BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

30 aprel 2024-cü il tarixində BMT-nin Asiya, Sakit Okean bölgəsi üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən keçirilmiş seçkilərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri, iqlim dəyişmələri üzrə nüfuzlu beynəlxalq ekspert, dosent Fuad Hümbətov yekdilliklə UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Ekspertlər Qrupunun ilk sədri seçilmişdir. Qeyd edək ki, UNESCAP Azərbaycan, Türkiyə, Rusiya, Çin, Hindistan, Yaponiya, Pakistan, İndoneziya, ümumilikdə Asiya və Sakit Okean bölgəsində 53 ölkəni təmsil edir və bölgədə makroiqtisadi siyasət, yoxsulluğun azaldılması, ticarətin inkişafı, o cümlədən ətraf mühit, iqlim dəyişmələri və dayanıqlı inkişaf istiqamətləri üzrə üzv-dövlətlərə dəstək verir, bu sahələr üzrə dövlətlər arasında əməkdaşlığın inkişafına töhvə verir.

Azərbaycan nümayəndəsi şəffaf keçirilmiş seçkilər nəticəsində göstərilmiş etimada görə bütün iştirakçılara, o cümlədən UNESCAP rəhbərliyinə, katibliyinə öz dərin təşəkkürünü bildirmiş və bütün üzv-ölkələrdən olan həmkarlarla birlikdə inklüzivlik, gender balansı prinsipləri əsasında qarşılıqlı hörmət və dəstək şəraitində çalışacağına söz vermişdir. UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Ekspertlər Qrupunun sədri kimi iclasa rəhbərlik edən cənab F,Hümbətov ilk növbədə COP29 kimi nüfuzlu beynəlxalq iqlim konfransının ölkəmizdə keçirilməsinin Azərbaycan Respublikasının dünyada artan beynəlxalq nüfuzunun bariz göstəricisi olduğunu qeyd etmiş, bu qlobal tədbirə hazırlıqla əlaqədar ölkəmizdə uğurla həyata keçirilən fəaliyyətlər barədə geniş məlumat vermisdir. O, həmçinin ətraf mühitin çirklənməsi, təbii resurslardan qeyri-rasional istifadə, iqlim dəyişmələrinə qarşı effektiv mübarizə üçün bütün ölkələrin, beynəlxalq təşkilatların, elm-təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatları və özəl sektorun sıx əməkdaşlığına ehtiyac olduğunu ifadə etmiş və konkret təkliflərin hazırlanması irəli sürmüşdür.

Bundan əlavə, iclas zamanı UNESCAP-ın Ətraf Mühit və İnkişaf Komitəsi tərəfindən irəli sürülmüş Atmosfer Çirklənməsi üzrə Regional Proqram (RAPAP) layihəsi, iqlim baxımdan dayanıqlı şəhərsalma məsələləri, 2025-ci ildə hər bir ölkə tərəfindən iqlim dəyişmələri ilə mübarizə istiqamətində Milli Səviyyədə Müəyyən olunmuş Töhfələr sənədinin yüksək səviyyədə (NDC 3.0) yenilənməsi üzrə birgə fəaliyyətlər, habelə UNESCAP-ın Ətraf Mühit və Inkişaf Komitəsinin 2024-cü ilin oktyabr ayında keçiriləcək 8-ci sessiyasına (CED-8) hazırlıq məsələləri müzakirə olunmuşdur.

