BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər var ki, onlar təkcə təqvimdə bir tarix deyil, milli yaddaşımızın, qürurumuzun və dövlətçilik salnaməmizin ayrılmaz hissəsinə çevrilir. 8 Noyabr – Şuşa şəhəri günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün xalqımız üçün azadlığın, tarixi ədalətin bərpasının, milli birliyin və sarsılmaz iradənin təcəssümüdür. Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın azadlığına qovuşması ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcını qoydu.

Qarabağ Zəfərinə aparan yolun təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun müəyyənləşdirdiyi dövlətçilik strategiyası, milli maraqlara əsaslanan siyasət və güclü dövlət quruculuğu sonrakı illərdə Azərbaycanın hərtərəfli inkişafı üçün möhkəm zəmin yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs uğurla davam etdirildi, ölkəmizin iqtisadi və hərbi potensialı əhəmiyyətli dərəcədə gücləndirildi. Ordumuz ən müasir silah və texnika ilə təchiz edildi, hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Bütün bunlar Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən tarixi qələbənin əsasını təşkil etdi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın azadlıq və ədalət uğrunda mübarizəsinin həlledici mərhələsi oldu. 44 gün davam edən müharibədə Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi. Bu tarixi mübarizənin ən mühüm və həlledici məqamlarından biri isə noyabrın 8-də Şuşanın azad olunması idi.

Şuşa əməliyyatı hərb tariximizin ən möhtəşəm səhifələrindən biri kimi yadda qaldı. Mürəkkəb relyefə, sıldırım qayalara və çətin keçidlərə baxmayaraq, Azərbaycan əsgərləri böyük şücaət göstərərək düşmənin müdafiə mövqelərini yarıb şəhərə daxil oldular. Ağır silah və texnikadan istifadə imkanlarının məhdud olduğu şəraitdə həyata keçirilən bu əməliyyat hərbçilərimizin yüksək döyüş ruhunu, vətənpərvərliyini və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Şuşanın azad edilməsi ilə Vətən müharibəsində qələbənin taleyi, əslində, həll olundu.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciəti hər bir azərbaycanlının yaddaşına əbədi həkk olundu. Dövlət başçısının “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” sözləri uzun illər doğma yurdlarından ayrı düşmüş milyonlarla insanın arzusunun gerçəkləşdiyini bəyan etdi. Bu qələbə yalnız hərbi uğur deyil, həm də xalqımızın milli iradəsinin, birliyinin və dövlətimizin qüdrətinin təntənəsi idi.

Şuşanın azad edilməsindən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr – işğaldan azad edilmiş ərazilərin bərpası, tarixi-mədəni irsin qorunması və doğma torpaqlara qayıdışın təmin edilməsi kimi mühüm hədəflər dayandı. Dövlət başçısının rəhbərliyi ilə bu istiqamətdə genişmiqyaslı işlərə başlanıldı. 2021-ci il yanvarın 14-də Şuşada Azərbaycan Bayrağının ucaldılması şəhərin azadlığının və dövlət suverenliyinin rəmzi kimi xüsusi əhəmiyyət daşıdı.

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi də şəhərin tarixi və mənəvi dəyərinə verilən yüksək qiymətin ifadəsi oldu. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Həmin ilin mayın 31-də qəbul edilmiş “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun isə şəhərin qorunması, bərpası, öyrənilməsi və inkişafı istiqamətində hüquqi və təşkilati əsasları müəyyənləşdirdi. 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunması bu qədim şəhərə göstərilən dövlət qayğısının növbəti təzahürü idi.

Şuşanın beynəlxalq miqyasda qazandığı nüfuz da onun zəngin mədəni irsinin və Azərbaycanın dünyada artan mövqeyinin göstəricisidir. Şəhərin 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı, 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi Şuşanın beynəlxalq mədəni və turizm məkanında mövqeyini daha da möhkəmləndirmişdir. Bu statuslar eyni zamanda Azərbaycanın tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Şuşanın dirçəldilməsi prosesi yalnız infrastrukturun yenilənməsi ilə məhdudlaşmır. Burada əsas məqsəd şəhərin tarixi simasını qorumaq, milli-mədəni irsini gələcək nəsillərə çatdırmaq və onu müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirməkdir. İşğal dövründə ciddi dağıntılara məruz qalmış tarixi abidələrin bərpası bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstlərinin əvvəlki yerlərinə qaytarılması, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin, Şirin su hamamının, məscidlərin və digər tarixi-memarlıq abidələrinin bərpası milli yaddaşımızın özünə qaytarılması deməkdir.

Şəhərdə müasir infrastrukturun yaradılması istiqamətində də mühüm layihələr həyata keçirilir. Şuşanı digər yaşayış məntəqələri ilə birləşdirən 101 kilometrlik Zəfər Yolunun salınması, yaşayış komplekslərinin, məktəblərin, səhiyyə və xidmət obyektlərinin inşası şəhərin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. 2024-cü il oktyabrın 21-də Şuşanın 2040-cı ilədək inkişafına dair Baş planın təsdiq edilməsi isə şəhərin uzunmüddətli və sistemli inkişafını nəzərdə tutan mühüm addım oldu. Baş planda Şuşanın tarixi memarlıq quruluşunun və təbii landşaftının qorunması, müasir sosial infrastrukturun yaradılması əsas prinsiplər kimi müəyyənləşdirilmişdir.

Bütün bu işlərin ən mühüm nəticəsi isə doğma sakinlərin Şuşaya qayıdışıdır. Uzun illər həsrətlə gözlənilən Böyük Qayıdış artıq reallığa çevrilmişdir. 2026-cı il oktyabrın 23-nə olan məlumata əsasən, Şuşa şəhərində 377 ailə olmaqla 1411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə olmaqla 90 nəfər məskunlaşmışdır. Ümumilikdə, 420 ailənin, 1579 nəfərin doğma yurdlarına qayıtması azad Şuşanın həyatına yeni nəfəs gətirmişdir.

Şuşa bu gün yalnız Azərbaycanın deyil, bütövlükdə regionun mühüm siyasi, mədəni və diplomatik mərkəzlərindən birinə çevrilməkdədir. Burada keçirilən beynəlxalq tədbirlər, musiqi festivalları, mədəniyyət günləri və yüksək səviyyəli görüşlər şəhərin əvvəlki şöhrətinin bərpasına xidmət edir. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, Şuşa Qlobal Media Forumları və Türk Dövlətləri Təşkilatının Zirvə görüşü kimi tədbirlər şəhərin beynəlxalq əhəmiyyətini daha da artırır. Bu gün Şuşa həm Azərbaycanın zəngin mədəni irsini dünyaya təqdim edir, həm də ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verir.

Şuşanın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və Azərbaycan xalqının nümayiş etdirdiyi misilsiz həmrəylik heç vaxt unudulmayacaq. Bu gün Şuşanın hər bir küçəsində, hər bir tarixi abidəsində və dalğalanan üçrəngli bayrağımızda həmin qəhrəmanlığın izləri yaşayır.

Əminliklə demək olar ki, Şuşanın azadlığı Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Bu şəhər artıq yalnız keçmişin xatirələrini yaşadan tarixi məkan deyil, həm də müasir Azərbaycanın gücünü, milli birliyini və gələcəyə inamını nümayiş etdirən rəmzdir. Şuşanın yenidən qurulması, dirçəldilməsi və sakinlərinin doğma yurda qayıdışı dövlətimizin qarşıya qoyduğu məqsədlərin ardıcıl şəkildə reallaşdırıldığını təsdiqləyir.

8 Noyabr – Şuşa şəhəri günü hər bir azərbaycanlı üçün qürur və fəxarət günüdür. Bu əlamətdar tarix bizə bir daha xatırladır ki, milli birlik, güclü dövlətçilik və sarsılmaz iradə qarşıya qoyulan ən böyük hədəflərə çatmağın əsas şərtidir. Şuşa azaddır, Şuşa dirçəlir və əbədi olaraq Azərbaycanın ayrılmaz parçası kimi öz tarixi şöhrətini yaşadır!

 

İlham Qayıbzadə-Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialının sədri

Son xəbərlər

44 günlük Vətən müharibəsi – tarixi ədalətin təntənəsi

Şuşa Zəfəri gələcək nəsillərə örnəkdir

“Miss Mister Kids Of Azerbaijan” Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

“Azərbaycan Gözəli – 2026” Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

Bayraq bir dövlətin dünyaya təqdim etdiyi milli imzasıdır

Zəfərə aparan yol: Milli iradənin, birliyin və dövlət qüdrətinin təntənəsi

Şuşa – Zəfərin zirvəsi, milli qürurumuzun rəmzi

Binəqədidə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib

225 nömrəli məktəbdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın 13 Milli Qəhrəmanı Prezidentə müraciət edib

“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

“ZƏFƏR SALNAMƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirildi

Qürur mənbəyi, and yerimiz Azərbaycan Bayrağı

Samir Vəliyev:“AIREX 2026” beynəlxalq daşınmaz əmlak sərgisi mühüm platformadır

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

Bütün xəbərlər