BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

20 noyabr Azərbaycan tarixində mühüm günlərdən biridir. Bu tarix Ağdam şəhərinin işğaldan azad edilməsi, tarixi ədalətin bərpası və Qarabağda yeni quruculuq mərhələsinin başlanması ilə əlamətdardır. Uzun illər erməni işğalı altında qalan, xarabalığa çevrilərək “Qafqazın Xirosiması” adlandırılan Ağdam bu gün özünün yeni inkişaf dövrünü yaşayır.
Ağdam qədim tarixi, zəngin mədəni irsi və strateji mövqeyi ilə Qarabağın mühüm yaşayış məskənlərindən biridir. 1930-cu ildə rayon statusu alan Ağdamın adı ilə bağlı müxtəlif etimoloji izahlar mövcuddur. Onun tarixi keçmişi isə minilliklərə gedib çıxır. Üzərriktəpədə aparılan arxeoloji tədqiqatlar burada qədim yaşayış məskənlərinin, əkinçilik və sənətkarlıq mədəniyyətinin mövcudluğunu təsdiqləyir. Pənahəli xanın imarəti, Şahbulaq qalası, Ağdam Cümə məscidi və digər tarixi abidələr bölgənin zəngin irsinin nümunələridir.
1993-cü il iyulun 23-də Ağdam rayonunun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində şəhər və onlarla kənd dağıdıldı, yaşayış evləri, məktəblər, mədəniyyət müəssisələri və sənaye obyektləri talan edildi. Yüz minlərlə insan doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. BMT Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü il tarixli 853 saylı qətnaməsində işğalçı qüvvələrin Ağdam və digər işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunsa da, bu qərar uzun illər icrasız qaldı.

Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər Ağdamın taleyində də dönüş nöqtəsi oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Bununla da şəhərin yenidən qurulması və sakinlərin doğma torpaqlarına qayıdışı üçün tarixi imkan yarandı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş Plan təsdiqləndi, müasir yaşayış məhəllələrinin, sosial obyektlərin və nəqliyyat infrastrukturunun yaradılması istiqamətində ardıcıl layihələr həyata keçirildi. Ağdam Sənaye Parkının fəaliyyəti bölgənin iqtisadi potensialının bərpasına, yeni iş yerlərinin açılmasına və sahibkarlığın inkişafına mühüm töhfə verir.
Dəmir yolu və Avtovağzal Kompleksi, Muğam Mərkəzi, məktəblər, xəstəxana, hotel kompleksləri və digər obyektlər yeni Ağdamın simasını formalaşdırır. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində yaşayışın bərpası, şəhərə və kəndlərə mərhələli köçün davam etməsi Böyük Qayıdışın real nəticələridir.
Bu gün Ağdam yalnız yenidən qurulan şəhər deyil, həm də Azərbaycanın iqtisadi qüdrətinin, milli iradəsinin və tarixi Zəfərinin təcəssümüdür. Xarabalıqlar üzərində yüksələn müasir şəhər keçmişlə gələcək arasında körpü yaradır. 20 noyabr isə Ağdamın azadlığını, dirçəlişini və yenidən həyatla dolan küçələrini simvolizə edən əlamətdar tarix kimi yadda qalır.

Ruhiyyə Əhmədova, şəhid anası

Son xəbərlər

İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrası yekunlaşıb

Ağdam – Zəfərin, dirçəlişin və Böyük Qayıdışın ünvanı

Ağdam bu gün Azərbaycanın siyasi qətiyyətinin və quruculuq əzminin təcəssümüdür

Regionun ən güclü siyasi partiyası

YAP Səbail rayon təşkilatı partiyanın yaranmasının 34-cü ildönümünü qeyd edib -FOTOLAR

"Region gənclərinin fəal iştirakçılığı və ictimai liderlik proqramı" - FOTOLAR

OBS Global Organised World Trade Expo and Trade Excellence Award in Dubai

Azərbaycan–Böyük Britaniya tərəfdaşlığı: siyasi dialoqdan qlobal əməkdaşlığa

İqtisadi əlaqələr və investisiya perspektivləri

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı və eyniadlı sərgi keçirilib

Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Məhsəti Hüseynova “İstanbul Culinary Cup 2026” beynəlxalq tədbirində Azərbaycanın milli mətbəxinin qorunması və təbliği ilə bağlı çıxış edib

ABD VE İSRAİL’İ SAVUNAN ELLER NEREDE? TÜRKİYE-AZERBAYCAN KARDEŞLİĞİNE UZANAN ELLERİ DE GÖRELİM!

ŞEYX SƏLAHƏDDİN ÖZGÜNDÜZÜN LİDERLİYİ VƏ MƏNƏVİ DƏSTƏYİ İLƏ İSTANBULDA QARABAĞ ZƏFƏRİNƏ BÖYÜK EHTİRAM

Nihatın yardıma ehtiyacı var – Ana imkanlı şəxslərdən kömək istəyir

Konstitusiya – güclü dövlətin və hüquqi cəmiyyətin təməl prinsipi

Ana Qanunumuz:müasir dövrün ən mütərəqqi Konstitusiyası

Üçrəngli bayrağımız, müstəqil Azərbaycanın dünyaya açılan qürur rəmzi

Üçrəngli bayrağımız, müstəqil Azərbaycanın dünyaya açılan qürur rəmzi

Bayrağa ehtiram – dövlətə və Vətənə sədaqət

44 günlük Vətən müharibəsi – tarixi ədalətin təntənəsi

Şuşa Zəfəri gələcək nəsillərə örnəkdir

“Miss Mister Kids Of Azerbaijan” Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

“Azərbaycan Gözəli – 2026” Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

Bayraq bir dövlətin dünyaya təqdim etdiyi milli imzasıdır

Zəfərə aparan yol: Milli iradənin, birliyin və dövlət qüdrətinin təntənəsi

Şuşa – Zəfərin zirvəsi, milli qürurumuzun rəmzi

Binəqədidə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib

Bütün xəbərlər