BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Dəyərlərini itirən cəmiyyətlər əvvəlcə gülür, sonra peşman olur. Bir milləti savaş meydanda məğlub edə bilməyənlər bəzən onun dəyərlərini zəiflətməyə çalışırlar. Bu gün qarşımızda başqa bir savaş var. Adına “müasirlik”, “əyləncə”, “trend” deyilən hər şey həqiqətən inkişafdır? Gəncliyin düşüncəsini, ailə anlayışını, qadına və kişiyə olan hörməti ucuz reytinqə, asan qazanca və məsuliyyətsiz məşhurluğa qurban vermək hansı gələcəyi hazırlayır? Ən böyük məğlubiyyət insanın öz dəyərlərinə yadlaşmasıdır. Ən ağır vəziyyət odur ki, insan dəyərini itirəndə bunu itki kimi görmür. Hətta bəzən onu uğur, azadlıq və müasirlik kimi qəbul edir. Müasir olmaq keçmişindən utanmaq deyil, milli kimliyini itirmək deyil. Müharibə meydanlarında itirmədiyimiz dəyərləri, bəzən öz əllərimizlə gündəlik həyatın içində itiririk. Bir vaxtlar bizi zəiflətmək istəyənlər tankla, silahla gəlirdi.
Bu gün isə ekranlardan, boş məşhurluqdan, ucuz şöhrətdən və “müasirlik” adı altında təqdim olunan dəyərlərdən gələn təhlükələr daha səssizdir. Ən təhlükəli işğal odur ki, insan işğal olunduğunu hiss etmir. Bir millətin gələcəyi onun binaları ilə yox, gənclərinin düşüncəsi ilə ölçülür. Əgər biz övladlarımıza hörmət, ləyaqət, ailə, elm və zəhmət əvəzinə yalnız görüntünü, şöhrəti və asan qazancı örnək göstəririksə, sabah itirdiklərimizi geri qaytarmaq çox çətin olacaq.
Azərbaycan-Türkiyə qardaşlığından danışırıq. Halbuki dostluq və qardaşlıq yalnız sözlə deyil, davranışla ölçülür. Qardaşlıq yalnız bayraqları yanaşı tutmaq deyil. Qardaşlıq yalnız siyasətdə, bayraqlarda və şüarlarda qalmamalıdır. Qardaşlıq bir-birinin dəyərlərinə hörmət etməkdir. Qarşı tərəfin cəmiyyətini, ailəsini və mənəviyyatını ucuz qazanc vasitəsinə çevirmək qardaşlıq deyil. 
Bir tərəfdən “qardaşıq” deyib, digər tərəfdən bir cəmiyyətin qadınlarını, gənclərini və zəif nöqtələrini qazanc vasitəsi kimi görmək nə dostluğa, nə də qardaşlığa yaraşır.
Ucuz şöhrət, sürətli qazanc və bir neçə günlük məşhurluq naminə cəmiyyətlərin mənəviyyatını zədələmək heç kimə uzunmüddətli xoşbəxtlik gətirməyib.

 

Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev

Son xəbərlər

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Füzuli Zəfərdən dirçəlişə -qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

Füzuli Zəfərdən dirçəlişə -qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

Yevlaxda “İnam, inkişaf və Zəfər yolu” adlı tədbir keçirilib

Azərbaycan və Laos arasında münasibətlər dərinləşir

Azərbaycan–Laos münasibətləri: dostluqdan strateji əməkdaşlığa doğru yeni imkanlar

İctimai Şuranın üzvləri Binəqədidə millət vəkili Azay Quliyevlə görüşüblər

“Azərbaycan Gözəli”nə yerli seriallardan təkliflər gəlib

Ceyhun Aşurov “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək” İctimai Birliyinə (AHTTSA) yeni sədr seçildi-FOTO

Azərbaycan–Kamboca münasibətləri: qarşılıqlı etimad və əməkdaşlığın yeni perspektivləri

Azərbaycan–Kamboca münasibətlərində iqtisadi əməkdaşlığın prioritetləri

“Azərbaycan Gözəli” piar menecer oldu

YAP Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin Azərbaycanla bağlı açıqlamalarına etiraz edib

Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib – FOTO/ VİDEO

Bütün xəbərlər