Xatırladaq ki, F.Hümbətov 1994-2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun əvvəlcə “Xüsusi törəməli diferensial tənliklər”, sonra isə “Diferensial tənliklərin keyfiyyət nəzəriyyəsi” şöbələrində fəaliyyət göstərmiş, kiçik elmi işçi vəzifəsindən aparıcı elmi işçi vəzifəsinədək irəli çəkilmişdir. Eyni zamanda, 1994-cü ilin fevral ayından 2002-ci ilin sentyabr ayınadək “Azərbaycan” Universitetinin “Riyaziyyat və İnformatika” kafedrasında dosent vəsifəsində çalışmışdır.
F.Hümbətov 2002-ci ilin may ayından 2009-cu ilin dekabr ayınadək AR Xarici İşlər Nazırliyinin Birinci Qərb İdarəsində fəaliyyət göstərmişdir. 2002-ci ilin may ayından 2008-ci ilin dekabr ayının 15-dək AR-in Belçika Krallığındakı Səfirliyinin və Avropa Birliyi yanında Daimi Nümayəndəliyinin Birinci Katibi vəzifəsində çalışmışdır. Səfirlikdə ikitərəfli siyasi və parlamentlərarası əlaqələr, Belçika, Lüksemburq və Hollandiyadakı Azərbaycan diasporası ilə iş və mətbuat məsələlərinə cavabdeh olmuşdur.
F.Hümbətov 2004-cü və 2006-cı illərdə AR Prezidenti cənab İlham Əliyevin Belçikaya, Avropa Birliyi institutlarına və NATO-ya səfərlərinin təşkilati işlərində bilavasitə iştirak etmiş, habelə müxtəlif illərdə dəfələrlə “chargé d’affaires” (müvəqqəti işlər vəkili) statusu ilə səfiri əvəz etmişdir. O, 2007-ci ilin fevralında Hollandiyanın Haaqa şəhərində “Xocalı qurbanları”nın xatirəsinə həsr edilmiş, Avropada ilk abidənin ucaldılmasının təşkilati məsələlərinə rəhbərlik etmişdir. Paralel olaraq, 2003-2008-ci illərdə, ölkəmizə qarşı erməni işğalının ifşa edilməsi, “Xocalı faciəsi”nin beynəlxalq səviyyədə təbliğatı istiqamətində diaspora mövqeyindən Avropa İttifaqı institutlarında, Avropanın müxətlif şəhərlərində ardıcıl təbliğat kampaniyalarını təşkil etmiş və 2006-cı ildə Avropa Komissiyası rəhbərliyi tərəfindən bu faciənin bəşəriyyət əleyhinə ilk dəfə rəsmi tanınmasına nail olmuşdur.
Bundan əlavə, F.Hümbətov ermənilərin soydaşlarımıza qarşı Şərqi Türkiyə və Cənubi Qafqazda həyata keçirdikləri soyqırım cinayətləri barədə 2005-ci ildə fransız dilində “Le pouvoir du lobby” (“Lobbinin gücü”) adlı kitabı belçikalı siyasətçi-alim ilə birgə hazırlamış və onun Avropa Parlamenti deputatları, Belçika XİN, Parlamenti, müxtəlif dövlət qurumları, siyasətçiləri arasında yayılmasını təşkil etmişdir. Qeyd olunan kitab Belçikanın o dövrdəki Xarici İşlər naziri Lui Mişelin stolüstü kitabına çevrilmişdi.
F.Hümbətov 2005-2006-cı ildə Brüssel şəhərində Avropa Parlamenti nəzdində fəaliyyət göstərən Avropa Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən təşkil edilmiş “Academia Diplomatica” diplomatik kurslarını müvəffəqiyyətlə bitirmişdir.
O, 2006-2007-ci illərdə Brüssel Universitetində Beynəlxalq hüquq sahələri – Dəniz hüququ, Məsuliyyət hüququ və İnsan Hüquqları üzrə təkmilləşdirmə kurslarını müvəffəqiyyətlə başa vurmuşdur.

Hazırda AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin “Beynəlxalq əməkdaşlıq və iqlim dəyişmələri” şöbəsinun müdiri vəzifəsində fəaliyyət göstərir. 2023-cü ildə AR Prezidenti tərəfindən Dövlət Qulluğunda Fərqlənməyə görə medalı ilə təltif edilmişdir.

Bundan əlavə, 2014-cü ildən etibarən AR Prezidenti yaninda Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafının planlaşdırılması və idarə edilməsi” kafedrasının dosenti vəsifəsində çalışır.  O, saysız elmi məqalə, tədris proqramı, o cümlədən monoqrafiyaların müəllifidir.

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər