BAKU Azərbaycan
26.09 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı, cari ilin 8 may tarixində İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərində yerləşən Yeni Bədr rayonunda Heydər Əliyevin adını daşıyan küçənin üzərindəki İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə ağacəkmə aksiyası keçirilmişdir.
Əmman Böyükşəhər Bələdiyyəsinin nümayəndələri və Yeni Bədr Bələdiyyəsinin rəhbər heyətinin, eləcə də Azərbaycan diaspor fəallarının və Səfirliyin əməkdaşlarının iştirakı ilə təşkil edilən aksiyada səfir Eldar Səlimov çıxış edib və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyəti ətrafında geniş bəhs edib.
Səfir qonaqların diqqətini Ulu Öndərin dövlətimiz və xalqımızın istər SSRİ dönəmində, istərsə də müasir tarixindəki roluna yönəldərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dünya miqyasında böyük nüfuz və ehtiram sahibi olan bugünkü Azərbaycanın məhz ümummilli lider Heydər Əliyevin mirası olduğunu xüsusi qeyd edib. E.Səlimov iki dövlət arasında dostluq və əməkdaşlıq əlaqələrinin təməlinin 13 dekabr 1994-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatının Kasablanka Zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev və İordaniya Haşimilər Krallığının mərhum kralı əlahəzrət Əl-Hüseyn İbn Talal arasında keçirilmiş tarixi görüş zamanı qoyulduğunu və sonrakı illərdə bu əlaqələrin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İordaniya Haşimilər Kralı II Abdullah bin Əl-Hüseynin birbaşa dəstəyi ilə daha da möhkəmləndiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsindən bəhs edən səfir E.Səlimov ölkəmizdə geniş vüsət alan ağacəkmə aksiyalarının məqsədinin ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ağacəkmə işini ümummilli hədəflərimizdən birinə çevirmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdən ibarət olduğunu bildirdi və bu gün paytaxt Əmmanın ən gözəl güşələrindən birində yerləşən ümummilli lideri Heydər Əliyevin adını daşıyan küçədə də ağacəkmə aksiyasının keçirilməsinin yaşıl dünyamız naminə dövlətlər və xalqlar arasında həmrəyliyin təzahürü olduğunu qeyd etdi.
Əmman Böyükşəhər Bələdiyyəsinin Ətraf mühit və rayonlar Baş İdarəsinin rəisi Zaid Al Saada və Yeni Bədr rayonunun baş arxitektoru Yahya əl-Hasanat çıxış edərək, iki dost ölkə arasında əlaqələrin inkişafından məmnunluqlarını bildirib və Azərbaycan səfirliyi tərəfindən ağacəkmə aksiyasının keçirilməsinin paytaxt bələdiyyəsinin rəhbərliyini tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Sonra ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə tədbir iştirakçılarının iştirakı ilə ağaclar əkilib.

image-1 image-2 image-3

Son xəbərlər

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

Bütün xəbərlər