BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Azərbaycan xalqının müasir tarixində elə əlamətdar günlər vardır ki, həmin tarixlər yalnız təqvimdə müəyyən olunmuş gün deyil, milli yaddaşın, dövlətçilik iradəsinin və gələcəyə inamın rəmzinə çevrilmişdir. Məhz 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü də belə mühüm tarixi günlərdəndir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 20 sentyabr tarixi həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi müəyyən edilmişdir. 

20 Sentyabr eyni zamanda Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin mühüm nəticələrindən birini ifadə edir. Bu baxımdan həmin gün xalqımızın milli iradəsinin, dövlətçilik əzminin və tarixi torpaqlarımızın dirçəldilməsi prosesinin simvolu kimi xüsusi əhəmiyyət daşıyır.Məlumdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uzunmüddətli və mürəkkəb tarixi prosesin nəticəsi olmuşdur. 2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycanın bir sıra şəhər və rayonları işğaldan azad edilmiş, 2023-cü ilin sentyabrında isə Qarabağ bölgəsində dövlət suverenliyinin tam bərpası təmin edilmişdir.

2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisə Azərbaycanın dövlət suverenliyinin bərqərar olmasının rəmzi hadisələrindən biri kimi yadda qaldı.

Xankəndidə sonrakı dövrdə sosial, təhsil, idman və digər infrastrukturların bərpasına xüsusi diqqət yetirilmişdir. Qarabağ Universitetinin fəaliyyətə başlaması şəhərin gələcək inkişafında təhsilin və insan kapitalının rolunu daha da artırmışdır. Universitetin əsas binasının və tələbə yataqxanasının təmir edilməsi, yeni təhsil və tibb infrastrukturlarının yaradılması Xankəndidə yeni həyat mərhələsinin formalaşmasının göstəricilərindəndir. Həmçinin, 8 noyabr 2023-cü ildə Xankəndində Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsi də şəhərin Azərbaycanın dövlətçilik tarixindəki yeni mərhələsinin mühüm hadisələrindən biri olmuşdur.

Xocalı adı da Azərbaycan xalqının yaddaşında xüsusi tarixi məna daşıyır. 2023-cü ilin sentyabrında Azərbaycanın dövlət suverenliyinin bərpası ilə Xocalı şəhərində də yeni tarixi mərhələ başlandı. 2024-cü il mayın 28-dən etibarən keçmiş məcburi köçkünlərin Xocalıya qayıdışı başlanmışdır. Şəhərdə yaşayış binalarının, sosial obyektlərin və digər infrastrukturun bərpası Böyük Qayıdışın mühüm istiqamətlərindən birini təşkil edir. Xocalı Soyqırımı Memorialının təməlinin 2024-cü il fevralın 26-da qoyulması isə faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi baxımından mühüm hadisədir. Bu gün Xocalı yalnız faciə ilə xatırlanan şəhər deyil, həm də dirçəlişin, yenidənqurmanın və insanların öz doğma yurdlarına qayıdışının ünvanıdır.

Xocavənd rayonu zəngin tarixi-mədəni irsi, qədim yaşayış məskənləri və təbii sərvətləri ilə Qarabağın mühüm bölgələrindən biridir. 2020-ci il Vətən müharibəsindən sonra Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir sıra kəndləri azad edilmiş, 2023-cü ilin sentyabrında isə rayonun şəhər mərkəzi də daxil olmaqla ərazidə Azərbaycanın dövlət suverenliyi tam bərpa edilmişdir. Buna görə 20 sentyabr Xocavənd şəhəri günü kimi müəyyən olunmuşdur.

Bu gün keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı Böyük Qayıdış siyasətinin əsas istiqamətlərindən biri kimi həyata keçirilir. Qeyd edim ki, 2026-cı il avqust ayının 17-nə qədər Xankəndi şəhərində 76, Kərkicahan qəsəbəsində 43 ailə  olmaqla cəmi 119 ailə, Xocalı şəhərində 144,  Ballıca kəndində 246,  Xanyurdu kəndində 140,  Təzəbinə kəndində 180,  Şuşakənd kəndində 116,  Badara kəndində 109,  Seyidbəyli kəndində 77,  Daşbulaq kəndində 44,  Xanabad kəndində 111 ailə olmaqla cəmi 1.167 ailə məskunlaşıb. Həmçinin  Xocavənd şəhərində 413,  Xocavənd kəndində 78,  Xanoba kəndində 39,  Qırmızı Bazar qəsəbəsində 213, Sos kəndində 85, Güneyxırman kəndində 39,  Quzeyxırman kəndində 39,  Hadrut qəsəbəsində 82 ailə  olmaqla cəmi 988 ailə, Ağdərə rayonunun  Talış kəndində 20,  Həsənriz kəndində 292,  Suqovuşan kəndində 180,  Kolatağ kəndində 36,  Vəngli kəndində 151,  Heyvalı kəndində 46,  Çapar kəndində 40,  Aşağı Oratağ kəndində 111,  Çıldıran kəndində 41 ailə  olmaqla cəmi 917 ailə məskunlaşıb. Ümumilikdə tarixi Zəfərimizdən bu günədək dogma yurd-yuvalarına qayıdan  keçmiş məcburi köçkünlərin, həmçinin Böyük Qayıdış ünvanlarının sayı bu torpaqlarda geniş miqyas alan bərpa-quruculuq işlərinin göstəricisidir. Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Hazırda 48 şəhər və kənddə 90 mindən artıq insan yaşayır, işləyir, təhsil alır.  Təbii ki, bu, son rəqəm  deyil. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin qayıdışı mərhələ-mərhələ davam edir.   

20 Sentyabr beləliklə, yalnız keçmişdə baş vermiş hadisələri xatırlamaq üçün deyil, həm də bu şəhərlərin qarşısında açılan yeni inkişaf yolunu qeyd etmək baxımından əhəmiyyətlidir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanın Qarabağ bölgəsinin tarixində özünəməxsus yer tutur və onların yenidən qurulması bu tarixi şəhərlərin gələcəyinə yeni səhifə açır.

 

 

 

Fizuli Həsənov, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri

 

 

 

 

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər