhdudlaşmır. Bu münasibətlərin əsasını siyasi sabitlik, qarşılıqlı etimad, təhlükəsizlik və dövlətlərin bir-birinin milli maraqlarına hörmətlə yanaşması təşkil edir. Prezident İlham Əliyevin çıxışında da vurğulandığı kimi, sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik əldə olunan nailiyyətlərin əsasını təşkil edir. Məhz bu amillər regional əməkdaşlığın davamlı xarakter alması və gələcəkdə daha geniş layihələrin həyata keçirilməsi üçün fundamental zəmin yaradır.

Bu gün Azərbaycan-Mərkəzi Asiya münasibətləri yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Tarixi və mədəni yaxınlıq üzərində formalaşmış münasibətlər artıq konkret siyasi, iqtisadi və infrastruktur layihələri ilə daha da möhkəmlənir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət formatında tamhüquqlu iştirakı isə bu əməkdaşlığın institusional baxımdan da yeni mərhələyə keçdiyini göstərir.

Görüş çərçivəsində gündəmə gətirilən məsələlər Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərə kompleks yanaşdığını nümayiş etdirir. Siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, enerji resurslarının səmərəli şəkildə beynəlxalq bazarlara çıxarılması, yaşıl enerji layihələrinin həyata keçirilməsi və rəqəmsal bağlantıların gücləndirilməsi vahid strateji məqsədə – regionda davamlı və qarşılıqlı faydalı əməkdaşlıq məkanının formalaşdırılmasına xidmət edir.

Nəticə etibarilə, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin inkişafı həm ölkəmizin regional mövqeyinin möhkəmlənməsi, həm də daha geniş Avrasiya məkanında yeni əməkdaşlıq imkanlarının yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın siyasi iradəsi, müasir nəqliyyat və enerji infrastrukturu, investisiya imkanları və beynəlxalq təşəbbüsləri Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş perspektivlər açır.

Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşü bir daha göstərdi ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında münasibətlər qarşılıqlı etimad və strateji maraqlar üzərində qurularaq yeni mərhələyə yüksəlir. Bu əməkdaşlığın qarşıdakı dövrdə daha da genişlənməsi regionun iqtisadi inkişafına, nəqliyyat və enerji əlaqələrinin möhkəmlənməsinə, xalqlar arasında tarixi və mədəni bağların daha da güclənməsinə mühüm töhfə verəcəkdir. Azərbaycanın bu prosesdə fəal və təşəbbüskar mövqeyi isə ölkəmizin regionda artan rolunun və beynəlxalq əməkdaşlıq imkanlarının daha bir göstəricisidir.

 

 

İradə Rizazadə, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Tərəqqi medalı təltifçisi

Son xəbərlər

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

Business Diplomacy and the OBS Global Vision for Collaboration with Australia

Elşən Uluxanlıdan Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı mesaj: Bir video tarixi dəyişə bilməz

“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var”

Qələbələrdən Böyük Qayıdışa: YAP-ın tarixi missiyası

VIII Qurultaydan yeni strateji hədəflərə doğru

SITA və tərəfdaşları səyahətdə biometrik texnologiyalardan məsuliyyətli istifadə üçün koalisiya yaradıblar

Cəbrayılın yeni şəhər modeli

4 Oktyabr – Cəbrayıl şəhəri günü: Zəfərdən Böyük Qayıdışa uzanan yol

Vətənə sədaqətli xidmət nümunəsi

Azərbaycanın dayanıqlı iqtisadi inkişaf perspektivləri

Bakı qlobal investisiya platformasına çevrilir

"Azərbaycan-Türkiyə qardaşlığı əbədidir"

Anım Günündə şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram

ÖLDÜ VAR, DÖNDÜ YOXDUR…

Naxçıvan şəhər 10 nömrəli məktəbdə şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

“İSLAMDA QİDA MƏDƏNİYYƏTİ” – QİDA, SAĞLAMLIQ VƏ MƏNƏVİ DƏYƏRLƏRİN KƏSİŞMƏSİNDƏ YAZILMIŞ KİTAB

Vətən müharibəsi və şanlı Qələbə

Bir şəhidin anası, min qəhrəmanın doğması – Gülşad anamıza doğum günü təbriki…

"Məqsədim Çin, Rusiya, Xəzər regionu və Mərkəzi Asiya arasında fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu qurmaqdır"

Azərbaycan sənayesinin yeni dayağı: dağ-mədən və metallurgiya

İsrailin Or Yehuda şəhərinin meri “Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən təltif edilib

AMEA-da Jalə Cəfərovanın “Nə yaxşı ki, atam sənsən” kitabının təqdimatı keçirilib

Pekində Azərbaycan muğamı və Çin musiqisi bir səhnədə səslənib

Bakıda şair Cavad Cavadlının 100 illik yubileyi qeyd olunub

TDT-nin artan rolu: Təhlükəsizlik, enerji və nəqliyyatda yeni əməkdaşlıq mərhələsi

Beynəlxalq Şeflər Liqasının rəhbər heyəti Kırıkkaledə bir araya gələcək

Türk dünyasının siyasi gücü və birliyi

Dövlətçiliyimizin tarixi və milli iradəmizin təcəssümü

Bütün xəbərlər