BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

 “Gənclərin Töhfəsi” İctimai Birliyinin nümayəndə heyətinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə sentyabrın 5-dən 9-dək İsrail Dövlətinə səfəri çərçivəsində bir sıra görüşlər və mədəni-humanitar istiqamətli tədbirlər həyata keçirilib. Səfərin əsas məqsədlərindən biri Azərbaycanla İsrail arasında gənclər, mədəniyyət və ictimai diplomatiya sahələrində əlaqələrin inkişafına töhfə vermək, ölkəmizin tarixi, milli-mədəni irsi və müasir inkişafı barədə məlumatların İsrail ictimaiyyətinə çatdırılması olub.

Səfər çərçivəsində “Gənclərin Töhfəsi” İctimai Birliyi adından İsrailin Or Yehuda şəhərinin meri Liat Şohata da “Gənclərin Töhfəsi” İctimai Birliyi adından təşəkkürnamə və xatirə suveniri təqdim olunub.

Səfərin diqqətçəkən məqamlarından biri isə Or Yehuda şəhər meriyasının kitabxanasına Azərbaycanla bağlı müxtəlif mövzularda nəşrlərin hədiyyə edilməsi olub. Kitabxananın fonduna təqdim edilən nəşrlər arasında Azərbaycan xalqının tarixi və milli-mənəvi dəyərlərini, zəngin mədəni irsini, milli mətbəxini və müasir inkişafını əks etdirən kitablarla yanaşı, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə, Qarabağ Zəfərinə və Xocalı soyqırımına həsr olunmuş nəşrlər də yer alıb. Kitablar əsasən ivrit və ingilis dillərində təqdim edilib. Nəşrlərin kitabxanaya hədiyyə edilməsi Azərbaycanın tarixi və mədəniyyəti haqqında məlumatların İsrail ictimaiyyətinə daha geniş şəkildə çatdırılması, həmçinin iki ölkə arasında mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Təqdimat və digər təşkilati məsələlər Or Yehuda şəhərinin merinin müavini Janna Koenin (Jana Cohen) vasitəçiliyi və dəstəyi ilə həyata keçirilib.

Azərbaycan nümayəndə heyəti tərəfindən göstərilən diqqətə görə minnətdarlığını bildirən Liat Şohat təqdim olunan təşəkkürnamə və hədiyyəni yüksək qiymətləndirib. Mer Liat Şohat Azərbaycan və İsrail arasında mövcud dostluq və əməkdaşlıq münasibətləri, xalqlar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyəti, xüsusilə gənclər və mədəniyyət sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Mer Liat Şohat kitabların şəhər kitabxanasına hədiyyə edilməsinə görə də təşəkkürünü ifadə edib. O, nəşrlərin Or Yehuda sakinlərinin Azərbaycan haqqında daha ətraflı məlumat əldə etməsinə, ölkələr və xalqlar arasında qarşılıqlı tanıma və mədəni əlaqələrin güclənməsinə imkan yaradacağını qeyd edib.

Liat Şohat Azərbaycan nümayəndə heyətinin səfərini və həyata keçirilən təşəbbüsləri yüksək qiymətləndirərək, bu kimi layihələrin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, qarşılıqlı səfərlərin, gənclər arasında əlaqələrin, mədəni tədbirlərin və kitabxanalararası əməkdaşlığın genişləndirilməsi Azərbaycan və Or Yehuda arasında mövcud münasibətlərin daha da inkişafına xidmət edə bilər.

Or Yehuda şəhərinin meri gələcəkdə Azərbaycanla bağlı mədəni təqdimatların, gənclər üçün birgə layihələrin, qarşılıqlı səfərlərin və müxtəlif ictimai təşəbbüslərin keçirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildirib.

“Gənclərin Töhfəsi” İctimai Birliyinin nümayəndələri bildiriblər ki, bu cür təşəbbüslər yalnız mədəniyyətlərin tanıdılması baxımından deyil, eyni zamanda insanlar və gənclər arasında qarşılıqlı anlaşma və əlaqələrin gücləndirilməsi baxımından da əhəmiyyət daşıyır.

Səfər çərçivəsində həyata keçirilən görüş və tədbirlər Azərbaycanın milli-mədəni irsinin, tarixinin və müasir reallıqlarının beynəlxalq platformalarda tanıdılması istiqamətində ictimai təşəbbüslərin davam etdirilməsinə xidmət edib.

Səfərin yekunları göstərir ki, Azərbaycan və İsrail arasında mövcud münasibətlərin ictimai və mədəni müstəvidə inkişaf etdirilməsi üçün gənclər təşkilatlarının, yerli icmaların və mədəniyyət müəssisələrinin iştirakı ilə yeni layihələrin həyata keçirilməsi üçün imkanlar mövcuddur.

Qeyd edək ki, “Gənclərin Töhfəsi” İctimai Birliyinin nümayəndələrinin İsrailə səfəri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə təşkil olunub.

 

 

 

Son xəbərlər

Binəqədidə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib

225 nömrəli məktəbdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın 13 Milli Qəhrəmanı Prezidentə müraciət edib

“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

“ZƏFƏR SALNAMƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirildi

Qürur mənbəyi, and yerimiz Azərbaycan Bayrağı

Samir Vəliyev:“AIREX 2026” beynəlxalq daşınmaz əmlak sərgisi mühüm platformadır

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Bütün xəbərlər