BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

 Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin “Cəfər Cabbarlı müasirimizdir” adlı layihəsinin fəaliyyət planına uyğun olaraq 31avqust 2026-cı il tarixində Bakı şəhərində, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının klassiki, dahi dramaturq Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı baş tutub. “Şekspir dramaturgiyası Cəfər Cabbarlı tərcüməsində” adlı kitabda oxucular ədibin Şekspirdən tərcümə etdiyi “Hamlet” və “Otello” faciələri ilə tanış olacaq, böyük sənətkarın tərcüməçilik fəaliyyəti haqqında, bədii tərcümə sənətinin inkişafı yolunda gördüyü əvəzsiz xidmətləri barədə maraqlı məlumatlar əldə edəcəklər.
“Cəfər Cabbarlı yaradıcılığı ədəbi cərəyanlar və mətnin çoxqatlılığı kontekstində” adlı digər irihəcmli monoqrafiya filologiya elmləri doktoru, professor Tahirə Məmmədin Cəfər Cabbarlı yaradıcılığına həsr olunmuş çoxillik elmi araşdırmalarının nəticələrini ehtiva edir. Monoqrafiyada müəllifin müxtəlif illərdə apardığı araşdırmalar sistemləşdirilmiş şəkildə bir araya gətirilərək Cəfər Cabbarlı yaradıcılığının bədii-estetik çoxqatlılığı və struktur xüsusiyyətləri təhlil olunub.
Hər iki kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Təqdimatda alimlər, mədəniyyət işçiləri, QHT nümayəndələri, təhsil və mətbuat işçiləri iştirak ediblər.
“Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İB-nın sədri, Cəfər Cabbarlı ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı qonaqları salamlayaraq layihə haqqında geniş məlumat verib və tədbiri açıq elan edib.
Çıxışçılar: AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, ADPU-nun prorektoru, professor Fikrət Rzayev, AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Leyla Məmmədova, ADPU-nun dosenti, əməkdar jurnalist Qafar Əsgərzadə, BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhbubə Qurbanova və “Milli Mədəniyyətin Təbligi” İB-nin sədri Jalə Cəfərova yenicə işıq üzü görən kitablar haqqında fikirlərini bölüşərək Cəfər Cabbarlı ədəbi irsinin müasir dövrümüzdə əhəmiyyətindən, klassik yazıçılarımızın bədii irsinin təbliğinin vacibliyindən bəhs ediblər.Tərcüməçi-jurnalist, Cəfər Cabbarlının nəvəsi Bəhlul Abbasov çıxış edərək Azərbaycan Respublikasi QHT-lərə Dövlət Dəstəyi Agentliyinə layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Tədbirin sonunda qonaqlar xatirə şəkli çəkdiriblər.

Son xəbərlər

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Füzuli Zəfərdən dirçəlişə -qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

Füzuli Zəfərdən dirçəlişə -qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

Yevlaxda “İnam, inkişaf və Zəfər yolu” adlı tədbir keçirilib

Azərbaycan və Laos arasında münasibətlər dərinləşir

Azərbaycan–Laos münasibətləri: dostluqdan strateji əməkdaşlığa doğru yeni imkanlar

İctimai Şuranın üzvləri Binəqədidə millət vəkili Azay Quliyevlə görüşüblər

“Azərbaycan Gözəli”nə yerli seriallardan təkliflər gəlib

Ceyhun Aşurov “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək” İctimai Birliyinə (AHTTSA) yeni sədr seçildi-FOTO

Azərbaycan–Kamboca münasibətləri: qarşılıqlı etimad və əməkdaşlığın yeni perspektivləri

Azərbaycan–Kamboca münasibətlərində iqtisadi əməkdaşlığın prioritetləri

“Azərbaycan Gözəli” piar menecer oldu

YAP Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin Azərbaycanla bağlı açıqlamalarına etiraz edib

Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib – FOTO/ VİDEO

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ

Bütün xəbərlər