BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Azərbaycan ədəbiyyatının böyük şairi, dahi mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan Daşkənd Dövlət Pedaqoji Universiteti Özbəkistanda daim Azərbaycanla elm, mədəniyyət, ədəbiyyat sahəsində əlaqələrin inkişafında mühüm rol oynayır və Universitetin bazasında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir. 
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetini ziyarət etmiş, rektor Abduqaffar Qırğızbayevlə görüşmüş və tərəflər arasında ikitərəfli əməkdaşlığın, ölkələrimizin ali təhsil ocaqlar arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi sahəsində məsələlər müzakirə olunmuşdur. 
Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində baş tutan görüşdə qonaqları salamlayan rektor Abduqaffar Qırğızbayev ilk öncə Özbəkistan-Azərbaycan mədəni əlaqələrin tarixi, iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq, habelə mədəni əlaqələrimizin möhkəmlənməsi istiqamətində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rolu və fəaliyyətini yüksək qiymətləndirmişdir. 
Rektor Abduqaffar Qırğızbayev iki ölkə arasında dostluq və əməkdaşlığın günü-gündən inkişaf etdiyini, möhkəmləndiyini, Özbəkistan dövlət rəhbərliyinin Azərbaycanla sıx əlaqələrin qurulmasına xüsusi diqqət yetirdiyini qeyd edib. O, rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti haqqında danışaraq, 25 minə yaxın tələbənin oxuduğu Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Özbəkistanda müqəddəs bir missiyanı həyata keçirdiyini, pedaqoji kadrlar hazırlayaraq ölkənin tərəqqisinə töhvə verdiyini söyləyib. 
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanla hər bir sahədə olduğu kimi humanitar sahədə, elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığa Azərbaycan dövlətinin xüsusi önəm verdiyini, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin əlaqələrimizdə xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, Universitetin dünya poeziyasının zirvəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıması və bu təhsil ocağının bazasında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərməsini xüsusi dəyərləndirib. 
Samir Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ildə Özbəkistan Respublikasına ardıcıl üç səfərini xatırladaraq Azərbaycan dövlətinin Özbəkistanla əlaqələrə və əməkdaşlığa mühüm əhəmiyyət verdiyini və eyni zamanda Prezident İlham Əliyevin Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair konkret tapşırıqlar verdiyini diqqətə çatdırıb. 
Diplomat 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin geniş və silsilə tədbirlər planlaşdırdığını və bu tədbirlərdə Daşkənd Dövlət Pedaqoji Universitetinin də yaxından iştirakını arzu etdiyini bildirib. 
Daha sonra Samir Abbasov sözügedən universitetlə sıx əməkdaşlığın qurulması üçün konkret təkliflərlə çıxış edib. O, universitetdə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzinin daha genişləndirilməsi,  yenidən qurulması üçün onlara daha geniş bir zalın ayrılmasını, qurulacaq mərkəzə Nizami Gəncəvi və Əlişir Nəvai Azərbaycan-Özbəkistan Dostluq Mərkəzi adının da verilməsini və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin gələcəkdə bu mərkəzdə fəaliyyət göstərməsini təklif edib. 
Samir Abbasov rəhbərlik etdiyi Mədəniyyət Mərkəzi tərəfindən cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulmuş Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlər çərçivəsində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birgə layihələrin reallaşdırılması, birgə seminar və konfransların təşkilini təklif edib. O, il ərzində İnstitutda “Heydər Əliyev və Özbəkistan” adlı seminarların təşkili,  universitet tələbələrinin qruplar şəklində mütəmadi olaraq Azərbaycan Mədəniyyət Mərkəzini, onun kurs və dərnəklərini, muzeylərini ziyarət etmələri, Azərbaycan və Özbəkistan dövlətləri arasında tələbə, müəllim mübadiləsi proqramlarında yaxından iştirak etmək, institutun tədris proqramına Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatla bağlı mövzuların salınması, Azərbaycan Mədəniyyət Mərkəzinin də iştirakı və köməkliyi ilə tələbələrə bu mövzular üzrə seminarların təşkil edilməsi, Mərkəz tərəfindən keçiriləcək mədəniyyət və incəsənət tədbirlərində, müsabiqə və proqramlarda, layihələrdə institut tələbələrinin aktiv iştirakını təklif edib. 
Diplomat “Heydər Əliyev ili” münasibətilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın 3 aparıcı Universitetinin əlaçı tələbəsi üçün “Heydər Əliyev təqaüdü”nün təsis etdiyini və Daşkənd Dövlət Pedaqoji Universitetinin bir əlaçı tələbəsinin sözügedən təqaüdə layiq görüləcəyini bildirib.
Samir Abbasov “Heydər Əliyev ili”nə həsr olunmuş beynəlxalq konfransın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetilə birlikdə keçirilməsini və bu konfransın cari ilin may ayının ilk on günlüyündə təşkilini təklif edib. 
Samir Abbasovun təkliflərini yüksək qiymətləndirən rektor Abduqaffar Qırğızbayev Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığa hər zaman hazır olduqlarını bildirib. Artıq bu əməkdaşlığın müsbət nəticələrinin də olduğunu vurğulayan rektor rəhbərlik etdiyi universitetdə Azərbaycan mədəniyyəti və ədəbiyyat Mərkəzinin açıldığını, Azərbaycan mədəniyyətinə aid hər il çox sayda konfransların, görüşlərin, keçirildiyini bildirib. 
Rektor Abduqaffar Qırğızbayev Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı mövzuların tədris proqramına salınma təklifini müsbət qarşılayıb. O, ötən il özü də daxil olmaqla rəhbərlik etdiyi universiteti təmsil edən geniş bir heyətin Azərbaycana səfər etdiklərini və bu səfər çərçivəsində Azərbaycanın bir çox ali təhsil ocaqları ilə əməkdaşlıq memorandumları imzaladıqlarını vurğulayayarq, son dərəcə səmərəli keçən səfər və görüşlərin təşkilinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə öz dərin minnətdarlığını ifadə edib. 
Görüşün sonunda tərəflər qarşılıqlı olaraq xatirə hədiyyələrini təqdim ediblər. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Xurşidbanu Natəvanın özbək dilində tərcümə və nəşr edilmiş şeirlər kitabı və Şuşa şəhərini simvolizmə edən suvenir-tablo rektor Abduqaffar Qırğızbayevə hədiyyə edilib.

Son xəbərlər

BDU-DA CƏFƏR CABBARLININ 125 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ SƏRGİ-KONFRANS KEÇİRİLİB

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub

BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

“Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirildi

Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib

Azərbaycanın tanınmış eksperti BMT-nin nüfuzlu qurumuna sədr seçilib

TƏBİƏTLƏ BAĞLI ƏFSANƏ- BU DƏFƏ SEVİNC XƏLİLQIZINDAN

DGK yanında ictimai şuranın iclası keçrilib

Milli QHT Forumunun İdarə Heyətinin yeni sədri seçildi

Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyi qardaş Türkiyədə

DGK və ƏƏSMN yanında İctimai Şuraların üzvüləri Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

DFJD tərəfindən Qərbi Azərbaycan həqiqətləri xarici mediada təbliğ olunacaq

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi - FOTO + VİDEO

Bütün xəbərlər