BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili

- Tahir müəllim, 2022-ci il qlobal miqyasda iqtisadi çətinliklər və siyasi kataklizmlərlə yadda qaldı. Belə bir mürəkkəb şəraitdə Azərbaycanın strateji kursu hansı nəticələr verdi və mövcud iqtisadi-siyasi mənzərə cari ildə ölkəmiz üçün nə vəd edir?  

- 2022-ci il dünya üçün çətin və mürəkkəb bir oldu. Bir tərəfdən iqtisadi çətinliklər, digər tərəfdən müharibələr fonunda dünya daha da parçalandı, əməkdaşlıq əvəzinə konfrontasiya daha da artdı. Təbii ki, bu da inkişaf, rifah üçün lazım olan bütün göstəricilərə mənfi təsir etdi. Dünyada iqtisadi inkişaf tempi azaldı, inflyasiya görünməmiş həddə qalxdı, qiymət artımları sürətləndi, dağıntıların miqyası, qaçqınların sayı daha da artdı.

Belə bir şəraitdə Azərbaycanın inkişaf tempinə, sabitliyə malik olması təqdirəlayiq haldır. Bütün çətinliklərə baxmayaraq, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmiz bu qlobal təhlükələrdən əsasən yan keçməyə bacarmışdır. Keçən il ölkəmizdə Ümumi Daxili Məhsul 4.6% artaraq 134 milyard manatı, qeyri-neft ÜDM-i isə 9.1% artaraq 70 milyard manatı keçmişdir. Ərzaq təhlükəsizliyi üçün vacib sektor olan kənd təsərrüfatı sektorunda istehsal həcmi isə 3.4% artaraq 11 milyard manatı keçmişdir. Bu inkişaf tempi əhalinin nominal gəlirlərinin 20.5% artaraq 70 milyard manata çatmasına imkan yaratmışdır. İxracımızın idxalı 25 milyard dollar üstələməsi, strateji valyuta ehtiyatlarının 60 milyard dollara çatması 2022-ci ildə vacib maliyyə sabitliyinin qorunub saxlanmasına imkan yaratmışdır.

İl ərzində Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması aktiv şəkildə davam etdirilmişdir. Keçən il əsas problem olan inflyasiya ilə mübarizə güclənsə də, orta illik inflyasiya 14%-ə yaxın olmuşdur. Bu istiqamətdə əlavə tədbirlərin görülməsi planlaşdırılır. Minimum əmək haqqının artırılaraq 345, minimum pensiyanın isə artırılaraq 280 manata çatdırılması, əmək pensiyalarının orta hesabla 15%, bütün sosial ödənişlərin artırılması inflyasiyanın əhaliyə mənfi təsirinin azaldılmasına yönəlmişdir. 2023-cü ildə iqtisadiyyatımızın artması, inflyasiyanın zəifləməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq, təhlükəsizlik işlərinin daha da geniş vüsət alması, əhalinin gəlirlərinin daha da artması proqnozlaşdırılır.

- Yeni reallıqlar və çağırışlar fonunda Azərbaycan öz inkişaf strategiyası ilə fərqlənir. Strateji kursun yeni paradiqmaları, xüsusilə də “yaşıl enerji” siyasəti beynəlxalq miqyasda diqqətlə izlənilir və maraqla qarşılanır. Bu siyasət dayanıqlı yüksəlişin təmin olunması üçün nə qədər effektivdir?

- Dünyaya ənənəvi olaraq enerji ixrac edən bir ölkə kimi Azərbaycan son illərdə "yaşıl enerji"yə xüsusi diqqət verməklə, Qarabağı yaşıl enerji zonası elan etməklə enerjinin gələcəyinə sürətlə hazırlaşdığını nümayiş etdirməkdədir. Dövlət başçısı İlham Əliyevin bu istiqamətdə aktiv geosiyasəti öz nəticələrini verir və onun bu qabaqlayıcı ideyaları hər kəs tərəfindən maraqla qarşılanır. Ölkəmizin böyük yaşıl enerji resursları gələcəkdə Azərbaycanın bu sahədə mühüm rol oynayacağını deməyə əsas verir. Həm Qarabağda, həm Xəzər dənizində böyük yaşıl enerji resurslarına sahib olan Azərbaycan digər ölkələrdən keçərək bu enerjinin ötürülməsi üçün lazımi infrastrukturu da qurmağı planlaşdırır. Qara dənizin dibi ilə çəkiləcək elektrik enerjisi ötürmə xətti layihəsinə Azərbaycanın qoşulması bu istiqamətdə vacib təşəbbüslərdən biridir. Enerji ixracı məsələsində infrastruktura sahib olmaq ən əsas məsələlərdən biridir.

Belə bir şəraitdə Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərində keçirilən, dövlət, hökumət başçılarının iştirak etdiyi "Dayanıqlılıq həftəsi”ndə iştirakı və tədbirin açılış mərasimində çıxış etməsi dövlət başçısının və ölkəmizin hər sahədə - iqtisadi, siyasi, texnoloji sahələrində nüfuzundan xəbər verir. Tədbir gələcəyə hazırlaşmaq, gələcəyi idarə etmək baxımından vacibdir və Azərbaycan Prezidentinin liderliyi bu istiqamətdə məsuliyyətli və qabaqcıl layihələrin reallaşdırılmasına imkan verəcəkdir.

- Dövlət başçısının Davos Dünya İqtisadi Forumunda iştirakı, keçirdiyi görüşlər və səsləndirdiyi fikirlər Azərbaycan reallıqlarının dünyaya təqdimatı baxımından müstəsna əhəmiyyətə malikdir. Bu platformadan səmərəli istifadə edilməsi Azərbaycana əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi və yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından hansı üstünlüklər qazandırır?

- Davos Dünya İqtisadi Forumu dünyanın ən mötəbər tədbirlərindən biri sayılır. Prezident İlham Əliyev mütəmadi olaraq bu forumda iştirak edir, Azərbaycan həqiqətlərini dünyaya çatdırır və mühüm görüşlər keçirir. Budəfəki forumun əsas mövzusu “Parçalanmış dünyada əməkdaşlıq” idi. Son illər dünyada baş verən müharibələr, beynəlxalq hüququn “ölməsi”, ikili standartlar dünyanı daha da parçalamış və təhlükələri daha da artırmışdır. Azərbaycan Prezidentinin bu təhlükələr barədə əvvəlki forumlarda dəfələrlə xəbərdarlıqları var.

Azərbaycan Prezidentinin forumda iştirakı bir neçə aspektdən mühüm əhəmiyyətə malikdir. İlk olaraq, ölkəmizə əlverişli iqtisadi imkanlara görə investisiya yatırmaq istəyən şirkətlərin nümayəndələri ilə görüşlərin keçirilməsi iqtisadiyyatımıza xarici sərmayə qoyuluşlarının artırılmasına xidmət edir. Son zamanlar atılan addımlar, yeni “Dövlət-Özəl tərəfdaşlığı haqqında qanun”un qəbulu bu istiqamətdə xarici investorlar üçün yeni imkanlar vəd edir. Prezidentlə görüşən xarici şirkətlərin çoxluğu ölkəmizə marağın böyük olmasını bir daha göstərir. İkinci önəmli məqam cənab Prezidentin müsahibəsində səsləndirdiyi fikirlərdir. Çin televiziyasına müsahibəsində Prezident İlham Əliyev Azərbaycan geoiqtisadi siyasətinin miqyasını bir daha nümayiş etdirmiş, bu siyasətin praqmatik olduğunu, milli maraqlara və hər kəslə əməkdaşlığa, “win-win” strategiyasına əsaslandığını bəyan etmişdir. Qərb və Şərq arasında mühüm mövqeyə malik olan Azərbaycanın hər iki qütblə uğurla əməkdaşlıq etmək siyasəti yürütməsi mühüm uğurdur və bu uğur məhz cənab İlham Əliyevin məharətli siyasəti nəticəsində əldə olunmuşdur. Nəhayət, üçüncü istiqamət regiondakı reallıqlarla bağlı cənab Prezidentin çıxışıdır. Azərbaycanın dayanıqlı sülh istəməsi, Ermənistanın bu reallıqlardan qaçması, forumda belə iştirak etməməsi bir daha bəlli olmuşdur. Dövlət başçısının çıxışında Azərbaycanın burada da partnyorlarla əhatə olunması, birgə müzakirələrin aparılması ölkəmizin parçalanmış dünyada əməkdaşlıq mühitinin güclənməsinə əsas töhfə verə biləcək bir ölkə kimi iradəsinin olmasına dəlalət etmişdir.

Son xəbərlər

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyi qardaş Türkiyədə

DGK və ƏƏSMN yanında İctimai Şuraların üzvüləri Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

DFJD tərəfindən Qərbi Azərbaycan həqiqətləri xarici mediada təbliğ olunacaq

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi - FOTO + VİDEO

Arxangelskdəki diaspor rəhbərinin 50 illik yubileyidir

Azərbaycan Universitetində “Cənubi Qafqaz yeni qlobal çağırışlar kontekstində” beynəlxalq elmi konfrans keçirilib

Mədəniyyətlərarası dialoqda beynəlxalq platform

Regionlarda qadınların məşğulluq imkanları yüksəldiləcək

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Diaspor rəhbəri Şahin Məmmədova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib

QHT nümayəndələri sərhədkeçmə prosesləri ilə əyani şəkildə tanış olublar

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

“Artıq beynəlxalq aləm Azərbaycanı regionda sülh ölkəsi kimi tanıyır”

Bütün xəbərlər