BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində müxtəliflik mövzusunda yazan jurnalistlər, blogerlər və milli azlıqları təmsil edən icmalar üçün “Virtual məkanda nifrət nitqi və fəsadları” mövzusunda infosessiya keçirilib.

“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin sədri Niyaz Niftiyev bildirib ki, layihənin məqsədi virtual məkanda milli azlıqlara yönələn ideoloji təxribatların qarşısını almaq, ictimaiyyətin maariflənməsi və mədəni müxtəlifliyin qorunması yolu ilə sabit etnomühit formalaşdırmaqdır. N.Niftiyev qeyd edib ki, layihə çərçivəsində 13 maarifləndirici məqalə, 30-40 dəqiqəlik 13 podkast, 80-dən çox maarifləndirici qısa video, eləcə də milli azlıqların mədəni birlikləri və rəqəmsal resursları ilə bağlı Məlumat Bankı hazırlanıb.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli medianın və jurnalistlərin milli-etnik məsələlərin işıqlandırılmasında məsuliyyətindən danışıb. O, jurnalistlərin milli, dini və sosial mənsubiyyətə görə ayrı-seçkiliyə yol verməməli, nifrət nitqini təşviq edən və cəmiyyətdə qarşıdurma yarada biləcək ifadələrdən çəkinməli olduğunu vurğulayıb. Sosial şəbəkələrin informasiya mühitinə təsirindən danışan Müşfiq Ələsgərli bu platformalarda yayılan məlumatların qısa müddətdə geniş auditoriyaya çatdığını bildirib. O, sosial şəbəkələrdə təxribat xarakterli paylaşımların və dezinformasiyanın yayılmasının etnomədəni münasibətlərə mənfi təsir göstərə biləcəyini qeyd edib. Çıxışında süni intellektin yaratdığı yeni informasiya risklərinə də toxunan Müşfiq Ələsgərli bu vasitə ilə əldə edilən məlumatların etibarlı mənbələrlə yoxlanılmasının vacibliyini qeyd edib.

“Dodo” qəzetinin baş redaktoru İradə Məlikova milli kimlik, ana dili, mədəniyyət və adət-ənənələrdən danışıb. Baş redaktor sosial şəbəkələrdə bəzi paylaşımların insanları bir-birinə qarşı qoymağa, ayrı-seçkilik yaratmağa, cəmiyyətdə narazılıq və qarşıdurma formalaşdırmağa xidmət etdiyini bildirib. Onun fikrincə, belə hallarda jurnalistlər və sosial şəbəkə istifadəçiləri daha məsuliyyətli olmalıdırlar. İradə Məlikova hər yazılanı paylaşmağın, hər təxribat xarakterli fikrə cavab verməyin zəruri olmadığını qeyd edib.

“Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədr müavini Emin Xanlarov Azərbaycanda müxtəlif xalqların və etnik icmaların birgə yaşayışından danışıb. O, etnomədəni müxtəlifliyin qorunması və milli birlik mühitinin möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Emin Xanlarov sosial şəbəkələrin həm müsbət informasiya imkanları yaratdığını, həm də yanlış məlumatların yayılması üçün istifadə olunduğunu diqqətə çatdırıb.

Avar İctimai Birliyinin üzvü, araşdırmaçı Abdulla Xanayev sosial kimlik məsələsinə toxunub. O, cəmiyyətdə “biz” və “onlar” qarşıdurmasının formalaşmasının etnik və sosial münasibətlərə təsir göstərə biləcəyini bildirib. Abdulla Xanayev qeyd edib ki, Azərbaycanda müxtəlif etnik mənsubiyyətlərdən olan insanların vahid dövlət və dövlətçilik kimliyi ətrafında birləşməsi mühüm əhəmiyyət daşıyır. O, həmçinin apardıqları tədqiqatların dezinformasiyanın münaqişələrin yaranmasına və təkrarlanmasına təsir göstərdiyini ortaya qoyduğunu bildirib və media savadlılığının artırılmasının vacibliyini vurğulayıb.

“Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadə çıxışında Azərbaycan diasporunun fəaliyyəti, xaricdə yaşayan azərbaycanlı icmaların informasiya mühitində üzləşdiyi məsələlər və diaspor resurslarının əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, xaricdə yaşayan azərbaycanlıların milli kimliyinin və Azərbaycanla bağlı məlumatların təbliğində rolunu diqqətə çatdırıb. Diaspor mühitində müxtəlif risklərin mövcudluğundan danışan Fuad Hüseynzadə onların informasiya vasitəsilə düzgün təqdim edilməsinin əhəmiyyətini qeyd edib.

Kürd Media Mərkəzinin rəhbəri İbrahim Əliyev sosial şəbəkələrin milli icmaların özlərini cəmiyyətə təqdim etməsi üçün yaratdığı imkanlardan danışıb. O qeyd edib ki, Kürd Media Mərkəzi və digər icma resursları öz xalqları haqqında məlumatların yayılması ilə yanaşı, Azərbaycanda baş verən ictimai-siyasi prosesləri də işıqlandırır. İbrahim Əliyev həmçinin sosial şəbəkələrdə yayılan məlumatların yoxlanılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, virtual məkanda dezinformasiya və yanlış məlumatların sürətlə yayılması milli məsələlər ətrafında yanlış təsəvvürlərin formalaşmasına səbəb ola bilər.

İT mütəxəssisi Bünyad Həbibov sosial şəbəkələrin informasiya yayımındakı sürətindən və bunun yaratdığı risklərdən danışıb. O bildirib ki, sosial şəbəkələr informasiyanı digər media platformaları ilə müqayisədə daha sürətlə auditoriyaya çatdırır, bu isə dezinformasiyanın yayılmasının qarşısının alınmasını çətinləşdirir.

Tədbirdə “milli azlıq”, “etnik qrup”, “azsaylı xalq”, “mədəni müxtəliflik”, “multikulturalizm” və “tolerantlıq” kimi anlayışların düzgün istifadəsi məsələsi də müzakirə olunub. Qeyd edilib ki, milli və etnik məsələlərə dair materiallarda terminologiyanın düzgün seçilməsi həm peşəkar yanaşma, həm də müxtəlif icmaların həssaslıqlarının nəzərə alınması baxımından vacibdir.

Müzakirələr zamanı sosial şəbəkələrdə təhlükəsizlik məsələlərinə də diqqət yetirilib. İştirakçılar şəxsi məlumatların qorunmasının, şübhəli keçidlərdən istifadə edilməməsinin və kibertəhlükələrə qarşı maarifləndirmənin artırılmasının vacibliyini qeyd ediblər.

 

 

 

Son xəbərlər

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Füzuli Zəfərdən dirçəlişə -qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

Füzuli Zəfərdən dirçəlişə -qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

Yevlaxda “İnam, inkişaf və Zəfər yolu” adlı tədbir keçirilib

Azərbaycan və Laos arasında münasibətlər dərinləşir

Azərbaycan–Laos münasibətləri: dostluqdan strateji əməkdaşlığa doğru yeni imkanlar

İctimai Şuranın üzvləri Binəqədidə millət vəkili Azay Quliyevlə görüşüblər

“Azərbaycan Gözəli”nə yerli seriallardan təkliflər gəlib

Ceyhun Aşurov “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək” İctimai Birliyinə (AHTTSA) yeni sədr seçildi-FOTO

Azərbaycan–Kamboca münasibətləri: qarşılıqlı etimad və əməkdaşlığın yeni perspektivləri

Azərbaycan–Kamboca münasibətlərində iqtisadi əməkdaşlığın prioritetləri

“Azərbaycan Gözəli” piar menecer oldu

YAP Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin Azərbaycanla bağlı açıqlamalarına etiraz edib

Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib – FOTO/ VİDEO

Bütün xəbərlər