BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

11 sentyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında 2025-2026-cı tədris ilində ali təhsil müəssisələrinə tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, İctimai-siyasi və humanitar məsələlər sektorunun əməkdaşları və ali təhsil müəssisələrinə tələbə qəbulu imtahanında rayon üzrə yüksək nəticə göstərən gənclər iştirak etdilər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbir ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan bütün məzunları, valideynləri və onların bu uğurunda əməyi keçən müəllimləri ürəkdən təbrik edərək qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman milli təhsilimizin və elmin inkişafına, gənclərimizin yüksək səviyyədə təhsil almalarına xüsusi diqqət və həssaslıqla yanaşmışdır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır. Bu gün təhsil müəssisələrimizdə əldə olunan nəticələr müəllimlərin fədakar əməyi və şagirdlərin səylərinin bəhrəsidir. Ölkəmizdə şəhid ailələrinə, onların övladlarının təhsilinə, gələcəyinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Müasir dövrümüzdə Azərbaycanda elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, təhsil işçilərinə hərtərəfli qayğı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə təhsil sahəsində həyata keçirilən önəmli proqram və layihələr dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Yüksək nailiyyət göstərərək tələbə adı qazanan gənclər onlara yaradılan şəraitə, diqqət, qayğı və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdilər və ali təhsili uğurla başa vurub respublikamızın inkişafına öz töhfələrini verəcəklərini qeyd etdilər.
Görüşün sonunda 2025-2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı yüksək nəticə göstərən gənclər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərman və xatirə hədiyyələri ilə təltif olundular.

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər