
Siyasət
26.08.2026 / 19:07
Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev tərəfindən Özbəkistan Respublikasının dövlət təltifi — “Özbəkistan Respublikası müstəqilliyinin 35 illiyi” yubiley medalı ilə təltif edilib.





