BAKU Azərbaycan
25.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

 

Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 avqust 2026-ci il tarixindən “Şair Cavad Cavadlının ədəbi irsinin təbliği” layihəsinin icrası davam etdirir. 20 sentyabr 2026-cı il tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında növbəti addım həyata keçirilib. Türkiyədən, Qazaxstandan, Qırğızıstandan eləcə də Avropanın bir çox ölkələrindən gələn qonaqların və geniş ictimaiyyətin qatıldığı təqdimatda şair, jurnalist Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Cavad Cavadlının 100 illik yubileyi qeyd olunub və həmçinin layihə rəhbəri Jalə Cəfərovanın “Nə yaxşı ki, atam sənsən” kitabının təqdimatı keçirilib. Yubiley gecəsi rəsmi və bədii gecədən təşkil olunmuşdu. Tədbirin aparıcısı, layihə rəhbəri Jalə Cəfərova qonaqları salamlayaraq gecənin təqdimatından öncə bir neçə vacib məqamlara toxunub: “Bu axşam burada bizi bir araya gətirən şair, yazıçı Cavad Cavadlının işığıdır. Bu işığa toplaşdığınız və əziz gecəni bizimlə bölüşdüyünüz üçün hər birinizə ürəkdən təşəkkür edirəm. Bu gün biz həm bir ədibin xatirəsini yaşatmaq, həm də onun yaradıcılığından, ömründən və mənəvi dünyasından gələn dəyərləri bir daha xatırlamaq için burdayıq. Lakin belə bir gecəyə başlamazdan əvvəl bizim üçün ən müqəddəs borclardan birini yerinə yetirək. Torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla, sonsuz minnətdarlıq və rəhmət duaları ilə yad edək. Bu gün, eyni zamanda Dövlət Suverenliyi Günü günüdür. Hamınızı ürəkdən təbrik edirəm” .
Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildikdən sonra layihə rəhbərinin hazırladığı şairin ömür yoluna işıq tutan 25 dəqiqəlik videoçarx təqdim olunub.
Daha sonra söz qonaqlara və musiqiyə verilib. Gecədə akademik İsa Həbibbəyli, filologiya üzrə fəlsəfə doktoru, professor Bədirxan Əhmədov, ədəbi tənqidçi Əsəd Cahangir, Arzu Yılmaz Dağdemir, Cahid Günay, fililogiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova çıxış edərək şairin həyat və yaradıcılığından bəhs etməklə yanaşı, onu eyni zamanda bir insan kimi də xatırlayaraq fikirlərini paylaşıblar.
Təqdimatın bədii hissəsində Əməkdar artıst Azad Şükürov və Firuzə Balayeva şairin həyatından bir parçanı işıqlandırıblar. Əməkdar artist Nuriyyə Hüseynova eləcə də Tural İbrahimov, Çilənay Hüseynova, Aygün Mahmudovanın ifaları sürəkli alqışlarla qarşılanıb. Gecədə qonaqlara kitab təqdim olunub. Təqdimatın sonunda qonaqlarla birgə xatirə şəkilləri çəkilib.

 

 






































Son xəbərlər

Ceyhun Aşurov “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək” İctimai Birliyinə (AHTTSA) yeni sədr seçildi-FOTO

Azərbaycan–Kamboca münasibətləri: qarşılıqlı etimad və əməkdaşlığın yeni perspektivləri

Azərbaycan–Kamboca münasibətlərində iqtisadi əməkdaşlığın prioritetləri

“Azərbaycan Gözəli” piar menecer oldu

YAP Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin Azərbaycanla bağlı açıqlamalarına etiraz edib

Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib – FOTO/ VİDEO

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

Business Diplomacy and the OBS Global Vision for Collaboration with Australia

Elşən Uluxanlıdan Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı mesaj: Bir video tarixi dəyişə bilməz

“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var”

Qələbələrdən Böyük Qayıdışa: YAP-ın tarixi missiyası

VIII Qurultaydan yeni strateji hədəflərə doğru

SITA və tərəfdaşları səyahətdə biometrik texnologiyalardan məsuliyyətli istifadə üçün koalisiya yaradıblar

Cəbrayılın yeni şəhər modeli

4 Oktyabr – Cəbrayıl şəhəri günü: Zəfərdən Böyük Qayıdışa uzanan yol

Vətənə sədaqətli xidmət nümunəsi

Azərbaycanın dayanıqlı iqtisadi inkişaf perspektivləri

Bakı qlobal investisiya platformasına çevrilir

"Azərbaycan-Türkiyə qardaşlığı əbədidir"

Anım Günündə şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram

ÖLDÜ VAR, DÖNDÜ YOXDUR…

Naxçıvan şəhər 10 nömrəli məktəbdə şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

“İSLAMDA QİDA MƏDƏNİYYƏTİ” – QİDA, SAĞLAMLIQ VƏ MƏNƏVİ DƏYƏRLƏRİN KƏSİŞMƏSİNDƏ YAZILMIŞ KİTAB

Vətən müharibəsi və şanlı Qələbə

Bir şəhidin anası, min qəhrəmanın doğması – Gülşad anamıza doğum günü təbriki…

"Məqsədim Çin, Rusiya, Xəzər regionu və Mərkəzi Asiya arasında fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu qurmaqdır"

Azərbaycan sənayesinin yeni dayağı: dağ-mədən və metallurgiya

İsrailin Or Yehuda şəhərinin meri “Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən təltif edilib

AMEA-da Jalə Cəfərovanın “Nə yaxşı ki, atam sənsən” kitabının təqdimatı keçirilib

Bütün xəbərlər