BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

20 sentyabr Azərbaycanın son 200 illik tarixinin şərəfli səhifəsidir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən  hərbi və siyasi strategiyasının nəticəsi olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Belə ki, bu gün - sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni sepratçılarından təmizlənməsindən bir il ötür.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat 43 dəqiqə davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Dövlət suverenliyi anlayışı hər bir dövlətin müstəqil mövcudluğunun fundamental əsaslarından biridir. Suverenlik dövlətin öz ərazisində ali hakimiyyətə malik olması, daxili və xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirməsi və milli maraqlarını beynəlxalq münasibətlər sistemində sərbəst müdafiə etməsi deməkdir. Azərbaycan Respublikasının Konstitusiyasında da dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması dövlətin əsas məqsədləri sırasında təsbit olunmuşdur. Konstitusiyanın 2-ci maddəsinə əsasən, Azərbaycan xalqının sərbəst və müstəqil şəkildə öz müqəddəratını həll etmək və idarəetmə formasını müəyyən etmək suveren hüququdur.
Azərbaycanın dövlət suverenliyinin bərpası uzun və mürəkkəb tarixi prosesin nəticəsi olmuşdur. 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması dövlət suverenliyinin həmin ərazilərdə faktiki olaraq həyata keçirilməsinə imkan verməmişdi. İşğal dövründə yaşayış məntəqələri dağıdılmış, yüz minlərlə insan öz doğma torpaqlarından məcburi köçkün vəziyyətinə düşmüşdü. Bu vəziyyət Azərbaycan dövlətinin qarşısında ərazi bütövlüyünün və suverenliyinin bərpasını fundamental milli məqsəd kimi müəyyənləşdirmişdi.
         
2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. 44 günlük müharibənin nəticəsində Azərbaycanın bir sıra işğal altında olan əraziləri azad edildi və ərazi bütövlüyünün bərpası prosesində mühüm nəticələr əldə olundu. Lakin dövlət suverenliyinin bütün ölkə ərazisində tam təmin olunması üçün proses qeyd etdiyim kimi 2023-cü ilin sentyabrında başa çatdı. Artıq Azərbaycan Respublikasının dövlət bayrağı ölkənin bütün ərazilərində dalğalanır və dövlət hakimiyyətinin hüquqi-siyasi təsir dairəsi ölkənin bütün ərazisini əhatə edir. Dövlət suverenliyinin tam təmin olunması Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisə kimi qiymətləndirilir.
Bu baxımdan Dövlət Suverenliyi Günü yalnız hərbi nailiyyətin ildönümü deyil, həm də dövlətçilik, milli birlik, hüquqi dövlət və konstitusiya prinsiplərinin əhəmiyyətini xatırladan bir tarixdir. Suverenliyin qorunması yalnız hərbi gücdən deyil, eyni zamanda güclü dövlət institutlarından, qanunun aliliyindən, iqtisadi inkişafdan, milli həmrəylikdən və vətəndaş məsuliyyətindən asılıdır.

Dövlət Suverenliyi Gününün təsis edilməsi həm də gələcək nəsillərin tarixi yaddaşının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu tarix gənc nəslə dövlət müstəqilliyinin və suverenliyin necə böyük tarixi dəyər olduğunu aşılamaq üçün mühüm imkan yaradır. 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu baxımdan xüsusi əhəmiyyət kəsb etmiş, dövlət suverenliyi və Konstitusiya ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Bu gün Azərbaycan tam suveren dövlət kimi beynəlxalq aləmdə öz sözünü deyir. Ərazilərimizin bütövlüyü təmin olunub, sərhədlərimiz toxunulmazdır, daxili sabitlik və iqtisadi inkişaf yüksələn xətlə davam edir. Dövlət Suverenliyi Günü Azərbaycan xalqının əsrlərlə davam edən mübarizəsinin, şəhidlərimizin qanı, qəhrəman Ordumuzun rəşadəti və müdrik liderliyin bəhrəsi kimi tariximizdə əbədi yaşayacaq.

 

Natəvan Əsədova, Riyaziyyat üzrə fəlsəfə doktoru

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər