BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

 Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 25 oktyabr Qubadlı şəhərinin azad edildiyi və xalqımızın tarixi Zəfər salnaməsinə qızıl hərflərlə yazılmış gündür. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mühüm mərhələsini, xalqımızın birliyini, ordumuzun gücünü və qəhrəmanlığını təcəssüm etdirir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

 Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşən Qubadlı rayonu özünəməxsus təbiəti, zəngin təbii ehtiyatları, münbit torpaqları və qədim yaşayış məskənləri ilə seçilir. 802 kvadratkilometr ərazini əhatə edən rayonun coğrafi mövqeyi, Həkəri və Bərgüşad çayları boyunca uzanan kəndləri, dağlıq və meşəlik sahələri burada özünəməxsus təsərrüfat ənənələrinin formalaşmasına şərait yaradıb. İşğaldan əvvəl Qubadlıda əkinçilik və heyvandarlıq iqtisadiyyatın əsas istiqamətlərini təşkil edirdi. Taxılçılıq, üzümçülük, tütünçülük və bostançılıq rayon əhalisinin məşğulluğunda mühüm rol oynayırdı. “Yazı düzü”, “Gəyən” və “Məzrə” kimi məhsuldar ərazilər kənd təsərrüfatının inkişafına töhfə verirdi. Rayonun meşələri, təbii dərman bitkiləri və faydalı qazıntı yataqları da onun iqtisadi potensialını artırırdı. Qubadlı yalnız təbii sərvətləri ilə deyil, həm də sakinlərinin zəhmətkeşliyi, el-obaya bağlılığı və zəngin mənəvi irsi ilə Azərbaycan torpağının ayrılmaz parçasıdır.

 1988-ci ildən etibarən Qubadlı rayonu ağır hücumlara və təcavüzə məruz qaldı. Ermənistanla sərhəddə yerləşməsi səbəbindən rayon uzun müddət hərbi təhdid altında yaşadı. 1993-cü il avqustun 31-də Qubadlı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bununla da minlərlə insan doğma evini, torpağını və illərlə qurduğu həyatını tərk etmək məcburiyyətində qaldı.

 İşğal nəticəsində 29 997 nəfər məcburi köçkün vəziyyətinə düşdü. Rayonun yaşayış məntəqələri, fərdi evləri, məktəbləri, mədəniyyət ocaqları, məscidləri və digər infrastruktur obyektləri dağıdıldı, təsərrüfat həyatı iflic vəziyyətinə düşdü. Vaxtilə insanların gündəlik həyatının ayrılmaz hissəsi olan kəndlər və şəhər məkanları xarabalığa çevrildi. Bununla belə, qubadlılıların doğma yurda qayıtmaq ümidi heç vaxt sönmədi. Vətən həsrəti illər boyu yaşadı, qayıdış arzusu nəsildən-nəslə ötürüldü. Azərbaycan xalqı ərazi bütövlüyünün bərpası inamını qorudu.

 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda tarixi mərhələ oldu. Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, peşəkarlığı və qəhrəmanlığı sayəsində düşmənin müdafiə mövqelərini ardıcıl şəkildə yarıb irəlilədi. Qubadlı şəhərinin azad edilməsi mürəkkəb hərbi əməliyyat nəticəsində mümkün oldu. Şəhər ətrafındakı strateji yüksəkliklərin və yaşayış məntəqələrinin nəzarətə götürülməsi əməliyyatın uğurunda mühüm rol oynadı. Azərbaycan hərbçilərinin fədakarlığı və qətiyyəti sayəsində 25 oktyabr 2020-ci ildə Qubadlı şəhəri işğaldan azad edildi.

Bu qələbə 44 günlük Vətən müharibəsinin gedişinə əhəmiyyətli təsir göstərdi və Azərbaycanın tarixi Zəfərə doğru irəliləyişini daha da sürətləndirdi. Noyabrın 9-dək Qubadlı şəhəri ilə yanaşı, rayonun 41 kəndi də azad edildi. Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edən və şəxsi igidlik göstərən hərbi qulluqçuların xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi.

