BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində İslam dünyasının mötəbər mütəfəkkiri, görkəmli azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş Birinci Beynəlxalq elmi-praktiki konfrans işini bu gün də davam etdirir.

Məlumunuz olduğu kimi, “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda Birinci Beynəlxalq konfransın həmtəşkilatçıları Qafqaz Müsəlmanları İdarəsi və TDT ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası, İSESKO, İRSİKA, Müsəlman Ağsaqqalları Şurasıdır. Konfransda Seyyid Yəhya Bakuvinin fəlsəfi irsində mötədil İslam nəzəriyyəsi və Türk dünyasının mənəvi inteqrasiyasındakı yeri, Avrasiya və Qafqaz xalqlarının mənəvi inkişafında Bakuvi təsəvvüf məktəbinin rolu, Qlobal təsirlər fonunda, qadın haqları və gənclərin mənəvi maariflənməsi sahəsində Bakuvi nəzəriyyəsi, ənənəvi məktəblər, müasir və innovativ metodlar, Bakuvi irsinin insan qardaşlığı və multikulturalizm ideyalarının yayılmasına töhfələri, Bakuvinin ekstremizm, ksenofobiya və separatizm ideyalarına qarşı mötədil İslam təfəkkürü mövzuları ətrafında çıxışlar dinlənilir, müzakirələr aparılır.

Tədbirdə Azərbaycanın və türk-islam dünyasının zəngin dini-mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti də qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev konfrans iştirakçıları ilə görüşündə işğal dövründə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb. 65 məscidin Ermənistan dövləti tərəfindən tam dağıdıldığını, bəzilərinin yarıdağılmış vəziyyətdə olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Yəqin ki, siz də o fotoları görmüsünüz, Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz saxlayırdı, inək saxlayırdı. Yəni bizi təhqir etmək, bizi aşağılamaq üçün, bizim həssaslığımızı dərk edərək, yəni qəsdən xalqımızı daha da incitmək üçün belə vəhşi əməllərdən də çəkinmədi. Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Bax, budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq”.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər məqam Azərbaycanla Ermənistan arasında sülh perspektivi ilə tarixi yaddaşın bir-birinə qarşı qoyulmamasıdır. Dövlət başçısı müharibənin dayandığını, sülh prosesinin getdiyini və Azərbaycanın sülhün uzunmüddətli olmasında maraqlı olduğunu bildirir. Bununla yanaşı, Xocalı faciəsinin, dağıdılmış məscidlərin və milli-mədəni irsə vurulmuş zərərin unudulmayacağını vurğulayır. Sözsüz ki, Azərbaycan sülh tərəfdarı olsa da, xalq öz keçmişini unutmayacaq. Bu yaddaş revanşist siyasət üçün deyil, gələcəkdə oxşar faciələrin təkrarlanmaması üçün bir xəbərdarlıq və təhlükəsizlik mexanizmidir. Dövlət başçısının sözləri ilə desək, məhz bu yaddaş Azərbaycanın ayıq olmasına və “şirin sözlərə” aldanmamasına xidmət etməlidir.

Dövlətimiz üçün əsas çağırış bundan sonra əldə edilmiş nəticələri qorumaq, Qarabağda davamlı həyatı təmin etmək və Ermənistanla münasibətlərdə sülhü möhkəmləndirməkdir. Bununla yanaşı, milli yaddaşın qorunması gələcək nəsillərə 30 illik işğalın nə demək olduğunu anlatmaq baxımından da strateji əhəmiyyət daşıyır.

 

 

Məlahət İbrahimova, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, “Tərəqqi” medalı təltifçisi

 

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər