30.08.2022 / 15:15
Şarl Mişel Əliyev-Paşinyan görüşünə hazırlıqdan yazdı
Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşünə hazırlıq barədə yazıb.
“Xeber 7" məlumat verir ki, o bu barədə öz tviter səhifəsində yazıb.
“Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə sabah Brüsseldə keçiriləcək dördüncü görüşdən əvvəl bu gün hazırlıq zəngləri (telefon –red) olacaq”, - deyə Mişel qeyd edib.
Xatırladaq ki, Aİ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü sabah Brüsseldə baş tutacaq.