BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Bildiyiniz kimi, Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərdə oldular. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər iştirak edirdi.

Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış oldular. Diplomatlara regionda həyata keçirilən sosial və iqtisadi infrastruktur layihələri, tarixi-mədəni irs obyektlərinin vəziyyəti, eləcə də onların qorunması və bərpası istiqamətində görülən işlər təqdim olunmuşdur.

Xüsusilə vurğulamaq istəyirəm ki, diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə-Qarabağa və Şərqi Zənəzura səfərləri çox böyük əhəmiyyətə malikdir. Əvvəllər də diplomatik korpus nümayəndələrinin azad olmuş ərazilərə səfərləri təşkil oldunmuşdur. Amma əvvəlki səfərlər zamanı erməni vəhşiliyinin, vandalizminin, Azərbaycan ərazilərinin dağıdılmasının, kütləvi şəkildə məhv edilməsinin göstərilməsi kimi xarakterizə olunurdusa, indiki səfərlərin mahiyyəti fərqlidir. İndi Azərbaycan dövlətinin həyata keçirdiyi abadlıq-quruculuq işləri, nəhəng infrastruktur, sosial obyektlərin inşaası ilə yanaşı Böyük Qaydış prosesinin başlanması və uğurla davam etdirilməsi kimi məsələlər var. Artıq Azərbaycan dövlətinin keçmiş məcburi köçkünləri öz ata-baba yurdlarına qaytarması, onların orada necə həvəslə, sevgi ilə məskunlaşması əlbəttə, diplomatik korpus nümayəndələrinin bu səfəri zamanı bir daha müşahidə olundu. Eyni zamanda azad olunmuş ərazilərdə fəaliyyət göstərən infrastruktur obyektləri, müasir sosial obyektlərin tikilməsi, yeni iş yerlərinin açılması, müəssisələrin, istehsalat sahələrinin fəaliyyətə başlaması və bu gün öz işini uğurla davam etdirməsi də xarici diplomatların gözləri ilə gördükləri bir mənzərə oldu. Hesab edirəm ki, diplomatların bu səfəri bütün istiqamətlərdə böyük əhəmiyyətə malikdir. Azərbaycan dövlətinin Qarabağın və Şərqi Zəngəzurun bərpa ediliməsi ilə bağlı öz iqtisadi imkanları ilə həyata keçirdiyi işlər bir daha diplomatik korpus nümayəndələrinə göstərildi.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi irimiqyaslı bərpa və quruculuq işləri, "Ağıllı kənd" layihələri, beynəlxalq hava limanları və yeni infrastruktur layihələri regionun simasını demək olar ki, tamamilə dəyişir. Bu sürətli inkişaf və torpaqların canlandırılması Ermənistandakı müəyyən revanşist qüvvələr və erməni diasporu tərəfindən çox vaxt qısqanclıq, narahatlıq və qarayaxma kampaniyaları ilə qarşılanır.

Həmişə sülhün tərəfində olan Azərbaycan da regionda sabitliyə, əmin-amanlığa çalışır. Təəssüflər olsun ki, Azərbaycan-Ermənistan sülh danışıqları müsbət məcrada davam etdiyi bir vaxtda Ermənistanda bu prosesi pozmaq istəyən qüvvələr də baş qaldırdı. Müşahidələr göstərir ki, sülh istəməyən belə qüvvələr yalnız Ermənistanın daxilində deyil, xaricində də mövcuddur. Ancaq regionun gələcəyi üçün bu gün Cənubi Qafqazda və Ermənistan-Azərbaycan münasibətlərində sülhdən başqa alternativ yoxdur. Azərbaycan və Ermənistan arasında Yekun Sülh Sazişinin imzalanması Cənubi Qafqazda yeni siyasi reallıqlar yaradacaq, radikal qüvvələrin isə bu reallıqda yeri olmayacaq.

 

 

İlham Qayıbzadə

Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialının sədri

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər