BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Ədəbiyyatın gücü yalnız öz dövrünü əks etdirməsində deyil, zamanın sınağından keçərək müxtəlif nəsillərə eyni həqiqətləri fərqli biçimlərdə söyləyə bilməsindədir. Azərbaycan ədəbiyyatında yaradıcılığı ilə zaman sərhədlərini aşan, cəmiyyətin ağrılarını, nöqsanlarını və ümidlərini böyük sənətkarlıqla ifadə edən sənətkarlardan biri də Mirzə Ələkbər Sabirdir. Onun satirik gülüşü, kəskin tənqidi, maarifçilik çağırışları və insanı düşünməyə vadar edən fəlsəfi fikirləri bu gün də öz əhəmiyyətini qoruyur. Sabirin sözündə yalnız bir dövrün deyil, bütövlükdə cəmiyyətin inkişafına mane olan problemlərə münasibət, gələcəyə inam və xalqın tərəqqisinə sonsuz istək ifadə olunur. Mirzə Ələkbər Sabir yaradıcılığı ilə öz dövrünün ictimai-siyasi və mənəvi problemlərini cəsarətlə tənqid etmiş, xalqı elmə, təhsilə və tərəqqiyə çağırmışdır. Onun əsərləri yalnız yaşadığı dövrün mənzərəsini əks etdirmir. Sabirin söylədiyi fikirlər bu gün də öz aktuallığını qoruyur. Məhz buna görə onun sözü zamanın gözü kimi cəmiyyətin problemlərini görməyə və onları dərk etməyə kömək edir.
Sabirin tənqid etdiyi əsas ictimai problemlər
Sabirin tənqid etdiyi əsas məsələlərdən biri cəmiyyətdəki cəhalət və savadsızlıq idi. O, insanların elm və təhsildən uzaq qalmasını, yeniliyə qarşı çıxmasını ciddi şəkildə tənqid edirdi. Təəssüf ki, bu problem müasir dövrdə tamamilə aradan qalxmayıb. Bu gün informasiya imkanları geniş olsa da, bəzi insanların elmi biliklərə laqeyd münasibəti, yanlış məlumatlara inanması və tənqidi düşüncədən uzaq olması müşahidə edilir. Sabirin tənqid etdiyi xurafat, ədalətsizlik, sosial ayrı-seçkilik, insanların bir-birinə laqeyd münasibəti kimi problemlərin müəyyən formaları da müasir cəmiyyətdə özünü göstərir. Bu baxımdan Sabirin satirası bizə yalnız keçmişi deyil, öz dövrümüzü də tənqidi nəzərlə qiymətləndirməyi öyrədir. Şair-publisist, qəzəlxan Gülarə Munisin fikrincə, M.Ə.Sabirin yaradıcılığına ötəri nəzər salmaq kifayət edər ki, onun yaratdığı sənət incilərinin zamanın bütün dövrləri üçün nə qədər aktual və təkrarsız olduğunu görək.
Gülarə Munis qeyd edir ki, M.Ə.Sabir təkcə Şimali Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə poeziya nümunələri dillər əzbəri olan xoşbəxt şairlərdəndir: “Onun əsərləri öz aktuallığını ona görə bu günümüzə qədər qoruyub saxlaya bilib ki, istər satirik, istərsə də dərin mənalı, fəlsəfi fikirləri bu günün nəbzini tuta bilir. Sabirin poeziyasında təkcə oxunan sözü yox, həm də o fikrin arxasında müəllifin çatdırmaq istədiyi sətiraltı mənanı tutamaq lazım idi.
Sabirin tənqid etdiyi əsas ictimai problemlər cəhalət, xurafat, savadsızlıq problemləri idi. O, xalqının övladlarını zəkalı, gözüaçıq, savadlı, elmli görmək istəyirdi.
Sabir uşaq ədəbiyyatı barədə yazırdı: “Cocuqlar üçün yazmaq vacibdir, çətindi və məsuliyyətlidir”.
Sabir bu uşaq şeiri ilə körpə balalara çətinliyə təslim olmamaq, mübariz olmaq, yıxılanda qalxmaq üçün özündə əzm tapmaq kimi vacib olan amilləri çatdırır.
Sabir öz yaradıcılığında uşaqları kiçik yaşından zəhmətə alışdırmaq, əməyi sevmək, təbiəti vevmək kimi motivləri ön plana çəkir.
Sabir Azərbaycan ədəbiyyatında realist uşaq ədəbiyyatı ilə yanaşı həm də ictimai satiranın banisi idi. Onun yazdığı uşaq şeirləri əslində böyüklər üçün bir mesaj idi”.
Sabirin yaradıcılığının mühüm istiqamətlərindən biri maarifçilik ideyalarıdır. Şair xalqın tərəqqisini təhsildə, elmdə və düşüncənin inkişafında görürdü. Müasir Azərbaycan cəmiyyətində də bu ideyaların əhəmiyyəti böyükdür. Sürətlə dəyişən dünyada insanın uğuru yalnız məlumat əldə etməsindən deyil, həmin məlumatı düzgün təhlil etmək və müstəqil düşünmək bacarığından asılıdır. Buna görə Sabirin elmə, təhsilə və yeniliyə çağırışları bu gün də gənclər üçün mühüm istiqamətverici məna daşıyır. Onun maarifçilik düşüncəsi savadlı, məsuliyyətli və cəmiyyət qarşısında öz vəzifələrini dərk edən vətəndaş yetişdirilməsinə xidmət edə bilər. Gülarə Munisin sözlərinə görə, M.Ə.Sabir maarifpərvər və xalqını böyük məhəbbətlə sevən bir şair, misilsiz bir şəxsiyyət idi: “Maarifçilik Sabir yaradıcılığının əsas ana xəttini təşkil edir- desək, səhv etmərik. Elmin, təhsilin inkişafı, xalqın maariflənməsi üçün Sabir var qüvvəsi ilə çalışırdı. Onun bütün yaradıcılığında bu mövzunun ştrixlərinə rast gəlirik. O, cəhalətə, mövhumata qarşı öz “taziyanəsi” ilə yəni söz qamçısı ilə çıxırdı”.


Sabirin irsinin gələcək nəsillərə ötürdüyü mühüm mesajlar
[i][/i] Gənc nəslin Sabir irsi ilə daha yaxından tanış olması üçün ənənəvi tədris üsulları ilə yanaşı, müasir yanaşmalardan da istifadə edilməlidir. Sabirin əsərləri yalnız əzbərlədilməməli, onların məzmunu və qaldırdığı problemlər gənclərin gündəlik həyatı ilə əlaqələndirilməlidir. Məktəblərdə və universitetlərdə Sabir yaradıcılığına həsr olunmuş debatlar, səhnəciklər, müzakirələr və layihələr təşkil etmək səmərəli ola bilər. Sosial şəbəkələr üçün qısa videolar, animasiyalar, podkastlar və vizual materiallar hazırlamaq da gənclərin marağını artıra bilər. Ən əsası isə gənclərə Sabirin əsərlərindəki problemlərin bu gün hansı formada mövcud olduğunu araşdırmaq imkanı verilməlidir. Sabir irsi keçmişdən qalan bir ədəbi nümunə deyil, canlı düşüncə məktəbi kimi təqdim olunar. Bu baxımdan həmsöhbətimiz Gülarə Munisin qeyd edirik, Sabirin öz zəmanəsində cəmiyyətdə baş verənlərə biganə qala bilməməsi onun bütün yaradıcılığında bariz şəkilkdə qələmə alınıb: “Onun təkcə “Hophopnamə” əsəri Azərbaycan realist poeziyasının zirvəsidir desək, səhv etmərik. Sabirin satirik əsərləri təkcə güldürmür, bu əsərlər düşündürür və acı-acı ağladır. Çox təəssüf ki, indi efirlərdə belə söz sahibləri, dahilərin yaradıcılığı, onların əsərləri barədə heç bir verilişə rast gəlmirik. Mənim xatirimdədir orta məktəbdə oxuyarkən televiziyada arabir şair və yazıçıların yaradıcılığı barədə verilişlər təqdim olunurdu. M. Ə. Sabirin doğum və anım günləri ərəfəsində “Sabir poeziya günləri” adı altında silsilə verilişlər olurdu, həmin verilişlərdə müəlliflərin yaradıcılığı barədə məlumatlar verilir, əsərlərindən səhnələşdirilmiş parçalar təqdim olunurdu. Amma indi nədənsə gəncləri başqa səmtə yönəldən verilişlərə daha çox yer ayrılır. Mən əminəm ki, cəmiyyətin gur yerində sosial sorğu keçirilsə Sabirin əsərlərindən nümunə gətirə bilən çox az gənc tapılar...Dahi Sabirin yaradıcılığı barədə geniş məlumatlar və əsərlərindən numunələr dərsliklərdə yer almalıdır”.
Sabirin irsi gələcək nəsillərə bir neçə mühüm mesaj ötürür: cahillikdən uzaq olmaq, elm və təhsilə dəyər vermək, ədalətsizliyə qarşı laqeyd qalmamaq, cəmiyyətin problemlərinə tənqidi yanaşmaq və insan kimi mənəvi məsuliyyət daşımaq. Gülarə Munisin bildirib ki, Sabirin irsi, onun dahiyanə fikirləri, fəlsəfi xarakterli əsərləri, satirik şeirləri böyükdən kiçiyə hamı üçün bir mesajdır: “Bu günün gəncliyi, böyüməkdə olan nəsillər Sabirin hansı zəka sahibi olduğunu bilmək üçün onun yaradıcılığına mütəmadi müraciət etməlidir. Sabirin dili sadədir, asan qavranılandır, başa düşüləndir, onun ən acı satirasında belə bir şirinlik var, sadəcə o məqamı tutmaq lazımdır.Cəmiyyətdə elə bir təbəqə yoxdur ki, Sabir o təbəqəyə öz söz “töhfəsini” çatdırmasın”. Sabirin gülüşü sadəcə əyləndirmək məqsədi daşımırdı; onun gülüşünün arxasında cəmiyyətin dəyişməsi arzusu dayanırdı. Şair insanları öz qüsurlarını görməyə və daha yaxşı gələcək qurmağa səsləyirdi.
Mirzə Ələkbər Sabirin yaradıcılığı zaman keçdikcə öz əhəmiyyətini itirməyən böyük mənəvi sərvətdir. Onun tənqid etdiyi problemlərin bir qisminin bu gün də mövcud olması Sabirin cəmiyyət haqqında müşahidələrinin nə qədər dərin və uzaqgörən olduğunu göstərir. “Sabirin sözü, zamanın gözü” ifadəsi də məhz bu həqiqəti əks etdirir: Sabirin sözü keçmişi xatırlatmaqla yanaşı, bu günümüzə baxmağa və gələcəyimizi daha düzgün qurmağa çağırır. Onun irsini yaşatmaq isə yalnız əsərlərini oxumaq deyil, Sabirin müdafiə etdiyi elm, düşüncə, ədalət və tərəqqi dəyərlərini gündəlik həyatımızda yaşatmaqdır.

