BAKU Azərbaycan
9.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Noyabrın 14-də Xətai Sənət Mərkəzində görkəmli Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin vəfatının 115-ci ildönümünə həsr olunmuş “Sabirin sözü, zamanın gözü” adlı kitabın təqdimat mərasimi və eyniadlı sərginin açılışı keçirilib. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, elm adamları, ziyalılar, QHT və media nümayəndələri, tələbə və gənclər iştirak ediblər.

“Sabirin sözü, zamanın gözü” adlı layihə çərçivəsində Mirzə Ələkbər Sabir Fondu tərəfindən hazırlanan nəşr şairin zəngin ədəbi irsinə həsr olunmaqla yanaşı, onun yaradıcılığının Azərbaycan təsviri sənətində yaratdığı bədii əks-sədaları özündə birləşdirir.

Tədbirdə çıxış edən Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli bildirib ki, “Sabirin sözü, zamanın gözü” kitabı şairin ölməz irsinə müxtəlif dövrlərdə rəssamların fırçasından süzülən bədii baxışları əks etdirən dəyərli sənət toplusudur. Nəşrdə 1906-cı ildən bu günə qədər müxtəlif illərdə tanınmış rəssamlar tərəfindən Mirzə Ələkbər Sabirin şeirlərinə çəkilmiş illüstrasiyalar, qrafik əsərlər və digər vizual materiallar bir araya gətirilib.

Qeyd olunub ki, uzun illər ərzində müxtəlif kitabların səhifələrində, dövri mətbuatda pərakəndə şəkildə qorunub saxlanılan, yaxud ayrı-ayrı nəşrlərdə yalnız qismən təqdim olunan bu bədii irs ilk dəfə sistemli şəkildə toplanaraq ümumiləşdirilib. Nəşr yalnız Sabirin yaradıcılığını deyil, həm də müxtəlif nəsil Azərbaycan rəssamlarının onun poeziyasına münasibətini, şairin əsərlərindəki ictimai motivlərin və satirik düşüncənin təsviri sənətdə təcəssümünü izləmək baxımından mühüm əhəmiyyət daşıyır.

Sevda Tahirli vurğulayıb ki, layihənin əsas məqsədlərindən biri Sabir irsinin daha geniş auditoriyaya çatdırılması, şairin yaradıcılığının müxtəlif sənət sahələri ilə əlaqəsinin nümayiş etdirilməsi, eyni zamanda, onun əsərlərinə çəkilmiş illüstrasiyaların qorunması və gələcək nəsillərə ötürülməsidir.

Kitabın təqdimatı ilə yanaşı, nəşrdə yer alan illüstrasiya və qrafik əsərlərdən ibarət eyniadlı sərgi də nümayiş olunub. Sərgi ziyarətçilərə Sabir poeziyasının rəssam təxəyyülündə qazandığı müxtəlif bədii ifadə formaları ilə tanış olmaq, şairin satirik fikirlərinin və obrazlarının təsviri sənətdə necə canlandırıldığını görmək imkanı yaradıb.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  Müşahidə Şurasının sədri Fuad Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar təşkilatının sədri, kitabın redaktoru, şair Faiq Balabəyli, tanınmış ədəbiyyatşünas alim, filologiya üzrə fəlsəfə doktoru, Bakı Avrasiya Universitetinin dosenti Seyfəddin Altaylı, kitabda əsərləri yer alan yeganə xanım rəssam Vəfa Allahyarova kitab və sərgi ilə bağlı öz fikir və mülahizələrini bölüşərək, həyata keçirilən layihənin əhəmiyyətini, əldə olunan nəticələri diqqətə çatdırıblar. Çıxış edənlər Mirzə Ələkbər Sabirin Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixindəki müstəsna  rolundan bəhs ediblər. Qeyd olunub ki, şairin yaradıcılığı öz dövrünün ictimai-sosial problemlərini əks etdirməklə yanaşı, bu gün də aktuallığını qoruyur, cəmiyyəti düşünməyə,maariflənməyə və milli-mənəvi dəyərlərə sahib çıxmağa çağırır. Çıxışlarda belə layihələrin görkəmli ədiblərin irsinin yaşadılması, ədəbiyyatla təsviri sənət arasında əlaqələrin möhkəmləndirilməsi, xüsusilə gənc nəslin milli-mədəni irsə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.Həmçinin kitabın və sərginin Sabir yaradıcılığının yeni aspektlərdən tanıdılmasına, onun bədii irsinin gələcək nəsillərə ötürülməsinə dəyərli töhfə olduğu bildirilib.

Təqdimat və sərgi Azərbaycan ədəbiyyatı ilə təsviri sənət arasında mövcud olan yaradıcı əlaqələrin nümayişi, milli mədəni irsin təbliği və Mirzə Ələkbər Sabirin zəngin yaradıcılığının müasir dövrdə də aktual olduğunu bir daha diqqətə çatdırmaq baxımından əlamətdar hadisə olub.

Qeyd edək ki, “Sabirin sözü, zamanın gözü” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

 

       

  

Son xəbərlər

İqtisadi əlaqələr və investisiya perspektivləri

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı və eyniadlı sərgi keçirilib

Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Məhsəti Hüseynova “İstanbul Culinary Cup 2026” beynəlxalq tədbirində Azərbaycanın milli mətbəxinin qorunması və təbliği ilə bağlı çıxış edib

ABD VE İSRAİL’İ SAVUNAN ELLER NEREDE? TÜRKİYE-AZERBAYCAN KARDEŞLİĞİNE UZANAN ELLERİ DE GÖRELİM!

ŞEYX SƏLAHƏDDİN ÖZGÜNDÜZÜN LİDERLİYİ VƏ MƏNƏVİ DƏSTƏYİ İLƏ İSTANBULDA QARABAĞ ZƏFƏRİNƏ BÖYÜK EHTİRAM

Nihatın yardıma ehtiyacı var – Ana imkanlı şəxslərdən kömək istəyir

Konstitusiya – güclü dövlətin və hüquqi cəmiyyətin təməl prinsipi

Ana Qanunumuz:müasir dövrün ən mütərəqqi Konstitusiyası

Üçrəngli bayrağımız, müstəqil Azərbaycanın dünyaya açılan qürur rəmzi

Üçrəngli bayrağımız, müstəqil Azərbaycanın dünyaya açılan qürur rəmzi

Bayrağa ehtiram – dövlətə və Vətənə sədaqət

44 günlük Vətən müharibəsi – tarixi ədalətin təntənəsi

Şuşa Zəfəri gələcək nəsillərə örnəkdir

“Miss Mister Kids Of Azerbaijan” Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

“Azərbaycan Gözəli – 2026” Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

Bayraq bir dövlətin dünyaya təqdim etdiyi milli imzasıdır

Zəfərə aparan yol: Milli iradənin, birliyin və dövlət qüdrətinin təntənəsi

Şuşa – Zəfərin zirvəsi, milli qürurumuzun rəmzi

Binəqədidə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib

225 nömrəli məktəbdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın 13 Milli Qəhrəmanı Prezidentə müraciət edib

“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

“ZƏFƏR SALNAMƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirildi

Qürur mənbəyi, and yerimiz Azərbaycan Bayrağı

Samir Vəliyev:“AIREX 2026” beynəlxalq daşınmaz əmlak sərgisi mühüm platformadır

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Bütün xəbərlər