 Qubadlının azad olunması ilə rayonun həyatında yeni mərhələ başlandı. İndi əsas məqsəd dağıdılmış yaşayış məntəqələrinin bərpası, müasir infrastrukturun yaradılması və doğma torpaqlarından didərgin düşmüş sakinlərin təhlükəsiz və layiqli şəkildə geri qayıtmasının təmin edilməsidir. 2021-ci il oktyabrın 25-də 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının istifadəyə verilməsi rayonun enerji təminatının gücləndirilməsi baxımından mühüm addım oldu. Elektrik şəbəkəsinin genişləndirilməsi və fiber-optik rabitə infrastrukturunun yaradılması gələcək inkişaf üçün zəruri zəmin formalaşdırır.

 Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi də bu istiqamətdə strateji əhəmiyyət daşıyır. Şəhərdə ilk yaşayış məhəlləsinin tikintisi, Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması, yeni avtomobil yollarının inşası rayonun gələcəyinə hesablanmış genişmiqyaslı işlərin tərkib hissəsidir. Bu layihələr yalnız binaların və yolların tikintisi demək deyil. Onlar uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların geri dönüşünə, sosial həyatın canlanmasına, iqtisadi fəaliyyətin bərpasına və yeni iş yerlərinin yaranmasına xidmət edir.

 Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib və 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub. Bu qərar tarixi Zəfərin əbədiləşdirilməsi, şəhidlərin xatirəsinin yaşadılması və gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanması baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Qubadlıya səfərləri şəhərin tarixində mühüm hadisələrlə yadda qalıb. 2020-ci il dekabrın 23-də dövlət başçısı Qubadlı şəhərində Azərbaycan Bayrağını ucaldaraq xalqımızın tarixi Zəfərini və dövlət suverenliyini təcəssüm etdirən rəmzi bir an yaşatdı. 2021-ci il oktyabrın 25-də, şəhərin azad edilməsinin birinci ildönümündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıya səfər edərək Xanlıq–Qubadlı avtomobil yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etdilər. 2022-ci il oktyabrın 19-da su anbarlarının layihələri ilə tanışlıq, enerji və rəqəmsal infrastrukturla bağlı tədbirlər, 2023-cü il mayın 4-də isə şəhərin ilk yaşayış məhəlləsinin, inzibati binanın, məktəbin və Mərkəzi Xəstəxananın, eləcə də Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməllərinin qoyulması Qubadlının bərpasına verilən xüsusi önəmi göstərdi. Bu səfərlər azadlığın quruculuqla möhkəmləndirilməsinin, doğma yurda qayıdışın və rayonun gələcək inkişafının ardıcıl şəkildə həyata keçirildiyinin bariz nümunəsidir.

 Qubadlı şəhəri günü həm də böyük bir həqiqəti xatırladır: torpağa bağlılıq, milli birlik və azadlıq iradəsi xalqın ən böyük gücüdür. Bu gün Qubadlıda aparılan bərpa və quruculuq işləri Azərbaycanın qələbədən sonra yaratdığı yeni reallığın parlaq nümunəsidir. 25 oktyabr yalnız bir şəhərin azad edildiyi gün deyil. Bu tarix doğma yurda qayıdışın, ümidlərin gerçəkləşməsinin və gələcəyə inamın rəmzidir. Qubadlı yenidən qurulur, dirçəlir və öz sakinlərini qarşılamağa hazırlaşır. Onun hər yeni binasında, salınan yolunda və bərpa edilən kəndində Azərbaycan xalqının əzmi, iradəsi və Zəfər ruhu yaşayır.

 

 

Zenfira Nurullayeva

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Son xəbərlər

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Füzuli Zəfərdən dirçəlişə -qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

Füzuli Zəfərdən dirçəlişə -qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

Yevlaxda “İnam, inkişaf və Zəfər yolu” adlı tədbir keçirilib

Azərbaycan və Laos arasında münasibətlər dərinləşir

Azərbaycan–Laos münasibətləri: dostluqdan strateji əməkdaşlığa doğru yeni imkanlar

İctimai Şuranın üzvləri Binəqədidə millət vəkili Azay Quliyevlə görüşüblər

“Azərbaycan Gözəli”nə yerli seriallardan təkliflər gəlib

Ceyhun Aşurov “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək” İctimai Birliyinə (AHTTSA) yeni sədr seçildi-FOTO

Azərbaycan–Kamboca münasibətləri: qarşılıqlı etimad və əməkdaşlığın yeni perspektivləri

Azərbaycan–Kamboca münasibətlərində iqtisadi əməkdaşlığın prioritetləri

Bütün xəbərlər