Fuad Hüseynzadə
Yazı Mirzə Ələkbər Sabir Fondunun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sabirin sözü, zamanın gözü” layihəsi çərçivəsində hazırlanıb. Məqalədə qeyd olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Son xəbərlər

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Füzuli Zəfərdən dirçəlişə -qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

Füzuli Zəfərdən dirçəlişə -qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

Yevlaxda “İnam, inkişaf və Zəfər yolu” adlı tədbir keçirilib

Azərbaycan və Laos arasında münasibətlər dərinləşir

Azərbaycan–Laos münasibətləri: dostluqdan strateji əməkdaşlığa doğru yeni imkanlar

İctimai Şuranın üzvləri Binəqədidə millət vəkili Azay Quliyevlə görüşüblər

“Azərbaycan Gözəli”nə yerli seriallardan təkliflər gəlib

Ceyhun Aşurov “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək” İctimai Birliyinə (AHTTSA) yeni sədr seçildi-FOTO

Azərbaycan–Kamboca münasibətləri: qarşılıqlı etimad və əməkdaşlığın yeni perspektivləri

Azərbaycan–Kamboca münasibətlərində iqtisadi əməkdaşlığın prioritetləri

“Azərbaycan Gözəli” piar menecer oldu

YAP Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin Azərbaycanla bağlı açıqlamalarına etiraz edib

Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib – FOTO/ VİDEO

Bütün xəbərlər