BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

    Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndə heyətini qəbul etməsi regional inteqrasiya baxımından mühüm strateji addımdır. Bu görüş Azərbaycanın həm geostrateji, həm də tarixi-mənəvi müstəvidə daşıdığı missiyanı bir daha gündəmə gətirir.

    Azərbaycanın tarixi taleyi onun yerləşdiyi coğrafiya ilə sıx bağlıdır. Müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dini ənənələrin qovuşduğu bu məkan ölkəyə yalnız strateji əhəmiyyət qazandırmayıb, eyni zamanda xüsusi mənəvi məsuliyyət də yaradıb.  Bu baxımdan Azərbaycanın tarixi irsi və müasir mövqeyi onu Şərqlə Qərb, Türk dünyası ilə Qafqaz, müxtəlif dini və mədəni ənənələr arasında dialoq və qarşılıqlı anlaşmanı təşviq edən bir missiyanın daşıyıcısı olmasını iddia etməyə imkan verir.

    Bu kontekstdə Qafqaz Albaniyasının Azərbaycan ərazilərində mövcud olması və ölkəmizin ərazisinin qədim dövlətçilik, mədəniyyət və dini irsin müxtəlif qatlarını özündə birləşdirməsi ölkənin regionun tarixindəki rolunu daha geniş çərçivədə anlamağa imkan verir. Azərbaycan əsrlər boyu Türk dünyası ilə Qafqaz coğrafiyasını bir-birinə bağlayan təbii və tarixi mərkəz rolu oynayıb, hətta Azərbaycan türkcəsinin əsrlər boyu Cənubi Qafqazın müxtəlif xalqları arasında ünsiyyət vasitələrindən biri kimi geniş istifadə olunması regionun tarixi-mədəni reallıqlarından biridir. Ticarət, sənətkarlıq, ədəbi-mədəni əlaqələr və gündəlik münasibətlərdə bu dilin geniş yayılması Azərbaycanı yalnız siyasi və coğrafi baxımdan deyil, həm də dil və mədəniyyət baxımından regionun mühüm əlaqələndirici mərkəzlərindən birinə çevirib. XIX əsrdən etibarən Rusiya imperiyasının bölgədə mövqelərinin möhkəmlənməsi və sonrakı sovetləşmə dövründə rus dilinin inzibati, siyasi və təhsil sahələrində dominant mövqeyə yüksəlməsi isə Azərbaycan türkcəsinin bu sahələrdəki əvvəlki təsir imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

    Digər mühüm istiqamət İslam həmrəyliyidir. Azərbaycanın əsrIər boyu dini dözümlülük və multikulturalizm məkanı olması, bu gün isə dünyada tolerantlıq simvoluna çevrilməsi birbaşa İslam dininin mahiyyəti və xalqımızın mənəvi dəyərləri ilə sıx bağlıdır. İslam dini öz bünövrəsində başqa dinlərə, inanc sahiblərinə hörmət və dözümlülüyü əsas prinsiplərdən biri kimi təsbit edir. Azərbaycan cəmiyyətində bu prinsiplər əsrlər boyu yalnız dini nəzəriyyə olaraq qalmayıb, gündəlik həyat tərzinə və dövlətçilik ənənəsinə çevrilib. Bu gün Azərbaycan İslam dünyasında vəhdətin, tolerantlığın və qarşılıqlı dəstəyin gücləndirilməsini öz dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi həyata keçirir. Həmçinin Azərbaycan İslam dünyasında nadir ölkələrdəndir ki, burada şübhəsiz ki, məzhəblərarası həmrəylik ən yüksək səviyyədədir. Məhz ölkəmizin təşəbbüsü ilə reallaşan beynəlxalq platformalar İslam həmrəyliyinin praktiki müstəviyə keçməsində mühüm rol oynayır.

   Azərbaycanın İslam dünyası ilə münasibətləri yalnız dini əlaqələrlə məhdudlaşmır; burada mədəniyyət, tarix, humanitar əməkdaşlıq və qarşılıqlı anlaşma da mühüm yer tutur. Bakıda TDT Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının keçirilməsi bu əməkdaşlığın institusional müstəvidə də inkişaf etdiyini göstərir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Bakıda keçirilən TDT dini liderlərinin toplantısı ilə Seyid Yəhya Bakuvi Beynəlxalq Konfransının eyni vaxta təsadüf etməsinin “böyük mənası” olduğunu bildirib. Çünki bu iki tədbiri birləşdirən əsas xətt yalnız din deyil, həm də tarixi yaddaş, elmi irs, mənəvi dəyərlər və müxtəlif xalqlar arasında qarşılıqlı anlaşmadır.

   Seyid Yəhya Bakuvi irsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. XV əsrdə yaşamış alim və mütəfəkkirin irsi Azərbaycan tarixinin İslam dünyasının intellektual və mənəvi xəzinəsinə verdiyi töhfələrdən biridir. Prezident İlham Əliyev də çıxışında Yəhya Bakuvinin irsinin yalnız Azərbaycan üçün deyil, bütün İslam aləmi üçün böyük dəyər daşıdığını vurğulayıb.

   Bu yanaşmanın müasir əhəmiyyəti xüsusilə böyükdür. Dünyada dini və mədəni fərqliliklərin bəzən qarşıdurma vasitəsinə çevrildiyi bir dövrdə tarixdən gələn tolerantlıq, qarşılıqlı hörmət və mənəvi həmrəylik ənənələrinin önə çəkilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan öz tarixi təcrübəsi ilə bu baxımdan fərqli dini və mədəni mühitlərin dialoqu üçün platforma rolunu daşıyan ölkələrdən biri kimi çıxış edir.

  Azərbaycanın Türk dünyası ilə Qafqaz arasında yerləşməsi isə bu prosesə əlavə məna verir. Bir tərəfdən türk dövlətləri ilə ortaq tarixi, dil və mədəni bağlar, digər tərəfdən Qafqaz xalqları ilə çoxəsrlik qonşuluq və qarşılıqlı əlaqələr ölkənin mövqeyini daha geniş regional çərçivədə müəyyənləşdirir.

  Yekun söz:  Bu tədbirin əsas mesajlarından biri də budur ki, tarix yalnız keçmişin yaddaşı deyil, xalqlar və dövlətlər arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və sülh üçün müasir dövrdə də istifadə oluna bilən mühüm mənəvi resursdur.  Məhz bu mövqe ölkəmizə regionda sabitliyin, mədəni dialoqun və iqtisadi-siyasi əməkdaşlığın əsas aktoru olmaq imkanı verir. Ən əsas da Azərbaycanın qlobal və regional çəkisini və onun Türk dünyası ilə Qafqazın mənəvi körpüsü rolunun oynadığını nümayiş etdirir. 

 

Əhməd N. Abbasbəyli

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər